Axtarış

The search found 105701 results in 0.154 seconds.

Search results

  1. “Səslərin 20-25 faizi saxtalaşdırılıb…” - Saakaşvilinin namizədi hakimiyyəti sərt tənqid etdi

    “Postsovet məkanında mövcud olan bütün fırıldaqlardan istifadə olunub”

    Gürcüstanda keçirilən prezident seçkisinin birinci turu gözlənildiyi kimi, qalibi müəyyən etmədi. Lakin bu seçkinin nəticələri , ondan əvvəl keçirilən rəy sorğuları ilə xeyli ziddiyyət təşkil etmiş oldu. 

    Muxalifet - 29-10-2018

  2. ​Zaur aktrisaya SÖZ ATDI: Gəl hərdən milli parkda...

    Bir müddət əvvəl maşın almaq üçün sponsor axtardığını deyərək gündəmə gələn əməkdar artist Nahidə Orucova "5/5” verilişinin qonağı olub.
    Aparıcı Zaur Kamal aktrisaya söz atıb. O, Orucovaya "Gəl hərdən milli parkda gəzək. Mən də adam axtarıram. Pul-para məndə, hər şey var. Məndən sənə sponsor olar? Maşın da alaram, ev də” sözlərini deyib.
    Aktrisa isə ona "Elə mən də adam axtarıram. Səndən yaxşı adam tapacam? Gəl gedək. Pul-para səndən. Maşınım da, sevgim də var” cavabını verib.

    Muxalifet - 29-10-2018

  3. ​Rusiya XİN Boltonun Ermənistandakı bəyanatına reaksiya verdi

    Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində İrəvanda səsləndirdiyi bəyanatlara münasibət bildirib.
    Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya XİN Boltonun dediklərini vətəndaş cəmiyyətinin və mətbuat azadlığının möhkəmləndirilməsi üçün Amerikanın İrəvandakı səfiri Riçard Millsin Ermənistana 26 milyon dollar yardım ayrılacağilə bağlı vədilə müqayisə edərək, nədənsə bunu daxili işə müdaxilə adlandırıb.

    Muxalifet - 29-10-2018

  4. Vəzifəsindən qovulan keçmiş rəis indi də xalqı “Hell”lə “zəhərləyir” – Faktlar

    Baxmayaraq ki, enerji içkiləri son zamanların “kəşfidir” , onların tərkib maddələri uzun əsrlərdir ayrı-ayrılıqda gümrahlaşdırıcı qismində istifadə edilir. Energetiklərin istehsalı və satışa buraxılması sessiya zamanı tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, gecə yola çıxan sürücülərə və sadəcə çox yorğun olmasına baxmayaraq işləməyə məcbur olan insanlara bir “hədiyyə” kimi qiymətləndirilir.

    Muxalifet - 29-10-2018

  5. "Özlərini apara bilməsələr..." - Deputatlara tətbiq edilən qadağalar genişləndirilir

    Azərbaycanda deputatlara tətbiq edilən qadağalar genişləndirilir.
    Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik edilir.
    Qanunun 11-ci (Maraqlar toqquşmasının qarşısının alınması) maddəsi yeni redaksiyada verilir:

    Muxalifet - 29-10-2018

  6. “Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır

    “Nar”-ın “Yerlim” tarifinə qoşulanların sayı son 1 il ərzində 43 % artıb. Xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan “Yerlim” tarifinə qoşulanların daim artması bu tarifin bölgə sakinləri üçün sərfəli olması ilə əlaqədardır. Bölgələrdə yaşayan abunəçilər bu tarifə qoşulmaqla dəqiqəsi 1 qəpikdən zəng edə bilirlər.

    Muxalifet4 - 29-10-2018

  7. ABŞ-da məktəbdə atışma olub – Bir şagird yaralanıb

    ABŞ-ın Şimali Karolina ştatındakı məktəblərdən birində baş verən atışma nəticəsində bir tələbə yaralanıb.

    Bu barədə “Report” “RİA Novosti”yə istinadən məlumat verir.

