Axtarış
The search found 105701 results in 0.096 seconds.
Search results
TAP-ın sayəsində İtaliyanın enerji təhlükəsizliyi... - Frappi
İtaliya Transadriatik Qaz Boru Kəməri (TAP) layihəsi ilə təbii qazın idxalı üçün əlavə kanal əldə edir. Bu da tədarük xətlərinin və mənbələrinin şaxələndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin güclənməsi deməkdir. Bunun nəticəsində ölkənin enerji bazarında rəqabət artacaq və ehtimal ki, istehlakçı qiymətləri aşağı düşəcək.
Bu fikirləri Venesiyanın Ka Foskari Universitetinin professoru Karlo Frappi deyib.Muxalifet3 - 30-10-2018
Bu gün işdən azad edilən nazir müavini: həkim, icra başçısı...
Azərbaycan Prezidenti İlham Əliyev bu gün verdiyi sərəncamlarla Anar Əliyevlə bərabər, Vüsal Zakir oğlu Nəsirlini də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edib.
Muxalifet.az xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Natiq Nəsir oğlu Məmmədov Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Həm Anar Əliyev, həm də Vüsal Nəsirli bu vaxta qədər nazir Sahil Babayevin müşaviri vəzifəsini icra ediblər.Muxalifet3 - 30-10-2018
Şəhid ailələri ilə bağlı xəbər: birdəfəlik ödəmələr... - Rəsmi
Artıq şəhid hərbi qulluqçulardan 96 faizinin vərəsələri bu ödəməni almaq hüququna malik olduqlarını öyrənib.
Muxalifet.az xəbər verir ki, bu barədə modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.Muxalifet3 - 30-10-2018
Rus baş nazir müavininin Bakı rəyinin - Səbəbi
Bakı belə mühüm forumların keçirilməsi üçün dünya miqyasında mərkəzdir.
Muxalifet.az-ın məlumatına görə, bu fikirləri Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı bildirib.
Dünyanın mövcud mənzərəsində Azərbaycanın paytaxtı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi siyasi, iqtisadi, eləcə də ictimai-humanitar mərkəzə çevrilib.Muxalifet3 - 30-10-2018
Yunan adası növbəti dəfə silkələndi
Yunanıstanın Zakintos adasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Afina universitetinin Seysmologiya Laboratoriyası məlumat verib.
Yerli vaxtla 17:12-də qeydə alınan zəlzələnin ocağı Zakintosdan cənub-qərbdə, 47 km dərinlikdə yerləşib.
Qeyd edək ki, səhər saatlarında da ərazidə 4 baldan yüksək yeratlı təkanlar qeydə alınmışdı.
Muxalifet3 - 30-10-2018
Ölkədə qızıl-gümüş bazarı ucuzlaşdı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Muxalifet.az trend-ə istinadən məlumat verir ki, oktyabrın 30-da qızılın qiyməti oktyabrın 29-u ilə müqayisədə 8,9165 manat azalaraq 1 unsiya üçün 2087,413 manat təşkil edib.
Gümüş 0,2657 manat ucuzlaşaraq 1 unsiya üçün 24,6736 manata bərabər olub.
Platinin qiyməti 4,522 manat artaraq 1420,877 manat, palladiumun qiyməti isə 12,5375 manat azalaraq 1864,6025 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Muxalifet3 - 30-10-2018
73 yaşlı erməni anasının məzarını ziyarət üçün Bakıya gəlib - RƏSMİ İCAZƏ
Hazırda Moskvada yaşayan erməni Yuri Sarkisova Bakıda anasının məzarını ziyarət etməyə icazə verilib.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, 73 yaşlı Sarkisov buna görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirib.Muxalifet3 - 30-10-2018
Vertolyot qəzası: ölən və xəsarət alan var - VİDEO
Muxalifet.az "News Channel 8"-ə istinadən xəbər verir ki, hadisə Florida ştatında, Sebrinq şəhərində qeydə alınıb. Hadisə zamanı vertolyotda olan iki nəfər həlak olub, həmçinin yerdəki bir nəfər xəsarət alıb.
