Axtarış
The search found 105701 results in 0.17 seconds.
Search results
Siqaret istifadəçilərinə BƏD XƏBƏR: Gələn il kəskin qiymət artmı gözlənilir
“Büdcə sənədlərindən görünür ki, 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacaq. Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın artırılması bunu söyləməyə əsas verir”.
Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib.Muxalifet - 29-10-2018
Azərbaycanlı müğənni “O səs Türkiyə”ni heyran etdi - VIDEO
Azərbaycanlı müğənni Azər Həsənov "O Səs Türkiyə”də səsi ilə münsifləri heyran edib.
A.Həsənov Türkiyənin "TV8” telekanalında yayımlanan "O Səs Türkiyə” mahnı müsabiqəsində iştirak edib. Bu yaxınlarda Türkiyəyə köçən Azər Həsənov Polad Bülbüloğlunun müəllifi olduğu "Gəl, ey səhər” mahnısını oxuyub.
O, ifası ilə Murad Boz və Beyazıt Öztürkü özünə tərəf döndürə bilib. İki müsif arasında qalan Azər sonda Bozu seçib.Muxalifet - 29-10-2018
Səhiyyə naziri əmr verdi - Bu kabinetlər uşaq müəssisələrindən çıxarılır
Azərbaycanda şüa diaqnostikası şöbələrinin (kabinetlərin), şüa terapiyası və radioizotop diaqnostikası laboratoriyalarının uşaq müəssisələrində (körpələr evi, uşaq bağçası, məktəblər) yerləşdirilməsi qadağan edilib.
Bununla bağlı "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”da dəyişiklik edilib.
Sənədi səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb.
İndiyədək bu qadağa yalnız yaşayış binalarına aid idi.Muxalifet - 29-10-2018
Gürcüstanda seçkilərin ikinci turunun tarixi açıqlandı
Gürcüstanda prezident seçkilərinin ikinci turu 2 dekabrdan gec olmayaraq keçiriləcək.
Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamara Jvaniya keçirdiyi brifinqdə bəyan edib.
“Bir sıra prosedurlardan keçmək lazımdır. İkinci tur birinci turdakı səsvermə nəticələrinin rəsmi elanından sonra 2 həftə ərzində keçirilməlidir. Odur ki, prezident seçkilərinin ikinci turunun son tarixi 2 dekabrdır” – Jvaniya bildirib.Muxalifet - 29-10-2018
FƏRATIN ŞƏRQİNDƏ İLK BOMBA - Ərdoğan “Terror dövlətinin qurulmasına əsla izin verməyəcəyik” demişdi
Muxalifet.az xəbər verir ki, öz ölkəsinin cənub sərhədlərində, yəni Suriyada terror dövlətinin qurulmasına əsla imkan verməyəcəyini bəyan edən Türkiyə dünən Fərat çayının şərqindəki Zor Mağar kəndindəki PKK/PYD hədəflərini vurub. Sərhəd xəttindəki topçu batareyalarının saat 11-də başlayan atəşi 3 saat davam edib. Türk əsgəri ilə Azad Suiya Ordusunun Tel Abyad, Aynel Ərəb (Kobani) ilə eyni anda Menbiçə də müdaxilə edəcəkləri bildirilir.
Muxalifet - 29-10-2018
Xaçmazda 17 yaşlı oğlan itkin düşüb - FOTO
Xaçmazda 17 yaşlı oğlan itkin düşüb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xaçmaz şəhər sakini, 17 yaşlı Təbriz Zeynalov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Təbriz Zeynalovun əlamətləri belədir: Boyu 160-170 sm., orta bədən quruluşlu, uzun sifətli, qısa qara saçlı, gözlərinin rəngi şabalıdı, çənə nahiyəsində xal var.Muxalifet - 29-10-2018
Vaqif Abdullayevin səhhətində PROBLEM YARANDI
Bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Beyləqanın sabiq icra başçısı, professor Vaqif Abdullayevin səhhətində problem yaranıb.
