Axtarış

The search found 105701 results in 0.091 seconds.

Search results

  1. ​Qoşqar Hacıyev komadan ayıldı - VİDEO

    Bir neçə gün öncə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qazi Qoşqar Hacıyev komadan ayılıb.
    Bu barədə Qoşqarın müalicəsinə nəzarət edən anestezioloq-reanimatoloq Serkan Şenkal Real TV-yə danışıb. O bildirib ki, hazırda xəstənin vəziyyəti stabilləşib.
    Vaxtilə onu Gülhanə Hərbi Tibb Akademiyasında əməliyyat etmiş həkimlərin nəzarətində olan Qoşqar Hacıyev növbəti dəfə əməliyyat olunacaq.

    Muxalifet - 27-10-2018

  2. İrandan İsrailə ittiham: “İxtilaf yaratmağa çalışırlar”

    İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Kasımi, İsrailin baş naziri Binyamin Netanyahunun Oman səfərinə təpki göstərərək, İsrailin Müsəlman ölkələr arasında ixtilaf yaratmağa çalışdığını söyləyib.
     
     Kasımi, Xarici İşlər Nazirliyinin saytındakı açıqlamasında İsraili Müsəlman ölkələr arasında ixtilaf yaratmağa və Fələstindəki 70 illik işğalın üstünü örtməyə çalışmaqda ittiham edib.

    Muxalifet3 - 27-10-2018

  3. Əkiz uşaq dünyaya gətirdi, amma hər ikisi... - Azərbaycanda ŞOK HADİSƏ

    Şirvan şəhərində yeni doğulmuş əkiz uşaqlar ölüb.
    Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, Saatlı rayon sakini, 1986-cı il təvəllüdlü Xəlilova Ülviyyə Teyyub qızı oktybarın 25-də Şirvan şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində əkiz oğlan uşağı dünyaya gətirib. Lakin bir gün sonra yeni doğulmuş əkizlər vəfat edib.
    Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar həyata keçirilib.

    Muxalifet - 27-10-2018

  4. Эрдоган — самый влиятельный мусульманин мира

    Исламский центр стратегических исследований, базирующийся в Иордании, выбрал самого влиятельного мусульманина мира по итогам 2018 года. Им оказался президент Турции Реджеп Тайип Эрдоган. Высокую оценку получили его шаги в отношении Сирии и Африки. Вторым после Эрдогана стал король Саудовской Аравии Салман ибн Абдул-Азиз, третьим — король Иордании Абдалла II.

    Muxalifet4 - 27-10-2018

  5. Ohanyan istintaq orqanında dindirilib

    Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 1 mart 2008-ci il hadisələri ilə bağlı xüsusi istintaq xidmətində dindirilib.
    Bu barədə "Armenpress" informasiya agentliyi etibarlı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, xüsusi istintaq xidməti məlumatı şərh etməkdən imtina edib.
    Xatırladaq ki, 2008-ci ilin 1 mart tarixində erməni ordusu tərəfindən dinc aksiya iştirakçılarına atəş açılıb, nəticədə 10 nəfər ölüb, 250 nəfər isə yaralanıb.

    Muxalifet - 27-10-2018

  6. ABŞ-dakı bombaçı Tramp tərəfdarı çıxdı

    ABŞ-da şübhəli paketlərlə bağlı nəzarətə alınan və Respublikaçı Partiyanın rəsmi üzvü olan Cesar Altieri Sayoc-un sosial media hesablarında Donald Tramp tərəfdarı mesajları ilə yanaşı, liberallara qarşı sui-qəsd nəzəriyyələri və nifrət ritorikası yer alır.

    Muxalifet3 - 27-10-2018

  7. Gürcüstanda torpaq sürüşməsi – İnsanlar təxliyə edilib

    Gürcüstanın Acarıstan Respublikasının dağlıq ərazilərində leysan yağışları nəticəsində baş verən torpaq sürüşmələri Xelvaçauri rayonunun 7 kəndinə ziyan vurub.
    Muxalifet.az “İnterfax”a istinadən xəbər verir ki, Aqara, Korolistavi, Zeda Coço, Sameba, Zanakidzebi, Çarnali, Sarpi yaşayış məntəqələrində yollar dağılıb, elektrik xətləri və su kəmərləri sıradan çıxıb.
    Yerli qurumların məlumatına görə, Sameba kəndində evləri yararsız hala düşən bəzi ailələr təxliyə oluna bilər. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün rayon bələdiyyəsində fövqəladə qərargah yaradılıb.

