Axtarış
The search found 105701 results in 0.087 seconds.
Search results
Makron, Ərdoğana dərdini açdı! Siz bu məsələni həll etdiniz..
İstanbulda prezidenti Rəcəb Tayyib Ərdoğanın qonağı olan Fransanın prezidenti Emmanuel Makron, ölkəsindəki yarı prezidentlik sistemindən razı olmadığını biruzə verərək Türkiyəyə prezidentinə dərdini açıb. Makron Erdoğana, "Siz baş nazir” problemini həll etdiniz" deməklə, özünün bunu bacarmadığını boynuna alıb.
Muxalifet3 - 29-10-2018
Metronun bu stansiyasına gedənlərin nəzərinə! - SABAHDAN...
"Bakmil" stansiyasında məhdudiyyət sabahdan müvəqqəti tətbiq olunmayacaq.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında (saat 8:20-dən 17:00-a qədər) qoyulmuş məhdudiyyətə oktyabr ayının 30-dan müvəqqəti olaraq fasilə veriləcək.Muxalifet - 29-10-2018
“GƏLİN, SÜBUT EDƏK Kİ, TORPAQLARI AZAD ETMƏK ƏZMİNDƏYİK” – “Erməniləri cəsarətləndirən budur…”
“Qarabağla bağlı məlumatları oxuyuram, ürəyimdən qara qanlar axır. Məlumatlara görə, ermənilər nəinki Dağlıq Qarabağda, işğal etdikləri digər ərazilərdə də quruculuq fəaliyyətinə başlayıblar. Laçına, Kəlbəcərə yol çəkir, dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri gətirib ata-baba torpaqlarımızda məskunlaşdırırlar. Bir tərəfdən də ABŞ-ın Ermənistandakı keçmiş səfiri açıqlama verərək bildirir ki, ermənilər Dağlıq Qarabağ ətrafındakı 7 rayonu belə, qaytarmaq istəmirlər.
Muxalifet - 29-10-2018
Qurban Qurbanov növbəti rekorda imza atdı
Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov növbəti rekorda imza atıb.
Muxalifet.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” ilə qarşılaşması “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ölkə çempionatlarında çalışdırıcı kimi 350-ci matçı olub.
Hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun yetirmələri Premyer Liqada 523 qol vurub, 244-ünü buraxıblar.Muxalifet3 - 29-10-2018
Zabit arvadının ayağını başqa qadına öpdürdü -ŞOK VİDEO
Sosial şəbəkələrdə yayılan video qalmaqal yaradıb.
Muxalifet.az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, sosial şəbəkələrdə zabitlə bağlı yayılan video ilə əlaqədar istintaq aparılır.
Livanın "Əl-Ənba" nəşrinin yaydığı videoda zabitin arvadı ilə dalaşan qadına onun ayağını öpdürməsi əks olunub.
Görüntülər yayıldıqdan sonra, zabit və ayağı öpülən qadın saxlanılıb.Muxalifet3 - 29-10-2018
Səudiyyə Türkiyəyə milyonlar ödəməyə hazırdı
İslam dinini qəbul etmədən əvvəl “Çaqqal Karlos” ləqəbi ilə tanınan Salim Məhəmməd “Baran” jurnalında yayımlanan sonuncu məqaləsində jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı maraqlı məqamlara toxunub.
Muxalifet.az xəbər verir ki, Məhəmməd “Səudiyyə şahzadəsinə qurulan tələ: Qaşıqçı sui-qəsdi” adlı məqaləsində ABŞ Prezidenti Donald Trampın Qaşıqçı cinayəti ilə bağlı məsələdə xüsusi canfəşanlıq nümayiş etdirdiyini vurğulayıb.
Salim Məhəmmədin Qaşıqçı cinayətinə həsr olunmuş “Səudiyyə şahzadəsinə qurulan tələ: Qaşıqçı sui-qəsdi” adlı məqaləsini təqdim edirik:Muxalifet3 - 29-10-2018
Rusiyaya gedən yük maşınlarının saxlanılmasına reaksiya - Rəsmi
Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya gedən yük nəqliyyat vasitələrinin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılması barədə məlumatlar yayılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur və gömrük-sərhəd buraxılış məntəqəsi gündəlik iş rejimində fəaliyyətini davam etdirir.Muxalifet3 - 29-10-2018
Özbək mediası: Ermənilər Zəngilanda terror edirlər - Foto
Özbəkistanın “Tnews.uz” portalı Azərbaycanın Zəngilan rayonunun işğalı ilə bağlı məqalə yayıb.
Muxalifet3 - 29-10-2018
Tunisdə qadın güclü partlayış törətdi: yaralılar var
Oktyabrın 29-da Tunis paytaxtının mərkəzindəki Həbib Burgib küçəsində güclü partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, terrorçu-kamikadze partlayıcı qurğunu Daxili İşlər Nazirliyinin yerləşdiyi binanın yaxınlığında işə salıb. Hədəf oradakı polis əməkdaşları olub.
İnsident nəticəsində 9 nəfərin xəsarət aldığı bildirilir. Polis hadisənin baş verdiyi ərazini əhatəyə alıb, təhqiqat aparılır. Şahidlərin sözlərinə görə, partlayışı qadın törədib.