Vaqif Abdullayev səhhəti ilə bağlı müalicə alır. Onun xarici ölkələrdən birində müalicə aldığı bildirilir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Beyləqanın sabiq icra başçısı səhhətində problem olduğunu təsdiqləyib. o, bu barədə ətraflı məlumat verə bilməyəcəyini və hazırda kənarda olduğunu deyib.Muxalifet - 29-10-2018
Koçaryandan Qarabağla bağlı ŞOK AÇIQLAMA - Paşinyana TƏRS ŞİLLƏ
“Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini müəyyən edə bilmir. O, anlayır ki, bu, çox incə məsələdir. Onun bəyanatları göstərir ki, problemdən uzaqlaşmaq və yerinə Qarabağı tərəf kimi təqdim etmək istəyir. Lakin bu, baş tutmayacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına Ermənistanın cəlb olunmasının dərəcəsi, eləcə də Qarabağın təhlükəsizliyində oynadığı rol o qədər böyükdür ki, Paşinyanın planı alınmayacaq”.
Bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya mediasına müsahibəsində deyib.Muxalifet - 29-10-2018
"Mardan Palace" hoteli barədə SON QƏRAR verilir
Dünyanın ən lüks otelləri arasında yer alan "Mardan Palace" hotelinin satışı üçün geri sayım başlayıb.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, 2009-ci ildə keçmiş azərbaycanlı milyarder Telman İsmayılov tərəfindən açılan, lakin borclarına görə Halk Bankına verilən hotel üçün son mərhələnin olduğu bildirilib.Muxalifet - 29-10-2018
Rusiya Səudiyyənin yanında yer aldı
Kremlin sözçüsü Dmitri Peskov, jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsinin, Rusiya lideri Vladimir Putinin Səudiyyə Ərəbistanına planlaşdırılan səfərinin hazırlıqlarına təsir etmədiyini söyləyib.
Muxalifet3 - 29-10-2018
Türk qırıcıları İngilis təyyarələrinə keçid vermədi
Keçdiyimiz günlərdə Barbaros seysmik gəmisinin Yunan hərbi ünsürləri tərəfindən təcavüzə məruz qalmasından sonra seysmik gəmi Türk döyüş gəmiləri tərəfindən himayəyə götürülmüşdü. İngilis döyüş təyyarələrinin də Barbaros seysmik və onu qoruyan döyüş gəmilərinin yaxınlığından uçaraq təhdid etməsindən sonra Türk F-16-ları dərhal havaya qalxaraq İngilisləri qovalayıb.
Muxalifet3 - 29-10-2018
Merkel “pəs” etdi! 18 il sonra sürpriz qərar
Almaniyanın baş naziri Angela Merkel, partiyasının Hess əyalət seçkilərindəki məğlubiyyətindən sonra CDU (Xristian Demokrat Birliyi) rəhbərliyi ilə bir araya gəldiyi və dekabrda keçiriləcək qurultayda partiya liderliyi üçün namizəd olmayacağını söyləyib.
“Bild” qəzetinin xəbərinə görə, Merkel iclasda partiya rəhbərliyinə dekabrda keçiriləcək qurultayda namizəd olmayacağını söyləyib.Muxalifet3 - 29-10-2018
Azərbaycan jurnalistikasının “qara yara”sı: KƏSİB ATMAQ, YOXSA “MÜALİCƏ” ETMƏK? – Və yaxud “reket”lərə qarşı mübarizə üsulu nə dərəcədə effektlidir?
2016-cı ilin sonlarından etibarən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda “reket” jurnalistikaya qarşı mübarizə aparmaqdadır. Son iki il ərzində ölkədə “reket” media adlandırılan şantajçı, qeyri-peşəkar saytlar və qəzetlərin rəhbərlərinə qarşı çoxsaylı əməliyyatlar keçirilib və nəticədə 10 nəfərdən artıq “reket” jurnalist həbs olunub. Bunların bir çoxu hazırda da həbsxanada cəzasını çəkməkdədir.
