Axtarış
The search found 105701 results in 0.129 seconds.
Search results
Almaniya məcburiyyət qarşısında qaldı: ehtiyat neftə əl atır
Almaniya ölkənin bir qisminin yanacaq tələbatını qarşılamaq üçün strateji neft ehtiyatından istifadə etmək məcburiyyətində qalıb.
Muxalifet.az xəbər verir ki, Almaniya mətbuatı yay aylarının isti və quraq keçdiyi üçün suyun səviyyəsinin aşağı düşdüyünü, buna görə də neft tankerlərinin Ren şəhərindən keçə bilmədiyini yazıb.
Səlahiyyətli şəxslər neft ehtiyatından 84 min ton benzin, 180 min ton dizel və 67 min ton nöyüt istifadə ediləcəyini və bu vəziyyətin uzun müddət davam etməyəcəyini bildirib.
Qeyd edək ki, Almaniyada 24 miylon ton xam neft və neft ehtiyatları var.Muxalifet3 - 27-10-2018
SON DƏQİQƏ: 2 əsgər donaraq ŞƏHİD OLDU
Türkiyənin Tunceli vilayətinin Nazımiye mahalında terrorçulara qarşı aparılan əməliyyatın gedişatında 2 əsgər qar yağışı səbəbinə görə donaraq şəhid olub.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Tunceli valiliyi hadisə ilə əlaqədar araşdırmaya başladıb.
Muxalifet3 - 27-10-2018
Ərdoğan: Bu, fədakarlığımızın açıq-aşkar göstəricisidir
Görüşümüzün və aldığımız qərarların suriyalı qardaşlarımıza xeyirli olmasını arzulayıram.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriya ilə bağlı zirvə toplantısından dərhal sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
“Bu müddətdə əsas hədəfimiz axan qanın dərhal dayandırılmasıdır. Beynəlxalq toplum məsələyə tam olaraq sahiblənmədiyi üçün problem həll edilməyib. Artıq bu laqeyidliyə son qoyulmalıdır. Təşəbbüs göstərilmədikcə Suriyadakı böhran daha da pisləşəcək”, - Ərdoğan bildirib.Muxalifet3 - 27-10-2018
Moskvada erməni donosbaz memara heykəl... - Etiraz başladı
Moskvada erməni memar Karo Alabyana heykəl qoyulmasına qarşı etiraz aksiyası keçirilir.
Muxalifet.az xəbər verir ki, sentyabr ayında Ermənistanın Rusiyadakı səfirliyinin Alabyana abidə qoyulması təklifi Moskva mədəni irs departamenti tərəfindən bəyənilmişdi. Yekun qərarı isə Moskva şəhər Duması oktyabrın sonlarında verməlidir.
Bir qrup memar Alabyanın heykəlinin qoyulmasına qarşı çıxaraq petisiya imzalayıb. Onlara yüzlərlə şəhər sakini də qoşulub.Muxalifet3 - 27-10-2018
Türkiyənin onları geri çəkməsini gözləyirik - Putin
Sülh və sabitlik yalnız diplomatik yollarla mümkündür. Rusiya, Almaniya, Türkiyə və Fransa Suriyadakı vəziyyətin yalnız siyasi və diplomatik yollarla həll olunmasında həmfikirdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin İstanbulda keçirilən zirvə görüşündə bildirib.Muxalifet3 - 27-10-2018
Gürcüstan MSK-nın "Zəng mərkəzi" Azərbaycan dilində də xidmət göstərəcək
Gürcüstanda sabah keçiriləcək prezident seçkiləri ilə bağlı ölkənin Mərkəzi Seçki Komissiyasında (MSK) "Zəng mərkəzi" yaradılıb.
Muxalifet.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə MSK sədri Tamar Jvania bu gün keçirdiyi brifinqdə deyib.
O deyib ki, 251 00 51 telefon nömrəsi və MSK-nın onlayn çatı 24 saat ərzində çalışacaq:
“Zəng mərkəzi Azərbaycan və erməni dilli seçicilərə xidmətləri öz dillərində göstərəcək”.Muxalifet3 - 27-10-2018
ABŞ Prezidenti ölüm cəzası haqqında qanunu sərtləşdirməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp Pittsburq şəhərindəki sinaqoqa silahlı hücumdan sonra ölüm cəzası haqqında qanunu sərtləşdirməyə çağırıb.
