Axtarış

The search found 105701 results in 0.159 seconds.

Search results

  1. Zamirə Hacıyevanın yeni görüntüləri yayıldı - 13 MİN DOLLARLIQ İTİ, 10 MİN DOLLARLIQ GEYİMİ...

    Britaniyanın “Daily Mail” tabloidi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntülərini yayıb.

    Muxalifet.az virtualaz.org-a istinaden xəbər verir ki, görüntülərə əsasən öz bədxərcliyi ilə son həftələrdə dünyada məşhurlaşan xanım Hacıyeva London Naytsbricdəki malikanəsindən çıxaraq itlə gəzintiyə yollanır.

    Muxalifet - 30-10-2018

  2. ​“Müxalifət "Gürcü Arzusu"nun dominantlığına son qoymağı bacardı”

    “Gürcüstanda prezident seçkilərinin ilk turunun qalibi Gürcüstan dövləti və xalqının özüdür”.
    Bunu politoloq Şahin Cəfərli Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən deyib. O, bildirib ki, əgər 2-ci tur da eyni şəkildə keçirilərsə, nəticələrə təsir edəcək kütləvi əyintilər baş verməzsə, şübhə yoxdur ki, bu, Gürcüstan demokratiyasının inkişafı və avroatlantik inteqrasiya istiqamətində irəliyə doğru böyük bir addım olacaq.

    Muxalifet4 - 30-10-2018

  3. Selena Qomez artıq instaqramda 1-ci deyil - ARDICILLIQ

    İnstaqram paylaşım platformasında ən çox izləyicisini olan pop ulduz Selena Qomez birincilik kürsüsündən gedib. 

    “Qafqazinfo” xəbər verir ki, onu məşhur futbolçu Kriştiano Ronaldo  əvəzləyib. Futbolçu 144 milyon 413 min 258 izləyici sayı ilə Selenanı (144 milyon 348 min 638) geridə qoyub. 

    Üçüncü sırada müğənni Ariana Grande (132 milyon 385 min 554), dördüncü sırada TV ulduzu Kim Kardaşyan (120 milyon), beşinci sırada isə Beyons (119 milyon) qərarlaşıb.  

    Muxalifet4 - 30-10-2018

  4. Kişilərin DİQQƏTİNƏ! Atalıq məzuniyyətinə çıxa bilərsiz - VİDEO

    Azərbaycanda kişilər atalıq məzuniyyətinə çıxa bilərlər.
    Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, amma çox az sayda kişinin atalıq məzuniyyətindən xəbəri var.
    Ölkədə nəinki analar, həm də atalar məzuniyyətə çıxıb yeni doğulan körpəyə baxa bilərlər.
    Əbülfət Bayramov – ƏƏSMN-in şöbə müdirinin müavini: “Əmək Məcəlləsinə görə məzuniyyət verilir. Bu halda da kişi işə götürənə müraciət edir. 14 gün məzuniyyət verilir”.

    Muxalifet - 30-10-2018

  5. ​“Bakı Metropliteni” məhkəməyə verilib - Tağı Əhmədovdan qalan borca görə

    Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı Metropoliteni” QSC-nin İctimai İaşə Kombinatını məhkəməyə verib.
    “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, buna səbəb İctimai İaşə Kombinatının icarə haqqı ilə bağlı yaranan borcudur.

    Muxalifet - 30-10-2018

  6. ​Azərbaycanda şairə seksual görüntülərini YAYDI - VİDEO 18+

    Gənc şair, jurnalist Yeganə Bağırovanın seksual görüntüləri yayılıb.
    Şairənin çılpaq formada rəqsinin Türkiyədə lentə alındığı bildirilir. Belə ki, istirahətdə olan Y.Bağırova musiqi sədaları altında əylənib. O, ətəyini qaldıraraq seksual hərəkətlər nümayiş etdirib.
    “Çooox gözəl gün idi. Günəş hər gün bizim üçün doğur, çalışaq ona biganə qalmayaq. Mahnı xüsusi olaraq mənim üçün səsləndirildi”, – deyə seksual görüntülərini yayan şairə qeyd edib.

    Muxalifet - 30-10-2018

  7. Rusiya ilə nüvə müharibəsinə hazırlıq başladı - “QLOBAL FIRTINA”

    ABŞ ordusu “Qlobal fırtına” adlı növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb.
    Muxalifet.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi saytında deyilir.
    Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, genişmiqyaslı təlimlər Şimali Atlantika İttifaqının tərkibinə daxil olan ölkəyə və başqa dövlətlərə potensial rəqibin hücumlarını aşkarlamağa və qarşısını almağa yönəlib. Qeyd edilir ki, təlimlər zamanı xüsusi diqqət raket əleyhinə müdafiə sistemlərinə ayırılacaq.