    Hadisə səhər saatlarında Metyus şəhərindəki məktəbdə baş verib.

    Polisin verdiyi məlumata görə, yaralı şagird xəstəxanaya yerləşdirilib, onun yarasının xarakteri hələlik məlum deyil. İnsidentlə bağlı başqa bir məktəbli saxlanılıb.

    Muxalifet - 29-10-2018

  8. Məşhur aktyorla vida mərasimi - Fotolar

    Bu gün Rusiyanın xalq artisti, məşhur aktyor Nikolay Karaçençov torpağa tapşırılıb.  “Qafqazinfo” xəbər verir ki, vida mərasimi “Lenkom” teatrında baş tutub. 

    74 yaşında vəfat edən aktyorun yar mərasimində dövlət rəsmiləri, kino xadimləri, incəsənət nümayəndələri iştirak edib. 

    Xatırladaq ki, aktyor oktyabrın 26-da həyatını itirib.  Ona bir il əvvəl ağciyər xərçəngi diaqnozu qoyulmuşdu. 

     

    Muxalifet - 29-10-2018

  9. Bakıda oğru dəstə evə BASQIN ETDİ - Ev sahibi və qonşuları yaraladı

    Bakıda mütəşəkkil dəstə evə basqın edib. 
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
    Paytaxt sakinləri, Həsənov Məmməd Həmzə oğlu tanışı Əlizadə Vüsal Saleh oğlu ilə birlikdə Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 1a ünvanında Günay Bəşirovaya məxsus evə daxil olaraq oradan 2500 manatlıq qızıl-zinyət əşyaları götürüb hadisə yerindən qaçarkən ev sahibəsi ilə qarşılaşıb. G.Bəşirova oğrulara mane olmaq üçün qonşuları çağırsa da, oğruları yaxalamaq mümkün olmayıb.

    Muxalifet - 29-10-2018

  10. ​"Azərbaycanda kənd yumurtası demək olar ki, yoxdur" - Quşçular Cəmiyyəti

    "Hazırda ölkədə kənd yumurtası demək olar ki, yoxdur". 
    Muxalifet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib. 
    Onun sözlərinə görə, hazırda satışda olan kənd yumurtaları köhnədir və təzə yumurta adı ilə yüksək qiymətə vətəndaşlara satılır. 
    Cəmiyyətin sədri kənd yumurtasının az olmasını havaların soyması ilə əlaqələndir və əlavə edib ki, yerli broyler müəssisələri ölkənin adi yumurtaya olan tələbatını artıqlaması ilə ödəyə bilirlər. 

    Muxalifet - 29-10-2018

  11. ​Qaçırıldığı iddia edilən məktəbli qız "tapıldı"

    Bakı şəhəri Qaradağ rayonunda yerləşən 319 nömrəli tam orta məktəbdən qaçırıldığı iddia edilən şagirdlə bağlı rəsmi açıqlama verilib. Məktəbdən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mikayılova Xatun Kamran qızı 10 a sinif şagirdidir.
    “Məsələ ilə bağlı şagirdin anası ilə əlaqə saxlanılıb, onun hazırda evdə olduğu bildirilib. Həmçinin valideyn qızın 2 gün xəstə olduğu üçün dərsə getmədiyini qeyd edib”. 

    Muxalifet - 29-10-2018

  12. Fabreqas: ""Arsenal" həmişə mənim qəlbimdə qalacaq"

    İngiltərənin "Çelsi" klubunun ispaniyalı futbolçusu Sesk Fabreqas sabiq komandası "Arsenal" barədə xoş sözlər deyib.

    Muxalifet - 29-10-2018

  13. Nərimanovda “Mercedes” dirəyə ÇIRPILDI - sürücü öldü

    Nərimanov rayonu Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
    DİN-dən Muxalifet.az-a verilən məlumata görə, oktyabrın 27-də saat 22 radələrində Ağdam rayon sakini Məhəmməd Əliyev idarə etdiyi "Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü oktyabrın 28-də orada ölüb.