Muxalifet.az xəbər verir ki, D.Tramp jurnalistlərə açıqlamasında günahsız insanları öldürənlərin ən ağır şəkildə cəzalandırılmalı olduğunu deyib.
“Düşünürəm ki, bizim atmalı olduğumuz birinci addım bu qanunun sərtləşdirilməsidir”, - deyə Prezident vurğulayıb.Muxalifet3 - 27-10-2018
Bunun davamı üçün əlimizdən gələni edəcəyik - Merkel
İdlibdə atəşkəsin davam etməsi üçün əlimizdən gələni etməyə hazırıq.
Muxalifet.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel İstanbulda Suriya ilə bağlı zirvə toplantısından dərhal sonra keçirilən mətbuat konfransında çıxış edərkən deyib. O, suriyalıların ölkəsinə qayıda bilməsi üçün siyasi həllin vacibliyini vurğulayıb:
“Sadəcə hərbi deyil, siyasi həll yolu da tapılmalıdır. Fərqli yanaşmamız olsa da, razılığa gələrək bəyannamə yayımladıq”.
Muxalifet3 - 27-10-2018
Dünyanın ən sirli cəngəlliyi - VİDEO
Dünyanın ən gözəl və ən vahiməli məkanlarından biri Cənubi Amerikada yerləşən Amazon meşəliyidir. Sıx və keçilməz meşəliklərdən və böyük bataqlıqlardan ibarət Amazoniyada, hələ də alimlərə sirr olaraq qalan onlarla canlılar var. Amma, kifayət qədər məlum olan və insan üçün dəhşətli dərəcədə həyati təhlükəli olan canlılar da az deyil.
Muxalifet.az Amazoniyanın 10 ən qorxulu canlılarını təqdim edir:Muxalifet - 28-10-2018
Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb
Gürcüstanda saat 08:00-da prezident seçkilərində səsvermə üçün səsvermə məntəqələri açılıb.
Muxalifet.az xəbər verir ki, bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı olacaq. Ancaq buna qədər iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib.Muxalifet - 28-10-2018
«ABŞ müharibə hazırlayır!» – Rusiya XİN
Muxalifet.az Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, qonşu ölkənin Xarici İşlər Nazirliyi (XİN) silahların yayılmaması və onlar üzərində nəzarət Departamentinin direktor müavini Andrey Belausov dünya ictimaiyyətini məlumatlandırıb ki, Amerika Birləşmiş Şatatları (ABŞ) orta və yaxın məsafəli raketlərin məhvi barədə Müqavilədən (OYRMM) çıxamaqla, müharibəyə hazırlaşdığını ortaya qoyur.
Muxalifet - 28-10-2018
Rusiyada böyük faciə, 7 ölü - VİDEO
Rusiyanın Sankt-Peterburqşəhərində mikroavtobusla iki yük maşınının toqquşması zamanı baş verən yanğın nəticəsində 7 nəfər ölüb.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə şənbə günü, oktyabrın 27-də şəhərin Qərb sürət diametrinin 36-cı km-də baş verib.
İlkin məlumatlara görə, "Iveco" markalı yük maşını eyni istiqamətdə hərəkətdə olan "Scania" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "Scania" qarşı yola çıxıb və oradan gələn "Hyundai Starex" markalı mikroavtobusa çırpılıb. Bundan sonra maşınlar yanmağa başlayıb.Muxalifet - 28-10-2018
Мушфиг не дает покоя чиновникам спустя 80 лет после его убийства
События последних дней вокруг раскопок могилы, где в период сталинских репрессий предположительно был расстрелян и погребен известный поэт Микяил Мушфиг, взбудоражили общественность страны.
Ажиотаж вокруг данной темы был волне объясним, казалось, власти решились затронуть табуированную тему реабилитации жертв репрессий.