Muxalifet3 - 29-10-2018
“Paşinyan bununla da Qarabağı Azərbaycana verə bilər...” – Ermənistandan AÇIQLAMA
“Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini müəyyən edə bilmir. O, anlayır ki, bu, çox incə məsələdir. Onun bəyanatları göstərir ki, problemdən uzaqlaşmaq və yerinə Qarabağı tərəf kimi təqdim etmək istəyir. Lakin bu, baş tutmayacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına Ermənistanın cəlb olunmasının dərəcəsi, eləcə də Qarabağın təhlükəsizliyində oynadığı rol o qədər böyükdür ki, Paşinyanın planı alınmayacaq. Bu ermənistanın Qarabağı Azərbaycana verməsi ilə nəticələnə bilər”.
Muxalifet3 - 29-10-2018
Xanım polis əməkdaşı Bakı çempionu oldu
Oktyabrın 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatı keçirilib. Paytaxt birinciliyində 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparıb. Muxalifet.az xəbər verir ki, yarışın ilk günü qadınların mübarizəsi yekunlaşıb və qaliblər müəyyənləşib. DİN-in Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Nuriyyə Axundova bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb.
Muxalifet3 - 29-10-2018
Mikayıl Cabbarov Lissabonda sammitdə: sualları cavablandırdı
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT) və Portuqaliyanın Vergi və Gömrük Orqanının birgə təşkilatçılığı ilə Lissabon şəhərində “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammiti keçirilib.
Muxalifet3 - 29-10-2018
Bakıda məktəb şagirdi qaçırıldı
Bakıda orta məktəb şagirdi qaçırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”a Qaradağ rayonunun Polis İdarəsindən məlumat veriblər.
Bildirilir ki, hadisə oktyabrın 28-də saat 18.00-da Sahil qəsəbəsində baş verib.Muxalifet3 - 29-10-2018
Bakıda Türkiyə Cümhuriyyətinin qurulma günü qeyd edildi
Türkiyə Cümhuriyyətinin qurulmasının 95-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Muxalifet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Daha sonra Azərbaycanın Baş naziri Novruz Məmmədov Türkiyə xalqını Cümhuriyyətin 95-ci ildönümü münasibətilə təbrik edib.Muxalifet3 - 29-10-2018
Bakıda torpağın qiyməti ucuzlaşır
2018-ci ilin sentyabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.
Muxalifet.az xəbər verir ki, bunu daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, bir sot torpağın qiyməti 3,7 faiz artıb və orta hesabla bir sotun qiyməti 22 258 manatdan azalaraq 21 434 manat olub.
Ekspert bildirib ki, torpaq bazarında ucuzlaşma mövsümi xarakter daşıyır.
Onun sözlərinə görə, torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır.
Muxalifet3 - 29-10-2018
İstanbulda yeni hava limanı açıldı — Azərbacanı Oqtay Əsədov təmsil edib + FOTO
Oktyabrın 29-da, Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü günündə İstanbulda yeni inşa olunmuş hava limanının açılış mərasimi keçirilib.
Muxalifet.az AzərTac-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Açılış mərasimində Pakistan Prezidenti Arif Alvi, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Albaniya Prezidenti İlir Meta, Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Moldova Prezidenti İqor Dodon və başqaları iştirak ediblər.Muxalifet3 - 29-10-2018
Ərdoğanın pilotu danışdı: Dünyada beləsi yoxdur
Dünyada beləsi yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın pilotu Mithat Görkəm Aksoy İstanbul hava limanı barədə danışarkən bildirib.
"Dünyada bütün hava limanlarına gedirik, beləsi yoxdur. Bu böyüklükdə hava limanı layihəsi də yoxdur. Bizim üçün də çox dəyərli oldu. Texnoloji olaraq da burası çox yaxşı oldu. Hədəfimiz 2023-cü ildə 500 təyyarədir. Bu da o deməkdir ki, dünyada ən böyük 3-dən biri biz olacağıq", - Aksoy vurğulayıb.Muxalifet3 - 29-10-2018
Cüdoçularımız 3 medal qazandı: 1 gümüş, 2 bürünc
Oktyabrın 29-da Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Azərbaycan millisi turniri 1 gümüş və 2 bürünc medalla başa vurub.
Muxalifet.az xəbər verir ki, reytinq xarakterli turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov özbəkistanlı Aklmurodbek Xudoyberdıevə, Rusiya təmsilçisi Ashad Kostoevə və Portuqaliya idmançısı Xorxe Fonsekə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə israilli cüdoçu Peter Palçikə məğlub olan E.Qasımov gümüş medalla kifayətlənib.Muxalifet3 - 29-10-2018
Bolton teoremi: İrəvan və Tiflis üçün çətin məsələ... - Foto
Nyustaym portalında “Bolton teoremi”: İrəvan və Tiflis üçün çətin məsələ” sərlövhəli məqalə dərc edilib.
Muxalifet.az məqaləni təqdim edir.Muxalifet3 - 29-10-2018
Fəxriyyə Xələfova: Sofiya gülərüz və cazibədar xanımdır - Foto
Heydər Əliyev Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “İnnovasiya həftəsi” çərçivəsində “Qlobal İnfluenser Günü” konfransı keçirilib. Birinci “Qlobal İnfluenser Günü”nün təşəbbüskarları qismində “Keepface DMCC” yerli startapı və “FA International Trade Events” şirkəti çıxış ediblər.
Muxalifet3 - 29-10-2018