    Muxalifet - 29-10-2018

  14. Həbibdən futbolçu “Muhəmməd Salah” açıqlaması

    Conor Makgregor qarşısında aldığı qələbəylə adını bir daha dünyaya çatdıran Həbib Nurmagomedov, verdiyi müsahibəsində futbol dünyasından Məhəmməd Saleh ilə bağlı açıqlama verib.
     
    Liverpulun müsəlman oyunçusu Məhəmməd Salahdan tərif dolu sözlərlə bəhs edən Həbib Nurmagomedov, Misirli futbol ulduzuna heyran olduğunu deyib.

    Muxalifet3 - 29-10-2018

  15. Hellouin, Cadugərlər günü – ABŞ satana kilsəsinin rəsmi bayramıdır – BƏS AZƏRBAYCANLILAR NİYƏ KEÇİRİR?

    Uşaqlara qatillik və intihar aşılayan atributlar Sosioloqlar bu cür bayramların keçirilməsini zəmanəmizin ən təhlükəli əlamətlərindən hesab edirlər: onların fikrincə, Hellouinin qeyd edilməsi mədəniyyət böhranına, insanların Xeyirlə Şəri ayırd etməyi tərgitməsinə şəhadət edir. Bir çox alimlərin, psixoloqların və psixiatrların fikrincə, - “Hellouin” uşaqlar üçün böyük təhlükə deməkdir.

    Muxalifet - 29-10-2018

  16. Niyə yaraşıqlı oğlanların yanında həmişə çirkin qızlar olur? - Azərbaycan qadınları cavablayır…

    Belə suallarla tez-tez rastlaşırıq: “Niyə yaraşıqlı oğlanlar çirkin qızlarla evlənir”. “Niyə hündür oğlanlar balacaboy qızları seçir?”.
    Bu təsadüfdürmü? Yoxsa, şüuraltı təsirmi, şüurlu seçim sayəsindəmi baş verir? Belə mövzularda psixoloqlar yetərincə rəy verib.
    A24.Az mövzunu elə xanımlarla araşdırıb. Vizual, yaş həddi, ictimai mövqeyi fərqli olan 20 xanıma eyni sualla müraciət etdik. Ən maraqlı cavabları təqdim edirik:

    Muxalifet - 29-10-2018

  17. Prezident Qaxa 4 milyon manat ayırdı

    Azərbaycan Prezidenti İlham Əliyev Qax şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
    Muxalifet.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Qax Rayon İcra Hakimiyyətinə Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılsın.

    Muxalifet - 29-10-2018

  18. 188 nəfərin öldüyü təyyarənin içindən son anlar: Şəhadət və təkbir səsləri – VİDEO

    İndoneziyada içində 181 sərnişin ilə 7 ekipaj olan və havaya qalxandan qısa müddət sonra dənizə düşən sərnişin təyyarəsinin qəzasına dair qəza anı görüntüləri ortaya çıxıb. Təyyarənin içindən çəkilən görüntülərdə, sərnişinlərin təkbir və şəhadətlər altında qorxuyla qışqırdığı eşidilir.
    Müxalifət.az

    Muxalifet3 - 29-10-2018

  19. ​ŞOK İDDİA: Saakaşvili Ukraynaya qayıdır

    Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili gələn ilin may ayında Ukraynaya qayıdacaq.
    RİA “Novosti” xəbər verir ki, bu barədə onun silahdaşı, Ali Radanın deputatı, Yeni Qüvvələr Hərəkatı Partiyasının üzvü Yuri Derevyanko bildirib.
    "Saakaşvili 2019-cu ilin may ayında, prezident seçkilərindən sonra Ukraynaya qayıdacaq. Parlament seçkilərinə qədər o, ölkənin siyasi həyatında aktiv iştirakçı olacaq", - Y.Derevyanko deyib.

    Muxalifet - 29-10-2018

  20. ​Bakıda oğlanı evinin qarşısında qana bələdilər

    Bakıda bıçaqlanma hadisəsi baş verib.
    Hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Anar Aslanov yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

    Muxalifet - 29-10-2018

Pages