Однако первая же реакция чиновников показала, что это не так. Bласти явно не хотят и не готовы к трудному и честному разговору на эту тему.Muxalifet - 28-10-2018
Bakıda kişi keçmiş arvadını qətlə yetirdi - VİDEO
Bakıda kişi keçmiş həyat yoldaşını qətlə yetirib.
Hadisə Xətai rayonu İnqilab İsmayılov küçəsində baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanıb. Hadisəni görən mərhumun atası dərhal polisə məlumat verib.
Məlum olub ki, İlkin Abdullayev keçmiş həyat yoldaşına 8 bıçaq zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş İlkin Abdullayevi saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.Muxalifet - 28-10-2018
Xırdalanda yanacaqdoldurma məntəqəsində QANLI HADİSƏ
Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Şamaxı rayonunun Şərədil kənd sakini olan 1998-ci il təvəllüdlü Mikayılov Elməddin İdris oğlu “Tosoil” yanacaqdoldurma məntəqəsinin yanında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs 20 yaşlı oğlanı bıçaqlayaraq “İPhone 6” markalı telefonunu alıb.
Quldurluq edən şəxs qaçıb. E.Mikayılov isə xəstəxanaya yerləşdirilib. Zərərçəkən bildirib ki, ona hücum edən şəxsi üzdən tanıyır və adı Məhəmməddir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet - 28-10-2018
Messisiz və Ronaldosuz "El Klasiko" - 11 İLDƏ İLK DƏFƏ
Bu gün İspaniya La Liqasında milyonlarla insanın səbrsizliklə gözlədiyi "Barselona” - "Real Madrid” matçı oynanılacaq.
"El Klasiko" adlandırılan matç Bakı vaxtı ilə saat 19:15-də "Nou Kamp" stadionunda başlayacaq.
Maralıdır ki, "El Klasiko" son 11 ildə ilk dəfə Lionel Messi və Kriştiano Ronaldo olmadan keçiriləcək. Argentinalı futbolçu zədəli olduğundan oyuna qatılmayacaq, portuqaliyalı ulduz isə hazırda “Yuventus”un heyətində çıxış edir.Muxalifet4 - 28-10-2018
“Türkiyədə ciddi bir müalicə almır, hətta əvvəlki kimi yaxşıca yeyib-içir” - FAZİL MƏMMƏDOV HAQQINDA SENSASİON XƏBƏR
Sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə, qəsdən yayılır…” Bu sensasiyalı məlumatı azpolitika.info-ya Fazil Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən biri verib.
Muxalifet4 - 28-10-2018
ABŞ-ın İrəvana “qoğal və qamçı” siyasətinin SƏBƏBİ
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz səfəri bir neçə gündür gündəmi zəbt edib.
Məsələ ilə bağlı millət vəkili Elman Nəsirovun Axar.az-a müsahibəsini təqdim edirik:
- ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqazda ilk olaraq Azərbaycana baş çəkməsi təsadüf idimi?Muxalifet - 28-10-2018
DİQQƏT: Saatlarınız geri çəkilibsə...
Məlum olduğu kimi, hər il oktyabrın son bazar günü dünyanın 70-ə yaxın ölkəsində saatlar avtomatik geri çəkilir.
Muxalifet.az xəbər verir ki, Azərbaycanla yanaşı 130-dan çox ölkədə isə yay vaxtından qış vaxtına keçid edilmir.
Ölkəmizdə 17 mart 2016-cı ildə Nazirlər Kabinetinin qərarına əsasən saatlar geri çəkilmir.
Muxalifet4 - 28-10-2018
Döyüşü uduzan boksçu məşqçisini döydü - VİDEO
Gürcüstanlı boksçu Levan Şoniya bolqarıstanlı idmançı Spas Genova məğlub olduqdan sonra məşqçisinə hücum edib.
Muxalifet.az xəbər verir ki, bu, gürcüstanlı boksçunun karyerasında 12-ci məğlubiyyətidir.
Əvvəlcə Şoniya rəqibə hücum etməyə cəhd göstərib, daha sonra isə məşqçisinə zərbələr endirib.Muxalifet - 28-10-2018