Axtarış

The search found 105701 results in 0.129 seconds.

Search results

  1. Əsəd rejimi ilə Türkiyə arasında danışıqlar başladı

    İstanbulda Rusiya, Almaniya, Fransa və Türkiyənin iştirakı ilə keçirilən dördtərəfli zirvədən sonra Türkiyə ilə Suriya nümayəndə heyətləri arasında qeyri-rəsmi danışıqlara başlandığı bildirilir. Kəşfiyyat və diplomatik danışıqların Suriyada yaradılacaq yeni idarəetmə forması və Konstitusiya üçün həm Suriya xalqı, həm də Türkiyənin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
     
    Putin, Əsədin istəkli olduğunu dedi
     

    Muxalifet3 - 30-10-2018

  2. ​Bakı və Buxarest arasında birbaşa aviareys açılacaq

    Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reyslər həyata keçirəcək.
    Reyslər 2019-cu ilin aprelin 3-dən etibarən həyata keçiriləcək.
    Bak-Buxarest-Bakı reysi üzrə biletlərin qiyməti 341 avrodan başlayacaq. Bilet qiymətinə 10 kiloqramadək əl yükü, 23 kiloqram baqaj və yemək daxildir.
    Qeyd olunur ki, uçuşların A318 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.

    Muxalifet - 30-10-2018

  3. ​Rusiyadan ŞOK QƏRAR: "ABŞ təyyarəsini vuracağıq..."

    Hmeymim hərbi bazasına ABŞ tərəfindən növbəti hücum təşkil ediləcəyi halda onların təyyarələri vurulacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Vladimir Şamanov deyib.
    “ABŞ təyyarəsinin koordinasiya etdiyi pilotsuz uçuş apartları ilə həyata keçirilən hücumla bağlı verilən açıqlamalar hərbi səviyyədə təsdiqini tapdı. Əgər gələcəkdə bənzər hücum ehtimalı olarsa, ən azından həmin hücumda iştirak edən təyyarə, yaxud PUA-nı vurmağa mənəvi haqqımız var”, - deyə deputat bildirib.

    Muxalifet3 - 30-10-2018

  4. Azərbaycan 3 ölkəyə fındıq ixrac edəcək

    Azərbaycan fındığı daha 3 ölkəyə ixrac olunacaq.
    İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Paris şəhərində keçirilmiş "SIAL Paris" beynəlxalq ərzaq sərgisi başa çatıb.

    Muxalifet3 - 30-10-2018

  5. Bakının mərkəzində restoran yandı

    Səbail rayonunda ticarət mərkəzi kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın baş verib.
    Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğın binanın zirzəmisində ümumi sahəsi 150 kvadratmetr olan restoranda qeydə alınıb. Hadisə nəticəsində restoranın 30 kvadratmetri yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
     

    Muxalifet3 - 30-10-2018

  6. ​Vasif Talıbov təlimləri izlədi: Xüsusi təyinatlılar...

    Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər.
    Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə hazırlıq barədə raport verib.

    Muxalifet3 - 30-10-2018

  7. ​ABŞ-da vətəndaş müharibəsi başlayır - Tarixçi AÇIQLADI

    Yaxın zamanda ABŞ-da vətəndaş müharibəsi başlaya bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ingilis tarixçi Neil Ferqusonun “Sandey Tayms” qəzetində yayımlanan məqaləsində deyilib.
    Tarixçi bildirir ki, vətəndaş müharibəsi növbəti prezident seçkiləri ərəfəsində baş qaldıra bilər:
    “Daxili ziddiyyətlər dərinləşir, “mədəni savaş” genişlənir. Barak Obama, Klinton kimi şəxsiyyətlərə bombalı paket göndərilməsi olayı da bu daxili savaşın müjdəçisidir”.
     

    Muxalifet3 - 30-10-2018

  8. ​Alman Bundestaqının nümayəndə heyəti ADU-da - Foto

    Bu gün Alman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.
    Muxalifet.az xəbər verir ki, nümayəndə heyətinin ADU-ya səfərinin əsas məqsədi Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramında iştirak edəcək ən yaxşı iştirakçını seçməkdən ibarətdir. Berlin Humbolt Universitetinin təqdiqatlar üzrə vitse-prezidenti prof.dok. Peter Frenş və Almaniya Parlamentində şöbə müdiri Birgit von Pfluqdan ibarət nümayəndə heyəti öncə ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb. .

    Muxalifet3 - 30-10-2018

  9. SON DƏQİQƏ:Azərbaycanda hərbi xidmətə qeydiyyat yaşı endirildi

    Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq. Muxalifet.az xəbər verir ki, bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    Muxalifet3 - 30-10-2018

  10. ​Dörd liderin görüşü: İstanbulda tarixi Suriya müzakirəsi...

    Yaxın Şərqdə qan tökülməkdə davam edir. Suriya hələ də ixtilaf içində boğulur. Milyonlarla insan yurdundan didərgin düşüb və savaş meydanında həlak olanların sayı durmadan artır. Belə bir şəraitdə Suriyada barış və sülhə nail olmaq bütün dünya üçün aktuallıq kəsb edir. Türkiyənin təşəbbüsü ilə İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa rəhbərlərinin görüşünün keçirilməsi insanlara müəyyən ümid verir. Toplantıda liderlər Suriyadakı münaqişənin sona çatdırılması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

    Muxalifet3 - 30-10-2018

  11. ​İdmançımız Avropa çempionatında ikinci yer tutdu

    Rumıniyanın paytaxtı Buxarestdə 25-27 oktyabr tarixlərində Kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilib. 
    Muxalifet.az xəbər verir ki, həmin çempionatda Azərbaycanı təmsil edən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm Müslümov 81 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb. 
    Qeyd edək ki, R. Müslümov iki dəfə dünya mükafatçısıdır, eyni zamanda 20-21 oktyabrda keçirilmiş Avrasiya Çempionatında birinci yer tutub.
     

