Axtarış
The search found 105701 results in 0.158 seconds.
Search results
Təyyarə qəzaya uğradı: bütün sərnişinlər öldü - Video
İndoneziyanın Yava adası sahillərində dənizə düşmüş "Boinq 737" tipli sərnişin təyyarəsində sağ qalan tapılmayıb.
Bu barədə İndoneziyanın Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsi Bambanq Surio Aci məlumat verib.
Muxalifet3 - 29-10-2018
SON DƏQİQƏ: Məşhur bəstəkar yol qəzasında öldü - FOTO
Rusiyanın tanınmış bəstəkarı Vladimir Borodin Moskvaətrafında Solneçnoqorskda avtomobil qəzasına düşərək ölüb.
Muxalifet.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə bəstəkarın həmkarı Nikolay Buryukov bildirib:
Qəza oktyabrın 29-da gecə saatlarında baş verib. Maşında bəstəkarın ailəsi də olub. Hazırda onun xanımı və oğlu xəstəxanada ağır vəziyyətdədirlər.
Qeyd edək ki, Borodin Aleksey Qlızin, Anjelika Aqurbaş, Qriqori Leps, Tatyana Bulanova, Kristina Orbakayte kimi məşhurların mahnılarının müəllifidir.Muxalifet3 - 29-10-2018
Türkiyə əlindən gələni edir, ancaq onlar... - Rusiya
Nüsrə Cəbhəsi ilə əlaqədə olan "Ağ Dəbilqəlilər" İdlibdə kimyəvi silah istehsalında istifadə edilən maddələrin yerini dəyişdirir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin yardımçısı Vladimir Safronkov bildirib.
"Türkiyəli tərəfdaşlarımız silahlı qrupların və ağır silahların bu regiondan təxliyyəsi üçün əlindən gələni edir", - Safrankov bildirib.
Təhlükəsizlik bölgə ilə bağlı müqavilənin əvvəldən bəri müvəqqəti xarakter daşıdığını xatırladan Safronkov heç kəsin terrorçuların tamamilə məhv edilməsini gündəmdən qaldırmadığını qeyd edib.Muxalifet3 - 29-10-2018
Ərdoğan Həbib Nurməhəmmədovun əlini sıxdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UFC çempionatının qalibi Həbib Nurməhəmmədovla ayaqüstü görüşüb.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, görüş İstanbulda yeni hava limanının açılışı mərasimi zamanı baş tutub.
Ərdoğan idmançı ilə qısa söhbət edib.
Qeyd olunur ki, H. Nurməhəmmədovu hava limanının açılışına şəxsən Ərdoğan dəvət edib.
Muxalifet3 - 29-10-2018
Kadırov: Bura qadınların yeri deyil
Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qadınların qanunverici və icra hakimiyyəti orqanlarında təmsil olunmasının əleyhinə çıxış edib.
Muxalifet.az xəbər verir ki, mətbuat konfransı zamanı TASS müxbirinin Çeçenistan hökuməti və parlamentində qadınların təmsil olunmamasının səbəbləri haqqında sualına cavab verən Kadırov məsələyə müsbət baxmadığına işarə edib.
O, Çeçenistan parlamentinin sədrinə zarafatla “Sizə həmkar lazim deyilmi?” verdiyi suala cavabında “Elə məsələlər var ki, qadınlar onları bilməməlidir” eşidib.Muxalifet3 - 29-10-2018
Tramp: Onunla mükəmməl telefon danışığı apardım
ABŞ Prezidenti Donald Tramp Brazliyanın yeni seçilən prezidenti Jair Bolsonarini təbrik edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Tramp özü məlumat verib.
O bildirib ki, Bolsonari ilə mükəmməl telefon danışığı aparıb və Braziliya ilə daha yaxından əməkdaşlıq edəcək.
Muxalifet3 - 29-10-2018
Tramp sərhədə 5 minlik ordu göndərir
ABŞ Meksika sərhədinə 5 minə yaxın hərbçi göndərməyi planlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Vol Strit” jurnalı məlumat yayıb. Bildirilib ki, hərbi birliklər Texas, Arizona və Kaliforniya ştatlarına göndəriləcək. Qüvvələr əsasən buraxılış məntəqələrində yerləşdiriləcək.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Meksikadan ölkəyə axın edən minlərlə miqrantın qarşısının alınması üçün sərhədə ordu göndəriləcəyini açıqlamışdı.