Vertolyotun düşdüyü yerdə yanğın başlayıb. Nəticədə bir bina tamamilə yanıb, digəri ziyan çəkib.
Hazırda polis əməkdaşları qəza yerindədirlər.Muxalifet - 31-10-2018
İvanişvilinin uduzma səbəbi: Bolton Tiflisdə nəyi dəyişdi?
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlının axar.az-a müsahibəsini təqdim edirik:
- ABŞ-ın Cənubi Qafqazda aktivləşməsinin səbəbləri nələrdir?
Muxalifet - 31-10-2018
ABŞ-dan İrana qarşı psixoloji müharibə - Cavab gecikmədi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi, ABŞ-ın dövlət katibi Mayk Pompeonun İran iqtisadiyyatı və terrorizmlə mübarizəyə dair açıqlamalarının "avam və yanlış" olduğunu deyib.
Kasımi, nazirliyin rəsmi saytında dərc olunan açıqlamasında, ABŞ-ın İrana qarşı psixoloji müharibə aparmaq istədiyini irəli sürüb.
Pompeonun İran iqtisadiyyatı ilə bağlı sözlərinin "avam, yalan və çirkin" olduğunu deyən Kasımi, ABŞ-ın bölgədəki İran əleyhinə planlarının yeni olmadığını qeyd edib.Muxalifet3 - 31-10-2018
Çin ABŞ-a qarşı yeni silahını açıqlayıb
ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi davam edərkən, Çinin rəsmi pul vahidi yuan-ın ABŞ dolları qarşısında dəyər itirməsi, Çin üçün güclü bir iqtisadi silah olacaq. Dollar məzənnəsinin artımı, Çinli ixracatçıların məhsulları dollar əsasından daha ucuz sataraq qazanc təmin edəcək.
Muxalifet3 - 31-10-2018
Moskvada üzən qəsəbələr və otellər tikiləcək
"Houseboat" Rusiya-Danimarka birgə şirkəti Moskvada üzən qəsəbələr və otellər tikmək niyyətindədir.
Muxalifet.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Moskva" agentliyi məlumat yayıb.
Məlumata görə, Moskva kanalının üç su hövzəsində üzən yaşayış məntəqələri və otellər tikmək planlaşdırılır. Yaşayış üçün nəzərdə tutulmuş gəmilər - "houseboat"lar Rusiyada yığılacaq. Hər belə gəminin sahəsi 100-160 kvadratmetr təşkil edəcək. Bir qəsəbədə 13-30 üzən ev olacaq.Muxalifet - 31-10-2018
Fransız nazir həddini aşdı: Müsəlmanlara yeni bir qadağa
Fransanın daxili işlər naziri Kristof Castaner, ölkədə baş örtüyü hicab polemikasının fitilini yenidən alovlandıraraq Müsəlmanların təkisinə səbəb olub. Kiçik qızların zorla hicab taxdığını irəli sürən Castaner, Fransada yeni bir qadağanın siqnalını verib.
Castaner açıqlamasında "Kiçik bir qızın hicab taxmasının öz qərarı olmadığına inanıram. Din hər kəsin azad iradəsi ilə yaşanmalıdır. Daxili işlər naziri olaraq mənim məsuliyyətim dini seçim azadlığını təmin etməkdir" deyib.
CƏZA İSTƏDİ
Muxalifet3 - 31-10-2018
Hökumətdən üç uşaqlı ailələrə ŞAD XƏBƏR: Təsərrüfat sahəsi və faizsiz kredit
Doğuş göstəricilərinin azaldığı İtaliyada hökumət ailələri övlad sahibi olmağa təşviq etmək üçün layihə təkliflər paketi hazırlayıb.
