Axtarış
The search found 105701 results in 0.091 seconds.
Search results
ŞOK AÇIQLAMA: Kişilər də doğa biləcək
Təxminən 5-10 ildən sonra hər bir kişi istədiyi vaxt sərbəst olaraq dünyaya uşaq gətirmək iqtidarında olacaq.
Muxalifet3 - 28-10-2018
Koalisiya yenə Deyr əz-Zoru bombaladı: Ölənlər var
ABŞ koalisyası Suriyanın Deyr əz-Zor şəhərinin Əs-Susa yaşayış məntəqəsinə növbəti aviazərbələr endirib.
Muxalifet.az xəbər verir ki, Suriya dövlət televiziyası hücumda 5 mülki şəxsin öldüyünü bildirib.
Lakin koalisiya bu yöndə yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, artıq bir neçə gündür koalisiyanın Deyr əz-Zorun müxtəlif qəsəbələrini bombalaması ilə bağlı məlumatlar yayılır.
Muxalifet3 - 28-10-2018
“Ermənistan ABŞ-ın altına uzanmağa hazırdır...” – İrəvandan ŞOK AÇIQLAMA
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-dan silah alınması ehtimalını istisna etməyib.
Muxalifet.az xəbər verir ki, Paşinyanın sözügedən çıxışını rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko şərh edib.
“Diplomatik dildən adi danışıq dilinə çevirsək, bu fikir Ermənistanın ABŞ-ın altına uzanmağa hazır olduğu anlamını ifadə edir. Paşinyanın bəyanatı təsadüf deyil, o, vaxtında – Putinin dördtərəfli sammit üçün İstanbulda olduğu vaxt edilib. Təsadüf? Düşünmürəm”, - ekspert yazıb.Muxalifet3 - 28-10-2018
Türk nazir sərhədə gəldi, terrorçu məhv edildi
Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun Suriya sərhədindəki Şanlıurfa şəhərinə səfəri zamanı ordu antiterror əməliyyatı keçirib.
Muxalifet.az xəbər verir ki, nazir şəhərin Ağcaqala şəhərində yoxlama apararkən PKK terrorçusu məhv edilib.
Məlumata görə, komandirlərdən biri "İndicə bir terrorçunu zərərsizləşdirdik" deyib. Nazir əsgərləri bu əməliyyata görə təbrik edib.
Muxalifet3 - 28-10-2018
"Barselona" - "Real" matçı bitdi - Şok hesab
"Barselona" "Real Madrid"i Luis Suarez (3), Koutinyo və Vidalın qolları ilə 5-1 məğlub edib. "Real"ın yeganə qolunu Marselo vurub.
Muxalifet3 - 28-10-2018
Arda Turan yeni doğulan oğlu üçün 41 ədəd qoç kəsdirib payladı
Ötən günlərdə ilk dəfə ata olan futbolçu Arda Turan 41 ədəd qoç kəsdirərək ehtiyacı olan insanlara paylayıb.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Posta” qəzetindən Eylem İpək Şəfəq çıxış edib. O bildirib ki, futbolçu oölu Həmzə Turanın sağ-salamat dünyaya gəlməsi ilə bağlı sevincini belə ifadə edib.Muxalifet3 - 28-10-2018
İvanişvili və Saakaşvili tərəfdarları əlbəyaxa oldu
Gürcüstanda keçirilən prezident seçkiləri zamanı müxalif və iqtidaryönlü qüvvələr arasında dava baş verib.
Nəticədə Kvemo-Kartli bölgəsində hakim Gürcü Arzusu – Demokratik Gürcüstan və müxalif Vahid Milli Hərəkatın üzvləri saxlanılıb.
Gürcüstan polisinə İmirli kəndində 59 saylı seçki komissiyasının üzvünün döyülməsi barədə məlumat daxil olub. Hadisə yerinə yollanan polislər Gürcü Arzusu və VMHP tərəfdarları arasında kütləvi davanın şahidi olublar. Polis xəbərdarlıqlara məhəl qoymayan qruplara müdaxilə etməyə məcbur olub.
Muxalifet4 - 28-10-2018
Gürcüstanda “exit-pollar”ın nəticələri açıqlandı
Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş “exit-pollar”ın nəticələri açıqlanıb.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, “Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş “exit-poll”un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.“Exit-poll”a əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd Salome Zurabişvilinin hər biri 40% səs toplayıb. Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradzenin topladığı səs isə 10% təşkil edib.
Muxalifet4 - 28-10-2018
Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yollanıb
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
Muxalifet.az bildirir ki, XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarov İstanbulda keçiriləcək Türkiyə Respublikası, Gürcüstan və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin VII üçtərəfli görüşü, habelə Türkiyə Respublikası, Azərbaycan Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə iştirak edəcək.
Muxalifet3 - 28-10-2018
Gürcüstanda “exit-pollar”ın nəticələri açıqlandı - YENİLƏNDİ
Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş "exit-pollar"ın nəticələri açıqlanıb.
“RİA-Novosti” agentliyi xəbər verir ki, “Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.Muxalifet4 - 28-10-2018
Tiflis sakini Çar Davidə səs verdi: Ölüsü sizdən yaxşıdır!
Gürcüstanda baş tutan prezident seçkilərində seçicilərdən biri səsvermə zamanı bülletendəki bütün namizədlərin üzərindən xətt çəkib və gürcülərin tarixi lideri çar IV Davidə səs verdiyini qeyd edib.
Muxalifet.az xəbər verir ki, Tiflis sakini bülletenə, “Çar David... Ölüsü belə sizdən daha yaxşıdır”, - deyə yazıb.