Muxalifet3 - 29-10-2018
Gündəmi sarsıdan BOMBA İDDİA: Hər şeyi əvvəlcədən bilirdilər
İngiltərənin Camal Qaşıqçı-nın "qaçırılma" planını, 2 oktyabrdan 3 həftə əvvəl öyrəndiyi və Səudiyyə Ərəbistanına xəbərdarlıq etdiyi iddia edilib.
İngiltərənin “Daily Express” qəzetinin redaktoru Marko Giannageli imzası ilə dərc olunan xəbərdə, İngiltərə Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (GCHQ), jurnalist Camal Qaşıqçı-nın qaçırılıb, Səudiyyə Ərəbistanına aparılması üçün kral ətrafından gələn əmr ilə bağlı Kral Baş Kəşfiyyat İdarəsinin daxili əlaqələrini əldə etdiyi iddia edilib.Muxalifet3 - 30-10-2018
İrandan “Türkiyə” AÇIQLAMASI
İranın sənaye mədən və ticarət naziri Rza Rəhmani, “Türkiyə ilə İran arasındakı ticarət əlaqələri genişləndirəcəklər və bunun üçün heç bir məhdudiyyət yoxdur” deyib.
Rəhmani, İranın hər zaman qonşu ölkələr, xüsusilə Türkiyə ilə yaxşı əlaqələr içində olmağı arzuladığını qeyd edərək, "Türkiyə ilə ticarət, mədən, sənaye və digər bütün sahələrdə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Türkiyə ilə İran arasında ticarət əlaqələrini genişləndirmək üçün heç bir məhdudiyyət yoxdur. Ticarət həcmimiz bu an nəzərdə tutulduğundan daha çoxdur." deyib.Muxalifet3 - 30-10-2018
Türkiyədən kritik həmlə! Bu gün başlayır
Ötən ilin mayında Aralıq dənizinə buraxılan Fatih gəmisi, ilk qazmanı bu gün enerji naziri Fatih Dönməzin iştirakı ilə Alanya-1 quyusunda edəcək.
Gəmidə 200-dən çox mütəxəssis çalışacaq. Karbohidrogen qazma gəmisi Fatih, Aralıq dənizində qaz və neft axtaracaq. 229 metr uzunluğundakı gəmi, 12 min 200 metr dərinliyə çata bilir.
Müxalifət.azMuxalifet3 - 30-10-2018
Ağ Ev Qaşıqçı ilə bağlı qərarını açıqlayacaq
Ağ Evin sözçüsü Sarah Sanders, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspelin, öldürülən jurnalist Camal Qaşıqçı-la bağlı Türkiyədə apardığı danışıqlar haqqında prezident Donald Trampa məlumat verdiyini xatırladaraq, "Necə bir yol izləyəcəyimizə dair qərarımızı açıqlayacağıq" deyib.
Muxalifet3 - 30-10-2018
Amerikalı zabit açıqladı: Türk və ABŞ əsgərləri hazırdır
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü mayor Sean Robertson, Türk və Amerikan əsgərlərinin Münbiç regionunda birgə patrul xidməti üçün təlim və hazırlıqların tamamlandığını bəyan edib.
Robertson, "Münbiç rayonunun kənarındakı birgə patrul xidməti üçün İki qüvvə yerlərini tutublar" deyib.
Robertson, vəzifə hazırlıqları çərçivəsində Türk-Amerika qüvvələrinin birgə əməliyyat aparmaq məsələsində qabiliyyətlərinin sinxronizə edildiyini, ortaq taktika əməliyyatlarında çalışma və təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu qeyd edib.Muxalifet3 - 30-10-2018
“Trampın diqqəti dağıldı, təşəbbüs Ərdoğandadır”
CNN-in redaktoru Nic Robertson, Qaşıqçı-nın öldürülməsi ilə bağlı son vəziyyəti analiz etdiyi məqaləsində ABŞ-ın Səudiyyə Ərəbistanı ilə mövqeyini dəyərləndirib.