    Muxalifet - 27-10-2018

  8. ​Bakıda kassir qadın oğru ilə əlbəyaxa oldu

    Oktyabrın 25-də saat 22 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə Suraxanı rayonu ərazisindəki marketlərin birindən soyğunçuluq edilməsi barədə müraciət daxil olub.
    DİN-dən verilən xəbərə görə, dərhal Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsindəki həmin marketə gəlib, müvafiq tədbirlər görülüb.

    Muxalifet4 - 27-10-2018

  9. Putin səhvən kreslosuna oturan qubernatorla belə zarafatlaşdı - VİDEO

    Rusiya prezidenti Vladimir Putin səhvən onun kreslosunda oturan Xantı-Mansiysk muxtar vilayətinin qubernatoru Natalya Komarova ilə zarafat edib.

    Muxalifet4 - 27-10-2018

  10. ​Rəsmi Moskva: “Bəli, Rusiya Amerika ilə müharibəyə hazırlaşır”

    Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov ölkəsinin ABŞ-la müharibəyə hazırlaşdığını bildirib.
    Bu haqda Muxalifet.az Rusiyanın TASS agentliyinə istinadən xəbər verir.
    O, BMT Baş Assambleyasının komitəsində çıxışı zamanı belə bəyanat səsləndirib.
    Diplomat qeyd edib ki, Rusiya ABŞ-a qarşı “müdafiə xarakterli müharibəyə hazırlaşır”.

    Muxalifet - 27-10-2018

  11. Leysan şəhəri İFLİC ETDİ - ŞOK GÖRÜNTÜLƏR - VİDEO

    Leysan yağışlar nəticəsində baş verən daşqınlar Rusiyanın Krasnodar vilayətində altı insanın həyatına son qoyub, ən azı 60 nəfər yaralanıb.

    Muxalifet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda fövqəladə xidmətlərdən bildirilib.

    Bir insanın taleyi naməlum qalır. Regional hakimiyyət Abşeron və Tuapinski rayonlarında, həmçinin Soçi şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edib. Kubanda təbii hadisə nəticəsində 2 mindən çox ev dağılıb, avtomobil və dəmir yol əlaqəsi kəsilib.

    Muxalifet - 27-10-2018

  12. Bakıda maskalı şəxs marketə basqın etdi: kassir qadın onunla əlbəyaxa oldu

    Bakıda maskalı şəxs marketə basqın edib.
    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 25-də saat 22 radələrində nazirliyin "102 – Zəng Mərkəzi”nə Suraxanı rayonu ərazisindəki marketlərin birindən soyğunçuluq edilməsi barədə müraciət daxil olub.
    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları dərhal Yeni Günəşli qəsəbəsi "D” yaşayış sahəsindəki həmin marketə gedib, müvafiq tədbirlər görüb.

    Muxalifet - 27-10-2018

  13. Səudiyyə Ərəbistanından Türkiyə açıqlaması!

    Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr, İstanbul Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı, Türkiyə, İran və ABŞ haqqında açıqlamalar verib.
     
    El-Cubeyr, Qaşıqçı cinayətinin isterik bir hal aldığını söyləyərək, Səudiyyə rəsmilərinin Türkiyədə Türk həmkarları ilə birlikdə koordinasiyalı çalışdığını deyib. Nazir, sözlərinə istintaqın zaman aldığını və həqiqətlərin günlər keçdikcə ortaya çıxacağını əlavə edib.