    Muxalifet3 - 30-10-2018

  12. ​"Gürcü Arzusu" dəyişiklik ərəfəsində: Yeni simalar...

    Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasında kadr dəyişiklikləri planlaşdırılır.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə partiyanın liderlərindən biri Mamuka Mdinaradze jurnalistlərə deyib.
    O bildirib ki, Gürcüstan hökumətində dəyişikliklər nəzərdə tutulmayıb:
    “Bidzina İvanişvilinin iştirakı ilə partiyada dünən və bu gün məsləhətləşmələr aparılıb. Partiyaya yeni simaların gələcəyini istisna etmirik. Əlbəttə ki, partiya fəaliyyətini daha da gücləndirəcək”.

    Muxalifet3 - 30-10-2018

  13. ​BMT-dən Qaşıqçı açıqlaması: Şokedici dərəcədə...

    Jurnalist Camal Qaşıqçının ölümü şokedici dərəcədə dəhşətli cinayətdir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Haqları üzrə Ali komissarı Mişel Baçelet deyib.
    O bildirib ki, Qaşıqçı cinayətinin aydınlaşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət qrup formalaşdırılmalıdır.
    Xatırladaq ki, C.Qaşıqçı oktyabrın 2-də Səudiyyənin İstanbul konsulluğunda öldürülüb.
    Səudiyyə hakimiyyəti yalnız bir neçə həftə sonra jurnalistin konsulluqda öldürüldüyünü etiraf edib.
     

    Muxalifet3 - 30-10-2018

  14. ​“Azərbaycan Mərkəzi Bankı kimə istəyir kredit verir, kimə istəmir vermir”

    Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycanda 30 oktyabr 2018-ci il tarixində uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqqında qərar qəbul edib.
    Muxalifet.az xəbər verir ki, bank üzrə ekspert Əkrəm Həsənov bizimyol.info-ya bildirib ki, AMB-nın bu qərarı imitasiya xarakterlidir və kredit faizləri azalmayacaq:
     

    Muxalifet3 - 30-10-2018

  15. ​Baş nazirin müavini Mirzəyev məmurları döydü, dizə qədər soyuq suda saxladı - FOTO

    Özbəkistanda yerli məmurları orta əsrlər üslubunda cəzalandıran baş nazirin müavini işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.

    Muxalifet3 - 30-10-2018

  16. ​Türk ordusu Şimali İraqda: PKK-ya ağır zərbə...

    iraqın şimalında, Avaşin-Basyan və Qara bölgələrində PKK-ya qarşı Türkiyə ordusu tərəfindən təşkil edilən hava əməliyyatlarında 7 terrorçu zərərsizləşdirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında deyilib.
    Terrorçulara məxsus sığınacaqların, mağaraların, silah-sursat anbarlarının məhv edildiyi bildirilib.
     

    Muxalifet3 - 30-10-2018

  17. ​ŞOK AÇIQLAMA: Azərbaycanlılar Türkiyədən deportasiya ediləcək

    Muxalifet.az Türkiyədə hakim partiyanın (AKP) üzvü, beynəlxalq əlaqələr üzrə ekspert Samir İsgəndəroğlunun publika.az -a müsahibəsini təqdim edir: - Samir bəy, Zeynəb Xanlarovanın Türkiyədə konsertini təşkil edəcəyiniz haqqında xəbər oxuduq. Zeynəb xanım uzun müddətdir səhnəyə çıxmır. Adətən təşkilatçılar bu gün dəbdə olan müğənnilərin konsertini təşkil etməkdə maraqlı olur. Niyə Zeynəb xanım? - Çünki Zeynəb xanım yaşayan korifeylərimizin ən önəmlilərindəndir və Türkiyədə böyük sevgi ilə qarşılanır.

    Muxalifet3 - 30-10-2018

  18. ​Prezident gənc kadrı nazir müavini təyin etdi

    Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, Prezidentin sərəncamı ilə, Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

    Muxalifet3 - 30-10-2018

  19. ​Dünya yaxında türk ordusunun gücünü görəcək - Rus ekspert

    Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Fərat çayının şərqində türk ordusunun yeni əməliyyatlara başlayacağı yönündə açıqlaması Ankaranın prinsipiallığını göstərir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Viktor Nadein-Rayevski sputnik -ə açıqlamasında deyib. O bildirib ki, yeni əməliyyatların baş tutacağı təqdirdə dünya türk ordusunun gücünü bir daha görəcək.
    Digər rusiyalı ekspert Vladimir Avatkov isə Ərdoğanın bu açıqlamasını ABŞ-a meydan oxuma kimi dəyərləndirib:

    Muxalifet3 - 30-10-2018

  20. ​Zurabişvilidən müxalifətə: Onlar məni yaxşı tanımırlar...

    Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili ikinci tur seçkilərində iştirak etməyəcəyi ilə bağlı yayılan məlumatları əsassız adlandırıb.
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, xanım namizəd 28 oktyabrda baş verənləri hamının qələbəsi sayıb.
    “Bizi dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Birinci turda ilk yerdəyik. “Rustavi 2” iddia edir ki, mən namizədliyimi geri çəkmişəm. Görünür, məni yaxşı tanımırlar. Mən inadkaram, sonacan gedirəm. Mən mübarizəyə hazıram, çünki sizə inanıram. Mən sizin seçiminizə inanıram”, - deyə xanım namizəd bildirib.

    Muxalifet3 - 30-10-2018

Pages