Mualifet.az “Habertürk”ə istinadən xəbər verir ki, hökuməti üçüncü uşağı olan ailələrə 10 illik müddətə təsərrüfat sahəsi və 200 min avro məbləğində faizsiz ev krediti verməyi nəzərdən keçirir.
İtaliya bu addımla demoqrafik artımı təmin etmək və təsərrüfatı inkişaf etdirmək üçün atmaq istəyir.
Qərar qəbul edilərsə 2019, 2020 və 2021-ci illərdə qüvvədə olacaq.Muxalifet - 31-10-2018
“Ölənə qədər cinsi təcavüzə məruz qalırıq”
Separatçı terror təşkilatı PKK-da cinsi təcavüz hadisələrinə uşaqlar da məruz qalır. Mövcud məlumatların araşdırma nəticəsinə görə, təşkilatda qadınlar 45 faiz, uşaqlar 45 faiz olmaqla, bütövlükdə 90 faiz və kişilər 10 faiz cinsi təcavüzə məruz qalır.
Terrorçuların ifadəsinə görə, bir terrorçu hər hansı bir münaqişədə ölənə qədər, dəfələrlə cinsi təcavüzə məruz qalır. Bundan əvvəl isə hamısı narkoman olur.Muxalifet3 - 31-10-2018
Yüzlərlə “Maserati” yandı - VİDEO
İtaliyada yanğın zamanı yüzdən çox "Maserati" avtomobili yanıb.
Unikal.org bildirir ki,hadisə daşqınların olduğu Savona limanında baş verib.
Məlumata görə, daşqınlardan əziyyət çəkən limanda iki avtomobil dayanacağı batıb. Hadisə zamanı qısaqapanmanın baş verməsi elektrik cərəyan mənbələrinin - akkumulyatorların partlamasına, bu isə öz növbəsində yanğına səbəb olub.
"Limanda Yaxın Şərqə ixrac edilmək üçün nəzərdə tutulmuş yüzlərlə avtomobil məhv olub", - deyə məlumatda bildirilir.Muxalifet - 31-10-2018
ABŞ-dan İŞİD-ə silah yardımı ifşa oldu: SƏNƏDLƏR ORTAYA ÇIXDI
PKK/PYD-yə silah dəstəyi verən ABŞ-ın, İŞİD terrorçularına da silah ötürdüyü ortaya çıxıb. İŞİD-a ABŞ tərəfindən verilən silah sənədləri əldə edilib. Silahlar üç ayrı nöqtədən terror təşkilatına çatdırılıb.
Muxalifet3 - 31-10-2018
Bu rayonunda su olmayacaq
Bakının Qaradağ rayonunda su olmayacaq.
“Azərsu” ASC-dən Muxalifet.az-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 31 oktyabr 2018-ci il tarixində gün ərzində Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.Muxalifet - 31-10-2018
Əfqanıstanda PARTLAYIŞ: 7 ölü, 5 yaralı var
Əfqanıstanda partlayış törədilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxtın şərqində, Pul-e-Çarxi həbsxanasının yaxınlığında baş verib. Həbsxana əməkdaşlarını daşıyan avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.Muxalifet - 31-10-2018
104 Türk əsgərinin qatili YPG-nin 2-ci adamı oldu: ABŞ GENERALLARI İLƏ QOL-QOLA
Terror təşkilatı PKK-nın Suriya qolu YPG/SDG-nin hərbi əməliyyatlarının rəhbərliyinə ABŞ tərəfindən Çiya Kobani kod adlı Azad Simi gətirilib. Azad Simi-nin ABŞ-ın YPG ilə Deyrizor yaxınlığındakı İŞİD-çılara qarşı keçiriləcək hibrid əməliyyatlarını idarə edəcək. Simi-nin Deyrizorun şərqində yerləşən Suriya-İraq sərhədindəki Hajin şəhəri yaxınlarına getdiyi müəyyən olunub.
AMERİKALI GENERALLARLA EYNİ VERTOLYOTDA
Muxalifet3 - 31-10-2018