    Muxalifet3 - 27-10-2018

  14. Ərinin dördüncü arvadı olan xalq artistindən ŞOK ƏMƏL - Kişi ölən kimi... - VİDEO

    "Bizimləsən"də aparcı Zaur Baxşəliyevin adını açıqlamadığı xalq artisti ilə bağlı dedikləri hər kəsi məəttəl qoyub.
    Aparıcı ərinin dördüncü arvadı olan məşhur xalq artistinin həyat yoldaşı dünyasını dəyişdikdən sonra etdiyi əməlləri efirdə açıqlayıb.
    Zaur məşhur qadın sənətçinin ərinin ondan öncəki arvadını döyərək evini adına keçirilməsi üçün təzyiq göstərdiyini bildirib.Videonu izləmək üçün şəklə klikləyin:

    Muxalifet - 27-10-2018

  15. Azərbaycanlı həkimdən ŞOK AÇIQLAMALAR: "Porno izləməyi dayandırsanız, ciddi problemləriniz yaranacaq" - VİDEO

    Əksər insanlar etiraf etməsə də, virtual sekslə məşğul olur. Cəmiyyətdə bu tip videoların izlənməsinin insan orqanizminə, psixikasına təsiri barədə müxtəlif fikirlər dolaşmaqdadır. Təsiri haqqında birmənalı fikir formalaşmayan cinsi fəaliyyətlərdən biri də masturbasiyadır. Əksər insanların mütəmadi məşğul olduqları virtual seks və masturbasiya psixikaya, orqanizmə necə təsir edir? A24.az-a məşhur uroloq-cərrah Vasif İsmayıl qarşı tərəfin iştirakı olmadan reallaşan cinsi fəaliyyətlərin insana təsirindən danışıb.

    Muxalifet4 - 27-10-2018

  16. Körpü təmiri zamanı FACİƏ – “Azərkörpü”nün əməkdaşı yıxılıb öldü

    Salyan rayonunda körpü təmiri zamanı faciə baş verib.
    Trend-in məlumatına görə, “Azərkörpü” MMC-nin quraşdırıcı-ustası Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Carı oğlu Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki qəzalı vəziyyətdə olan körpünün təmiri zamanı nərdivandan yıxılıb.
    S.Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.
    Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

    Muxalifet - 27-10-2018

  17. Səudiyyə Ərəbistanı Türkiyənin tələbini rədd etdi

    Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr, prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyənin tələb etdiyi "Qaşıqçı cinayətinki şübhəlilər Türkiyədə mühakimə olunsun" istəyini rədd edərək "Qaşıqçı cinayətinin şübhəliləri Səudiyyə Ərəbistanda mühakimə olunacaq" deyərək, Türkiyənin rəsmi ekstradisiya tələbini rədd edib.
    Müxalifət.az

    Muxalifet3 - 27-10-2018

  18. Pentaqon Ər-Riyada qarşı sanksiyaları ELAN ETDİ

    ABŞ-ın dövlət katibi Mayk Pompeo artıq səudiyyə jurnalisti Camal Qaqşıqçının həlak olması ilə əlaqədar bir neçə vizanı ləğv edib və “əlavə ölçülər”ə təşəbbüs ediləcək.
    “Assoşieyted Press” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.
    Daha əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bildirib ki, səudiyyə jurnalistinin ölümü ilə əlaqədar Səudiyyə Ərəbistanının 21 vətəndaşının ABŞ ərazisinə girişi qadağan ediləcək.

    Muxalifet - 27-10-2018

  19. Qadına məxsus “Audi” avtomobil oğurlandı - Anar Əhmədov SAXLANILDI

    Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini P.Babayeva oktyabrın 26-da saat 15 radələrində İstiqlaliyyət küçəsindən "Audi” markalı avtomobilinin qaçırıldığını bildirib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
    Qısa müddətdə Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin R.Behbudov küçəsində hərəkətdə olduğu müəyyən edilib.

    Muxalifet - 27-10-2018

  20. Gəncədə piyadanı vurub öldürən sürücü saxlanılıb

    Gəncə şəhərində idarə etdiyi avtomobil ilə piyadanı vurub öldürən sürücü saxlanılıb.
    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib.
    1993-cü il təvəllüdlü Tural Talıbovu vuran "Mercedes-Vito" markalı avtomobilin sürücüsü Amin Əliyev tutulub.
    Qeyd edək ki, piyada ağır xəsarətlərlə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 27-10-2018

Pages