Qurucu David kimi tanınan gürcü çarı 1121-ci ildə səlcuqlara qarşı qazandığı zəfərlə adını tarixə yazdırmağı bacarmışdı.
Muxalifet3 - 28-10-2018
İranda "türk qızları"na qadağa: Etirazlar başladı
“BBC farsca” saytı Təbrizin "Traktor" komandasının azarkeşlərinin şüarını təhrif edib.
Belə ki, “Traktor” tərəfdarları “Sepidrud”la oyunun 25-ci dəqiqəsində “Səhənd meydanında – Türk qızlarının yeri boş” şüarını səsləndirərək İranda qadınların stadiona buraxılmamasına etiraz bildiriblər.
Azarkeşlər oyun zamanı "Azərbaycan qızları, göylərin ulduzları - Stadion yolları, gözləyir onları", "Aşiqanə, biz bu vətən aşiqi – Arxanızdayıq, biz alarıq haqqınızı, türk qızları, türk qızları, Türk qızları...” mahnısını oxuyublar.
Muxalifet4 - 28-10-2018
Bu görüntülər DƏHŞƏTƏ GƏTİRİR: yadplanetlinin üzərində cərrahiyyə... - NASA-dan sızan VİDEO
Məşhur Tayvan ufoloqu Skott Uorinq öz rəsmi saytında 1947-ci ildə qeydə alınmış təəccüblü video haqqında xəbər dərc edib.
Muxalifet.az-ın xəbərinə görə, alim iddia edir ki, çarxda görüntülənən məxluq yerdən kənar sivilizasiyanın nümayəndəsidir.
Guya, sözügedən görüntülər Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhlükəsizlik Bürosunun (FTB) agentləri tərəfindən əldə olunub.
Sirli kadrlarda böyük başlı və boz dərisi olan insanaoxşar varlığın təsviri var.Muxalifet3 - 28-10-2018
Kəşfiyyat 1963-cü ildən bəri bu qadını axtarır - Foto
22 noyabr 1963-cü ildə Amerika Prezidenti Con Kennedi Dallas əyalətində sui-qəsd nəticəsində öldürülür.
Muxalifet.az bildirir ki, bu foto Kennedi öldürülən zaman lentə alınıb.
Fotoda qadın bir əlində kamera tutub.
Məlumata görə, kəşfiyyat xidmətləri 1963-cü ildən bu qadını axtarıb tapmağa çalışsalar da, buna nail ola bilməyib.
Qeyd olunur ki, o dövrdə Rusiyada xanımlar bu tərzdə geyinirmişlər.
Muxalifet3 - 28-10-2018
Rusiyada sərxoş qadın uşağını eyvandan atdı
Kareliyada 20 yaşlı sərxoş qadın azyaşlı qızını ikinci mərtəbədən ataraq yatmağa gedib.
Muxalifet.az xəbər verir ki, hadisə oktyabrın 26-na keçən gecə Borovoy qəsəbəsində baş verib.
Uşaq yüksəklikdən yerə düşsə də, sağ qalıb. Qonşuların sayıqlığı nəticəsində o, küçədə qalaraq donmayıb və xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.
Qadın barəsində isə cinayət işi açılıb.
Muxalifet3 - 28-10-2018
Gürcüstanda gərginlik: Saakaşvili orduya müraciət etdi
Gürcüstanda prezident seçkiləri başa çatıb. İlkin məlumatlara görə, hakim “Gürcü Arzusu” partiyasının da dəstək verdiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.
Muxalifet4 - 28-10-2018
Salyanda 28 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb
Bu gün axşam saatlarında Salyan rayonunun Boranıkənd kəndində bıçaqlanma hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kənd sakini, 1990-cı ildə anadan olmuş Elsevər Razim oğlu Əhmədovla həmkəndlisi - 24 yaşlı Röyal Ağasəf oğlu Zülfüqarov arasında biçilmiş yonca sahəsində heyvanları otarmaq üstündə mübahisə düşüb.
R.Zülfüqarov mübahisə zəminində üzərində olan bıçaqla Elsevər Əhmədovun qarın nahiyəsindən xəsarət yetirib.
Muxalifet4 - 28-10-2018
Bakradze məğlub olduğunu etiraf edib
Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze seçkilərdə məğlub olduğunu etiraf edib.
Məlumata görə, D.Bakradze keçirdiyi brifinqdə onu dəstəkləyən seçicilərə minnətdarlığını bildirib.
D.Bakradze prezident seçkilərinin ikinci turunun olacağı təqdirdə, Avropalı Gürcüstan Partiyasının Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyəcəyini qeyd edib.
Muxalifet4 - 28-10-2018
Выборы в Грузии: будет второй тур - Обновляется
"На этом этапе ясно, что будет второй тур, где примут участие Саломе Зурабишвили и Григол Вашадзе, это уже ясно, исходя из данных тысячи участков, на которых были наши представители", - сказал спикер парламента Грузии Ираклий Кобахидзе.
***
Выборы в Грузии: уже больше 1000 нарушений – Polit JournalMuxalifet4 - 28-10-2018
Pentaqon Meksika ilə sərhədə ordu göndərir
Amerika ordusu Meksika ilə sərhəddə bölmələrin genişləndirilməsi planlarına uyğun olaraq ölkənin cənubuna beton maneələri aparmağa başlayıb.
Muxalifet.az “Sputnik International”nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.
Pentaqonun başçısının sözlərinə görə, prosesin detalları və əməliyyata cəlb ediləcək hərbçilərin sayı hələ dəqiqləşdirilir.Muxalifet3 - 28-10-2018