    Muxalifet - 30-10-2018

  8. Türkiyə Səudiyyənin baş prokuroruna RƏDD CAVABI VERDİ

    Muxalifet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının baş prokuroru Səud Muceb müxalifətçi jurnalist, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluqdakı qətli ilə əlaqədar Türkiyəyə gəlib. O, burada İstanbul şəhərinin baş prokuroru İrfan Fidan ilə görüşüb. Səudiyyəli prokurorun ilk işi türk orqan əməkdaşlarının edamla bağlı topladıqları – ifadə, videolent, telefon qeydləri də daxil olmaqla, bütün dəlilləri istəmək olub.

    Muxalifet - 30-10-2018

  9. Oğlu intihara məcbur edilən anadan Birinci vitse-prezidentə MÜRACİƏT – “Cinayət işi Göyçay rayon Prokurorluğundan alınsın...”

    Göyçay rayonu Hacağabəyli kənd sakini Fətəliyeva Firəngiz Qüdrət qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, övladı Fətəliyev Anar Tahir oğlu intihar həddinə çatdırıldığı üçün özünü asaraq öldürüb: “Buna görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə Göyçay rayon prokurorluğunda müstəntiq Anar Nuriyev saxtakarlıqla, qanunszuluqla ibtidai istintaq aparır.

    Muxalifet4 - 30-10-2018

  10. ​DEPUTATDAN TƏKLİF: “Repressiya qurbanlarına “Sahil” bağında abidə ucaldılsın”

    Milli Məclisin deputatı Fazil Mustafa Stalin repressiyasının qurbanlarına abidə ucaldılmasını təklif edib.
    Muxalifet.az-ın məlumatına görə, deputat parlamentin iclasında bu haqda danışıb.
    O, Stalin qurbanlarının məzarlarının tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Deputat qeyd edib ki, məzarı aşkarlanan soydaşlarımızin kimliyi ilə bağlı DNT analizi aparılmalıdır.

    Muxalifet - 30-10-2018

  11. Nazirlik XƏBƏRDARLIQ ETDİ: Temperatur 5 dərəcə aşağı enəcək, QAR YAĞACAQ

    Sabahın hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
    Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 30-10-2018

  12. Fətullah Güləndən o şəxsə qarşı SUİ-QƏSD TƏLİMATI

    Milat-ın xəbərinə görə, Fetullah Gülən, bəzi siyasi şəxslərə qarşı sui-qəsd əmrini verib. Gizli xəbərləşmə proqramları ilə təşkilat üzvlərindən hər an hərəkət və sui-qəsdlərə hazır olmasını istəyən Gülən, bu dəfə ona qarşı qəhrəmancasına mübarizə aparan siyasətçilərə qarşı açıq ad verərək sui-qəsd tapşırığı verib.
     

    Muxalifet3 - 30-10-2018

  13. ​Polis əməkdaşı rus ruletində uduzdu - REANİMASİYAYA ÇATDIRILDI

    Dağıstanda polis əməkdaşı rus ruletində uduzub və ağır vəziyyətdə reanimasiyaya çatdırılıb.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Xasavyurtdakı kafelərdən birində 10 polis əməkdaşı istirahət edirmiş. Səid adlı hüquq-mühafizə işçisi sərxoş halda rus ruleti oynamaq qərarına gəlib və tapançasının patrondaşında cəmi bir güllə saxlayaraq, gicgahına yaxınlaşdıraraq tətiyi çəkib.
    Bədbəxt hadisə nəticəsində ağır yaralanmış Səid reanimasiyaya çatdırılıb, həkimlər onu həyatda saxlamağa çalışırlar.

    Muxalifet - 30-10-2018

  14. Azərbaycanlı blogerin cangüdəni "Gelandawagen"lə bir neçə maşını əzdi - "İŞDƏN QOVMAQ FİKRİM YOXDUR..."

    Rusiyada xeyli məşhur olan azərbaycanlı bloger Hüseyn Həsənovun mühafizəçisi Moskvanın mərkəzində zəncirvari qəza törədərək, bir neçə avtomobilin xəsarət almasına səbəb olub. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, səliqəsiz sürücünün “rəisi” Hüseyn Həsənov bütün xərcləri öz üzərinə götürüb. Həsənov özünün “İnstagram” səhifəsinin “history” bölməsində qeyd edib ki, mühafizəçisi məşhur Mixael Şumaxerin yolu8nu getmək istəyib, amma bir neçə maşını əzib. “Mühafizəçimi işdən qovmaq fikrim yoxdur. Necə də olmasa, əzilən dəmirdir. Əsas odur ki, hamı sağ-salamatdır.

