Axtarış
The search found 105701 results in 0.116 seconds.
Search results
Gürcüstandan Rusiyaya gedən magistral yol bağlanır
Oktyabrın 30-da səhər saat 7:00-dan Gürcüstandan Rusiya sərhədinə gedən magistral yol bağlanacaq.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilir ki, magistralın bağlanması Kazbek dağı ilə Qudauri kurortlarını birləşdirən kanat yolunun tikintisi ilə əlaqədardır. Bu gün inşaatçılar kanat yolunda montaj işləri görəcək və polad tros və kəmərləri bərkidəcəklər.
Muxalifet - 30-10-2018
Salyanda DAVA: 28 yaşlı gənc bıçaqlandı
Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Borankənd kəndində baş verib.
Kənd sakini, 1994-cü il təvəllüdlü Zülfüqarlı Röyal Ağasəf oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Əhmədov Elsevər Razim oğlunu şəxsi münasibətlər zəminində bir neçə dəfə bıçaqlayıb.
Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsini 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.Muxalifet - 30-10-2018
PKK təlaşa düşdü: BİZİ BİTİRƏCƏKLƏR
Terror təşkilatı PKK-nın terrorçubaşlarından olan Mustafa Karasu, İstanbuldakı 4-lü Suriya toplantısında işğal altında saxladıqları rayonların təhlükə altında olduğunu söyləyib.
Suriya Zirvəsi üçün bir araya gələn 4 lider, bölgədəki problemləri müzakirə edərkən Türkiyə Suriyanın şimalında yuvalanan PKK terrorçularının bölgədən təmizlənməsini gündəmə gətirib.
Zirvədən yalnız 1 gün sonra, Türk Silahlı Qüvvələri Fəratın şərqini bombalayıb.
TSQ-nin düyməyə basması ilə terror təşkilatı PKK təlaşlandı.Muxalifet3 - 30-10-2018
DƏHŞƏT: 24 yaşlı futbolçunun cinsiyyət orqanını kəsdilər - FOTO
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xüsusi amansızlıqla qətlə yetirildiyi ehtimal olunur. Cəsədin üzərində zorakıəlıq əlamətləri tapılıb və cinsiyyət orqanının kəsildiyi məlum olub.
Polis faktla bağlı araşdırmya başlayıb.Muxalifet - 30-10-2018
Cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 30-10-2018
Merin qızı əxlaqsızlığa görə tutuldu - FOTO
Muxalifet.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatının Lodi qəsəbəsində 32 yaşlı müəllim 16 yaşlı şagirdi ilə intim münasibətdə olub.
Stefani Karafa (Stephanie Carafa) adlı qadın adı açıqlanmayan 16 yaşlı şagirdinə çılpaq şəkillərini göndərib, onu cinsi əlaqədə olmağa təhrik edib.
O, məsələ ilə bağlı hələlik hər hansı açıqlama verməyib. Cümə günü onun ilk məhkəməsi keçiriləcək.
Stefani Berqen əyalətindəki "Thomas Jefferson High School"da müəllimə işləyib. Onun atası - Emil Carafa məktəbin yerləşdiyi ərazinin meridir.Muxalifet - 30-10-2018
Qaşıqçının nişanlısı Trampa çağırış etdi
“Middle East Monitor” və “Əl Şərq” Forumun Londonda birlikdə keçirdiyi "Camal Qaşıqçını Anma" proqramında çıxış edən Qaşıqçının nişanlısı Xədicə Çingiz, İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğunda öldürülən jurnalistin dostları arasında olmaqdan böyük xoşbəxtlik və şərəf duyduğunu söyləyib.
Dünyanın hər yerindən insanların göstərdiyi həmrəyliyə görə minnətdar
olduğunu bildirən Çingiz, bunları qeyd edib:Muxalifet3 - 30-10-2018
“İstanbullu Gəlin”in heyətinə yeni aktyor daxil oldu
Məşhur müğənni Yeşim Salkım “Star TV”-nin sevilən serialı “İstanbullu Gəlin”in heyətinə daxil olub.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəniz Akçayın yazdığı, Zeynəb Günay Tanın isə rejissorluğu etdiyi seriala güclü aktyorlar cəlb olunmağa davam edir.
Ötən mövsüm Dəfnə Samyelinin rəng qatdığı seriala indi də Yeşim Salkım qonaq olacaq. Aktyorluq qabiliyyəti ilə diqqətləri üzərinə çəkən “Qızıl Portağal” mükafatlı müğənni “İstanbullu Gəlin”nin bu həftəki bölümdə sürpriz xarakteri calandıracaq.Muxalifet - 30-10-2018
Pompeo Qaşıqçının öldürülma anının səsyazmasını dinləməkdən imtina edib – ŞOK SƏBƏB
ABŞ-ın dövlət katibi Mayk Pompeo-nun Səudiyyə Ərəbistanla olan müqavilələrin zərər görməməsi üçün Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürülməsinə dair olduğu iddia edilən səs qeydlərini dinləməyi rədd etdiyi irəli sürülüb.
Muxalifet3 - 30-10-2018
Müharibə variantına 5 GÜN QALDI - Nazir AÇIQLADI
Sanksiyalar iqtisadi təsirini göstərəcək, amma siyasətimizi dəyişdirməyəcək, ABŞ bunu öyrənməlidir.
İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın CBS telekanalına açıqlamasında bildirib.
“ABŞ sanksiyalarla bütün problemlərin həll ediləcəyinə inanır, amma həll etmir”, - o deyib.