Muxalifet4 - 30-10-2018
Ordu böyük hücuma hazırlaşır: 3 ildir gizli saxlanılan PLAN İŞƏ DÜŞDÜ
Türkiyə ordusu Suriyada Fərat çayının şərqində yerləşən Zor Mağar bölgəsində PKK/PYD terrorçularının mövqelərini bombalayıb. Dünən həyata keçirilən hücum prezident Rəcəb Tayyip Ərdoğanın mesajını verdiyi “Fəratın şərqində əməliyyat başlayır” məsələsini gündəmə gətirib.
Muxalifet - 29-10-2018
İngilis səfirdən ŞOK AÇIQLAMA: “15 iyul dövlət çevrilişini FETÖ ETDİ”
Türkiyə Respublikasının 100-ci ildönümündə qeyd olunacaq daha çox şey olacağını vurğulayan İngilis səfir Çilcott, "15 İyul Türk demokratiyasına zərbə endirmək cəhdidir. Dövlət çevrilişinin FETÖ tərəfindən həyata keçirildiyi barədə bir şübhəmiz yoxdur" deyib.
Muxalifet3 - 29-10-2018
Yük maşını yolda DƏHŞƏT SAÇDI: Qəzalı vəziyyətdə... - VİDEO
Türkiyədə Hatay bölgəsində TIR sürücüsü həm özünün, həm də kənardakıların həyatını təhlükəyə atıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İskenderun-Antakya yolunda reyd keçirən yol polisi əməkdaşları gördükləri mənzərə qarşısında şoka düşüb. Mersin ərazisində qəza törədən TIR-ın sürücüsü Mehmet Mahsun Ayaz Hataya qədər şüşəsi qırılmış şəkildə gedib. Həmin qırılmış pəncərə kartonla bağlanılıb.
Yolda dəhşət saçan TIR sürücüsü Mehmet Mahmud Ayaza cəza kəsilib. Onun idarə etdiyi yük maşınının isə idarəsinə qadağa qoyuldu.
Muxalifet - 29-10-2018
Bakıda şirkətdə güclü YANĞIN: Çilingər faciəvi şəkildə öldü
Bakıda şirkətdə güclü yanğın hadisəsi baş verib.
Muxalifet.az Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin ərazisindəki sexdə qeydə alınıb. Şirkətin çilingəri, 1988-ci il təvəllüdlü Mustafayev Adəm Alxan oğlu sexdə quraşdırılan motorxanada təmir işləri apararkən motorun kamerasında qəfil yanğın baş verib.Muxalifet - 29-10-2018
“Bizdə dərsliklər şagirdə əzab vermək üçündür, bilik qazandırmaq üçün deyil...”
Azərbaycanda son illər orta məktəb dərslikləri üzərində aparılan “eksperimentlər”, məğzi vaxtilə heç təhsilə rəhbərlik edənlərin özlərinə də axıra qədər aydın olmayan kurrikulum sistemi və dərsliklərin yazılması, çapı sahəsində kök salmış korrupsiya bu sahədə ciddi böhran yaranıb. Virtualaz.org vaxtaşırı olaraq bu problemə işıq salmağa çalışır, ekspertlərin, təhsil işçilərinin rəylərini öyrənir.
Muxalifet - 29-10-2018
Bakıda MÜDHİŞ HADİSƏ: “Quran”ın qızıl qabı, svarovski daşlar, külli miqdarda dollar və...
Bakı sakininin evindən külli miqdarda pul və bahalı qızıl-zinət əşyaları oğurlanıb.
Muxalifet - 29-10-2018
Sevgilisinə görə narkotikə qurşanan məhbus QADIN: “Mən tutulanda, o evləndi” – VİDEO
“Hər bir növündən istifadə etmişəm”
“Xəstəyəm, ömrümə nə qədər qalıb, bilmirəm”
Muxalifet - 29-10-2018