Axtarış
The search found 105701 results in 0.102 seconds.
Search results
Baş nazirin müavini Mirzəyev məmurları döydü, dizə qədər soyuq suda saxladı...
Özbəkistanda yerli məmurları orta əsrlər üslubunda cəzalandıran baş nazirin müavini işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb. “Azadlıq” radiosu özbək xidməti xəbər verir ki, baş nazirin müavini Zoir Mirzəyev oktyabrın 25-də Daşkənd vilayətindəki Akkorqan rayonunda taxıl sahələrində işlərin gedişini izləyib.
Muxalifet - 30-10-2018
Daha iki rayona icra başçısı TƏYİN OLUNDU
Prezident İlham Əliyev bu gün daha bir sərəncam verib.
Muxalifet.az xəbər verir ki, sərəncama əsasən Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin sərəncamına əsasən Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Muxalifet4 - 30-10-2018
Əliyevlərin devrilməsindən sonra Tamerlan Qarayev Konstitusiya Məhkəməsinin sədri olmaq istəyirdi - DEPUTATDAN SENSASİON AÇIQLAMA
“Bu yaxınlarda diqqətimi bir xəbər çəkdi. Sabiq deputatlardan biri debatda olduğu bir insana bəyan edir ki, 2003-cü il hadisələri necə baş verib və bunun üzərindən bildirir ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, İsa Qəmbərin prezident seçkilərində müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub. Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətində Konstitusiya Məhkəməsinin sədri olacaqmış. Bu informasiyanı izləyəndə, düşündüm ki, bu, sıradan bir bəyanatdırsa, həmin şəxs reaksiya verməlidir”.
Muxalifet - 30-10-2018
Avropa İttifaqı: işğal edilmiş ərazilərin bir hissəsi...
Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi aydın və dəyişməzdir – İttifaq ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.
Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski jurnalistlərin müraciətinə uyğun olaraq, ABŞ-ın İrəvandakı keçmiş səfiri Riçard Millsin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasının vacibliyi barədə bəyanatını şərh edərkən deyib.Muxalifet - 30-10-2018
Polisi azərbaycanlı gəlini axtarır: TOY ETDİ, 10 illik evli çıxdı - VİDEO
Sivas əyalətində 32 yaşlı İsmail Doğan iki ay əvvəl evləndiyi azərbaycanlı G.T adlı qadın onu tərk etdikdən sonra polisə baş vurub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, kişi polis bölməsində dini nikahla evləndiyi həyat yoldaşının 10 illik evli olduğunu öyrənib.Muxalifet - 30-10-2018
Azərbaycanda SOK OLAY: Məhkəmə sağ şəxsi ÖLÜ elan etdi
Azərbaycan Respublikasının vətəndaşı Hacıyev Rövşən Teymur oğlu etibarnamə almaq üçün dövlət qurumuna müraciət edib
Oradan vətəndaşa ölmüş elan olunduğu bildirilib.
Məlumata görə, Nizami Rayon Məhkəməsi 2005-ci ildə həmin şəxsin ölmüş elan olunması ilə bağlı qətnamə çıxarıb.
Hazırda R.Hacıyev vəkili vasitəsilə yaranan səhvi aradan qaldırmağa çalışır.
Nizami Rayon Məhkəməsinin bu qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət veriləcək.
Qeyd edək ki, R.Hacıyev işlə bağlı tez-tez xarici ölkələrə səfər edirmiş.(oxu.az)Muxalifet - 30-10-2018
Kremlin ideoloqu Qarabağ razılaşmasının SENSASİYALI DETALLARINI AÇDI
“Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından konstruktiv dialoqun bərpası üçün Rusiya, Türkiyə və İranın prosesdə iştirakı əhəmiyyətlidir”.
Bu barədə Rusiyada “Avrasiyaçılıq Hərəkatının” lideri, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin deyib.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişməsəydi, indiyə qədər münaqişənin həlli ilə bağlı əhəmiyyətli nəticələr əldə olunmuşdu.Muxalifet - 30-10-2018
40 ildə yer üzündəki canlıları belə məhv etmişik - ŞOK HESABAT
Son 44 il ərzində (1970-ci ildən 2014-cü ilə qədər – red.) Yerdəki məməlilərin, quşların, balıqların, sürünənlərin və amfibiyaların 60%-i məhv olub.
Axar.az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Vəhşi Təbiət Fondunun hesabatında yer alıb. Canlıların sayında ən çox azalmanın Cənubi və Mərkəzi Amerikada müşahidə edildiyi vurğulanıb. Belə ki, 1970-ci illə müqayisədə burada heyvanların sayı 89% azalıb.Muxalifet - 30-10-2018
İnquşetiya Çeçenistanla imzalanan müqavilədən İMTİNA ETDİ
Rusiyanın federal subyektləri sayılan İnquşetiya və Çeçenistan arasında ərazi mübahisəsi davam edir.
Muxalifet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İnquşetiya Konstitusiya Məhkəməsi Çeçenistanla ərazi mübadiləsini nəzərdə tutan müqaviləni ləğv edərək məsələ ilə bağlı referendumun keçirilməsini vacib sayıb.
Həmin ərazi mübadiləsi İnquşetiyada ciddi narazılıq yaratmışdı. Müqavilə Çeçenistan lideri Ramzan Kadırovla İnquşetiya rəhbəri Yunusbek Yevkurov arasında imzalanmışdı.Muxalifet - 30-10-2018
SON DƏQİQƏ: Türkiyə, Azərbaycan və İran RAZILAŞDI - Milli pulumuzla ...
Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə İstanbul Bəyannaməsi imzalanıb. Muxalifet.az Haberler-ə istinadən xəbər verir ki, üçtərəfli görüş zamanı Azərbaycan, İran və Türkiyənin XİN rəhbərləri milli valyuta ilə ticarət etməkdə razılığa gəliblər. İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Türkiyə-Azərbaycan və ölkəsinin işbirliyinin bölgə baxımından önəmli olduğunu bildirib: "Milli valyutamızla ticarət əlaqələri qurmaq barədə razılığa gəldik. Bu razılıq ilə iqtisadi əlaqələrimizi xarici müdaxilələrdən qorumuş olacağıq".
Muxalifet - 30-10-2018
"Mənə qoyun versələr kəsib bir hissəsini Milli Məclisə verməliyəm?" - Deputat
"13 ildir ki, deputatam, heç kəsdən hədiyyə almamışam. Məsələn, getmişəm Füzuliyə, dostum mənə quzu kəsib, qiyməti də 150 manatdır. Nə etməliyəm, qoyunu kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyəm?”
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, bu dəyişikliklərə səs verməyəcək.Muxalifet - 30-10-2018
“Nar” üçün prioritet hədəf müştərilərin məmnunluğu və loyallığıdır
“Nar”-ın yenilənmiş “Çünki, daha çoxuna layiqsən” şüarı müştərilərə fərdi yanaşma və müştəri yönümlü brend strategiyasını aydın şəkildə əks etdirir. Müştəri məmnuniyyəti və loyallığı “Nar” üçün prioritet hədəf olaraq qalır. “Azerfon”un Marketinq üzrə direktoru Qəhrəman Kazımov fins.az portalına geniş müsahibəsində bunu deyib. Məqsəd müştərilərin ehtiyaclarını qarşılamaq, keyfiyyətli xidmətlər təklif etməklə onların gündəlik həyatlarında daha çox dəyər yaratmaq və etibarlı tərəfdaş olmaqdır. “Nar”-ın məqsədlərindən biri müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin etməkdir.
Muxalifet4 - 30-10-2018
"Toppuş bacı"ya NÖVBƏTİ ZƏRBƏ: "Ərinə denən sənə verdiyimiz 2 min manatı hazırlasın"
Uzun müddətdir xəstəliyi ilə gündəmdən düşməyən əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yeni xəbərlər yayılıb.
Muxalifet.azAxşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisanın "Bizimləsən" verilişində evinin ipoteka kreditini ödəmək üçün pul toplaması sosial şəbəkədə müzakirələrə səbəb olmuş və qınanılmışdı.Muxalifet - 30-10-2018
Tanınmış prodüser Təranə Səmədova həbs edildi - Foto
Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
T. Səmədova artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.Muxalifet - 30-10-2018
Türkiyədə təyyarə QƏZASI: Ölənlər var - VİDEO
Türkiyənin Antalya vilayətinin Manavgat mahalında təlim təyyarəsi qəzaya uğrayıb.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təyyarədə olan 2 nəfər - pilot Sərkan Dilci və köməkçisi Dəniz Adalı həlak olub.
Qəzanın səbəbləri məlum deyil.Muxalifet - 30-10-2018
Vəliəhd şahzadəni əvəzləyəcək adam Ər-Riyada qayıtdı
Səudiyyə kral mənbələri, kral Salman bin Abdulazizin ögey qardaşı şahzadə Əhməd bin Abdulazizin ölkəsinə geri qayıtdığını deyib. Şahzadə Əhmədin qayıdışını təsdiq edən rəsmi bir açıqlama isə edilməyib.
Bir müddətdir Londonda sürgün həyatı yaşayan şahzadə Əhmədin, ölkəsinə qayıdış qərarını necə verdiyinə yönəlik bir məlumat bölüşməyən şahzadə Əhmədin təhlükəsizliyilə bağlı bəzi təminatlar aldığı güman edilir.
ŞAHZADƏ BİN SALMANIN YERİNƏ KEÇƏCƏK İNSAN KİMİ GÖRÜNÜR
Muxalifet3 - 30-10-2018
Deputatlar dəyəri 55 manatdan çox olan hədiyyələri Milli Məclisə təhvil verəcək - QANUN QƏBUL OLUNDU
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Bildirilib ki, bundan sonra deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.Muxalifet - 30-10-2018
Sahil Babayevə yeni müavinlər təyin edildi
Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.Muxalifet - 30-10-2018
Gömrük Komitəsinin Akademiyasına yeni rəis təyin edilib
Prezident İlham Əliyev İsmayıl Ələkbərovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla İsmayıl Ağa Qulu oğlu Ələkbərov Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.Muxalifet - 30-10-2018
Trampdan ŞOK SÖZLƏR: “Onlar burada doğurlar və…”
ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrantların ABŞ ərazisində doğulan uşaqlarına vətəndaşlığın verilməsini ləğv etmək niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu haqda “Axios” nəşri bildirib.
“Biz dünyada tək ölkəyik ki, insanlar gəlir, uşaq doğur və bu uşaq bütün üstünlüklərlə Birləşmiş Ştatların vətəndaşı olur. Bu, mənasızdır, buna son qoymaq lazımdır”, - nəşr prezidentin sözlərini sitat gətirib.
Xatırladaq ki, ABŞ administrasiyası sentyabrda “yaşıl kart”ın verilməsi qaydalarının sərtləşdirilməsi üzrə təşəbbüs hazırlayıb.Muxalifet - 30-10-2018