Sanksiyaların psixoloji təsirinin olduğunu ifadə edən Zərif bu təsiri daha əvvəldən hiss etməyə başladıqlarını qeyd edib. Onun sözlərinə görə, noyabrın 4-də ABŞ-ın tətbiq edəcəyi sanksiyaların böyük təsiri olmayacaq.Muxalifet - 30-10-2018
Ana körpəsini öldürüb niyə basdırdı? - Qeyri-rəsmi nikah, məşuqdan ayrılıq və...
Sumqayıtda gənc ana öz körpəsini öldürüb.
Hadisə Sumqayıtda, H.Zeynalabdin Tagıyev qəsəbəsində baş verib.
Məlumata görə, 22 yaşlı Səbinə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən hamilə qalıb. Daha sonra həmin şəxs onunla əlaqəni kəsib. Həmin oğlandan ayrılandan sonra uşaq dünyaya gətirən Səbinə, anası -56 yaşlı Nigar Salmanovanın təkidi ilə uşağı öldürmək qərarına gəlib.
Sonradan onların bu çirkin əməlini qəbiristanlıqda nəzarətçi işləyən şəxs bilib. O, dərhal hadisə ilə bağlı ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə məlumat verib.Muxalifet - 30-10-2018
Qəzzafinin dondurulmuş milyardları Belçika banklarından hara yoxa çıxır...
Devrilmiş və linç edilərək öldürülmüş Liviya diktatoru Muammar Qəzzafinin Belçika banklarında BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında dondurulmuş milyardlarla avro pullarının bir qisminin sirli şəkildə üzə çıxması haqda xəbərlər yayılıb.
Muxalifet - 30-10-2018
Muxtar Babayev idarə rəisini işdən çıxarıb – Vəzifənin icrasını müavininə tapşırıb
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini işdən çıxarıb. Unikal.org-un əldə etdiyi məlumata görə, nazirliyin strukturuna daxil olan Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov tutduğu vəzifədən azad edilib.
Sözügedən vəzifənin icrası müvəqqəti olaraq onun müavini Mübariz Əliyevə tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbəri təsdiqləyiblər.Muxalifet - 30-10-2018
Qüdrət Şükürovun cinayət işi barədə yeni AÇIQLAMA
Oktyabrın 1-dən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir.
Bu barədə Muxalifet.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.
Rəsmi məlumatda eyni zamanda, “Bakılifttəmir” İstehsalat Birliyində aparılan araşdırmaların davam etdirildiyi vurğulanıb:Muxalifet - 30-10-2018
Bakıda sakini döyüb "Niva"ya basdılar
Bakı sakini döyüb pulu tələb edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Salmanov oktyabrın 28-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evinə gələn 2 nəfərin onu həyətə çağırıb döydüklərini, “Niva” markalı avtomobildə Qobu qəsəbəsindəki bir evə apararaq yenidən döyərək borclu olduğu pulu tələb etdiklərini bildirib.Muxalifet - 30-10-2018
Deputatlığa namizəddən rüşvət alan şəxs həbs edildi
Deputatlığa və hakimliyə namizədlərdən rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işinin istintaqı yekunlaşıb.
Open.az-ın əldə etdiyi məlumata görə, Elnur Babayev təqsirləndirilməsinə dair cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.Muxalifet - 30-10-2018
“Vaşadzeyə səs verən insanlar əslində Saakaşviliyə səs verdilər” - BURCANADZE
Gürcüstan prezident seçkisinin ikinci turu ciddi problem olacaq. Belə ki, Vahid Milli Hərəkat Partiyasının namizədinin seçkidə qələbə qazanması Mixail Saakaşvilinin ölkəyə geri dönməsi üçün imkanlar yarada bilər.
Bunu “İzvestiya” qəzetinə açıqlamasında Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.Muxalifet4 - 30-10-2018
Gürcüstandakı seçki Kremli narahat edib – “Saakaşvili geri dönəcək”
Gürcüstan müxalifətinin prezident seçkisində qələbəsi Saakaşvilinin geri dönməsi üçün şərait yaradacaq.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib.Muxalifet4 - 30-10-2018
Nura Suridən ŞOK SÖZLƏR: “Hamının yanları iri, sinəsi yekə...” - MÜSAHİBƏ/FOTO
Bir neçə gün əvvəl “Sevgi romanı” adlı mahnısı ilə dillərə düşən müğənni Nura Suri Publika.az-a müsahibə verib.
Yeni işlərindən danışan sənətçi söhbət zamanı icazə verdi ki, onun mənəvi dünyasına kiçik səyahət edib ürəyindəkiləri oxuyaq.
- Nura xanım, sirr deyil ki, bu gün istər dünya ulduzları, istərsə də, bir çox yerli ulduzlar layihələrinin səs-küy gətirməsi və izlənməsi üçün bədəninin gözəlliyini klipdə maksimum dərəcədə nümayiş etdirməyə çalışır. Sizin kliplərdə isə bütün bunlar müəyyən çərçivədən kənara çıxmır.
Muxalifet - 30-10-2018
“Vaşadzenin ilk əmri sabiq prezidentlə bağlı olacaq” – AZƏR SÜLEYMANOV
Gürcüstanda keçirilən son prezident seçkiləri saxtalaşdırılıb. Əgər təmiz və şəffaf seçki keçirilsəydi Mixail Saakaşvili Tiflisdə olardı.
Muxalifet.az xəbər verir ki, bu sözləri teleqraf.com-a Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini şərh edən Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov deyib.
Gürcüstan parlamentinin üzvü bildirib ki, onların namizədi Qriqol Vaşadze böyük faizlə irəlidə olub:Muxalifet4 - 30-10-2018