Türkiyənin əlindəki məlumatları ötən həftə ölkəni ziyarət edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspel ilə bölüşmüş olduğunu qeyd edən Robertson, bunları qeyd edib:Muxalifet3 - 30-10-2018
Müharibə təbili çalır! İran ABŞ-a meydan oxuyur
İranın xarici işlər naziri Zərif, "Sanksiyaların iqtisadi təsiri olacaq, amma siyasətlərimizi dəyişdirməyəcək. ABŞ bunu öyrənməlidir. ABŞ sanksiya vərdişkarıdır, sanksiyaların bütün problemləri həll edəcəyinə inanır, amma həll etmir" deyib.
Zərif, bu təsiri daha əvvəl hiss etməyə başladıqlarını, ancaq 4 noyabrda dövrəyə girəcək ABŞ sanksiyalarının çox böyük təsiri olmayacağını söyləyib.
Sanksiyaların xalqa zərər verdiyinə diqqəti çəkən Zərif, hökumət olaraq sanksiyaların xalq üzərindəki təsirini minimuma endirmək üçün çalışdıqlarını deyib.Muxalifet3 - 30-10-2018
Paşinyan dekabrdan sonra ya əraziləri qaytaracaq, ya da... - ABŞ-dan İrəvana ŞOK TƏLƏB
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Botonun regiona səfəri, xüsusilə Ermənistanda “Dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi partiya qələbə qazanacaqsa, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində daha qətiyyətli və həlledici addımlara təşəbbüs etmək üçün yaxşı imkan olacaq” açıqlamasını verməsi, həmçinin, İrəvanın Tehranla münasibətlərə son qoymasını tələb etməsi işğalçı ölkədə ciddi narazılıq və təşvişlə qarşılandı.
Muxalifet - 30-10-2018
Pirverdiyev alternativ enerji istehsalına necə və niyə mane olurdu - təfərrüat
Ənənəvi enerji istehsalına daha çox vəsaitin yönəldilməsi və bu pulların korrupsiya yeminə çevrilməsi ölkədə külək və günəş enerjisi istehsalı müəssisələrinin yaradılmasını əngəlləyib
Muxalifet - 30-10-2018
Bakıda AĞIR QƏZA: YPX avtomobili 2 yük maşınına çırpıldı (VİDEO)
Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Muxalifet.az Baku.ws-yə istinadən xəbər verir ki, iki yük maşını və YPX maşının iştirakı ilə qəza baş verib.
Qəza gecə "Dərnəgül" yolunda olub. Yük maşınları bir-birinə dəyib. Daha sonra isə YPX avtomobili yük maşınlarına çırpılıb.
Hadisə zamanı ölən və yaralananlar haqqında məlumat yoxdur.Muxalifet - 30-10-2018
Zurabişvili ilə İvanişvilinin münasibətləri pozuldu
Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvili ilə Gürcü Arzusu Partiyası arasında münasibətlər ciddi şəkildə pozulub.
Muxalifet - 30-10-2018
Bakıda sexdə yanğın – Ölən şəxsin kimliyi məlum deyil
Bakıda taxta sexi yanıb.
FHN-dən verilən məlumatına görə, Sabunçu rayonunda ümumi sahəsi 1000 kv.m olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində gözətçi otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet - 30-10-2018
Vəliəhd şahzadə bin Salman niyə bu qədər sürətli gözdən çıxarıldı?
Serdar Turgut - Habertürk
Başda Vaşinqton olmaqla, Qərbin güc mərkəzlərində Səudiyyə Ərəbistanının de facto lideri Məhəmməd bin Salmanın yerinə kimin keçəcəyi danışılır.
Çox qısa müddət öncə hər mərkəzin favorit lider namizədi kimi yanaşdığı şahzadə bin Salmanın bu qədər sürətlə gözdən çıxarılmasının səbəbini soruşdum.
Amerikan kəşfiyyat birliyinin daxili fəaliyyətini çox yaxşı bilən mənbəyimə, "Bu sürətli gözdən çıxarma Qaşıqçı hadisəsiylə əlaqəlidirmir" deyə soruşdum. Aldığım cavablar belə idi:
Muxalifet3 - 30-10-2018