    Muxalifet4 - 30-10-2018

  15. ​Səfirlər arasındakı yeyinti qarşıdurması... - Deputat Zahid Orucdan şərh

    Deputat Zahid Oruc Ukraynadakı Azərbaycan Səfirliyi binasının təmiri zamanı yol verilən korrupsiya ilə bağlı sabiq və indiki səfir arasında gedən qarşıdurmaya münasibət bildirib.
    O, çıxışında qeyd edib ki, hazırkı səfir özündən əvvəlkini bu məsələdə yeyintiyə yol verməkdə ittiham edir: “Sabiq səfir isə bunu təkzib etməkdədir. Belə bir məsələ niyə medianın gündəminə çıxarılmalıdır? Bu, yolverilməz haldır. Ölkənin imicinə zərbə vurur. Məsələni Ukraynada müzakirə etməkdənsə, Azərbaycanda müzakirə etsələr daha yaxşı olar”.

    Muxalifet - 30-10-2018

  16. ​Qubada 48 yaşlı qadın İTKİN DÜŞÜB – Əlamətləri...

    Quba rayonunun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva oktyabr ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
    DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, Güləbətin Zəkiyevanın əlamətləri belədir: Boyu 160-170 sm., dolu bədən quruluşlu, yumru sifətli, qısa saçlı, gözlərinin rəngi mavidir. G.Zəkiyeva psixi problemlərdən əziyyət çəkir.

    Muxalifet4 - 30-10-2018

  17. “Fəratın şərqinə top atışları ABŞ-a bir mesaj idi” – Ərdoğanın müşaviri

    Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik, "İndi növbə Fəratın şərqinə çatıb" başlığı ilə dərc olunan yazısında "Fərat çayının şərq sahilində yerləşən və Türkiyə sərhədinə hakim yüksəkliklərə malik olan Zor Mağar bölgəsindəki terror təşkilatı fəaliyyətlərinə əngəl olma çərçivəsində top atışları həyata keçirilib. TSQ, Zor Mağar yüksəkliyində terror təşkilatı tərəfindən inşa edilən səngər və mövqeləri hədəf aldı" deyib.
     
    ABŞ-a DOSTCA BİR MESAJ İDİ
     

    Muxalifet3 - 30-10-2018

  18. PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURU: Gürcüstanda kim qalib gələcək?

    Srağagün Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri qonşu ölkədə demokratik dəyərlərin üstün olduğunu bir daha ortaya qoydu. Hazırda iqtidarda olan “Gürcü arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə Vahid Milli Hərəkat Partiyasının dəstəklədiyi Qriqol Vaşadzenin səs faizləri arasında ciddi fərq olmaması bunu sübut edir.

    Muxalifet4 - 30-10-2018

  19. 57 saniyəyə dünya çempionu olan idmançımızdan KÖVRƏLDƏN JEST - VİDEO

    Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 55 kq-da dünya çempionu olan Eldəniz Əzizli final görüşündən sonra etdiyi açıqlama ilə kövrəldib.

    Muxalifet.az xəbər verir ki, final görüşünü cəmi 57 saniyəyə qalib gələn yunan-Roma güləşçimiz, qələbədən sonra təəssüratlarını bölüşərkən ona ünvanlanan "Qızıl medalı kimə həsr edirsən" sualına qəhərlənərək cavab vermək məcburiyyətində qalıb.

    Muxalifet4 - 30-10-2018

  20. ​DTX-dan ƏMƏLİYYAT: “Təhlükəsizlik orqanı əməkdaşı” saxlanıldı - FOTO

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşı Həşimov Rzamin Rza oğlunun özünü dövlət təhlükəsizliyi orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək əlaqəsində olan şəxslərlə birlikdə Fətəliyev Hacı Fətəli oğlu, Əmənov Faiq Mətləb oğlu və digər vətəndaşların maddi vəsaitlərinin ələ keçirilməsi istiqamətində cinayət əməlləri törətməsi müəyyən edilib.

    Muxalifet4 - 30-10-2018

Pages