Axtarış
The search found 105753 results in 0.149 seconds.
Search results
Rüfət Aslanlının on milyonları mənimsəməsi haqda İLGİNC DETALLAR - “Dövlətin puluna xaricdə lüks həyat yaşayan məmur...”
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 31-10-2018
Lənkəranskinin qətlində Telman İsmayılov iştirak edib? - Rusakova AÇIQLADI
Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılov onun partnyorlarının azərbayanlı avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətlində iştirak etmədiyini açıqlayıb.
Bu haqda TASS agentliyinə İsmayılovun vəkili Marina Rusakova bildirb.
Vəkilinin sözlərinə görə, onun müdafiə etdiyi şəxs bir sıra KİV-lərdə gedən informasiyanı təkzib edir. Həmin informasiyalarda azərbaycanlı “qanuni oğru”nun qətlində İsmayılovun keçmiş partnyorların iştirakından danışılırdı.
Xatırladaq ki, Lənkəranski 2016-cı ildə İstanbulda qətlə yetirilib.Muxalifet - 31-10-2018
Bakıdakı “Qurd yuvası”ında oxuyan Təranə Əliyevanın Türkiyədə qadın alveri - “HƏR GÜN 10-15 MÜŞTƏRİ QƏBUL EDİRDİK...”
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Bakı şəhər sakini, 31 yaşlı Təranə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org xəbər verir ki, cinayət işinin materiallarına əsasən T.Əliyeva tanıdığı qadınları işə düzəltmək adı altında Türkiyəyə aparıb, onları Aydın şəhərində zorla fahişəliyə məcbur edib. İmtina etmək istəyənləri isə müştərilərə döydürüb.
Muxalifet4 - 31-10-2018
Fədayə Laçının məhkəmə istintaqı başa çatıb – Prokuror cəza istəyəcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.
“Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Növbəti iclasda prokuror cəza istəyəcək.
Məhkəmə prosesi noyabrın 5-dək təxirə salınıb.Muxalifet - 31-10-2018
“Daily Mail” Sofiyanın Azərbaycan səfərindən yazıb
Dünyanın məşhur “Daily Mail” informasiya agentliyində Sofiya robotunun Azərbaycan səfərinə dair məlumat dərc olunub.
Sofiya robotu dünya turu çərçivəsində Prezident İlham Əliyevlə görüşündən öncə Bakı Beynəlxalq Hava Limanında qısa müddət ərzində “ASAN xidmət” tərəfindən ilk dəfə elektron viza ilə təmin edilib.Muxalifet - 31-10-2018
7 rayonda cinayət törədən oğrunun yeni əməlləri üzə çıxdı
Azərbaycanda oğurluq etməkdə təqsirli bilinərək həbs edilən şəxslərin yeni əməlləri üzə çıxıb.
Oğurluq etmiş Nahid Süleymanovun ətrafında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, İmişli və Masallı rayon polis şöbələri əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Onun Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Ələsgərovla birgə daha 2 mağazadan pul, danışıq kartları və tütün məmulatı oğurlaması müəyyən edilib.
Görülmüş tədbirlərlə Bəxtiyar Ələsgərov saxlanılıb.Muxalifet - 31-10-2018
Avtomobillərin onlayn hərracı işə salınır - Azərbaycanda İLK DƏFƏ
Azərbaycanda ilk dəfə avtomobillərin onlayn hərracı işə salınacaq.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə “Audatex Azerbaijan” şirkətinin rəhbəri Zakir Kərimzadə deyib.
Onun sözlərinə görə, şirkət 29 ölkədə fəaliyyət göstərən “Autoonline” nəqliyyat vasitələrinin hərracı sisteminə qoşulacaq:
“Bu, qapalı hərracdır. Saytda korporativ müştərilərin və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib fiziki şəxslərin avtomobilləri satışa çıxarılacaq”.Muxalifet - 31-10-2018
İki dostdan DƏHŞƏTLİ HƏRƏKƏT: içdilər və gecə yarısı gəlib... - Azərbaycanda
Şəmkirdə qətl törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Laçın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Laçın Məmmədov 2014-cü il noyabrın 24-də, gecə saat 03 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsi 14 saylı ünvanda yerləşən “Qaqalar market” adlı mağazada mağazanın sahibi Firuz Zamanovu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib.
İçki məclisi
Belə ki, Laçın Məmmədov həmin gün yaşadığı Şiştəpə kəndində həmkəndliləri Anar Qurbanov, Zeynal Aslanov və Mirəli İbadullayev ilə spirtli içki içib.
Muxalifet - 31-10-2018
"Hakimiyyət növbədənkənar parlament seçkilərinə hazırlaşır” - PARTİYA SƏDRİ
“Deputat səlahiyyətlərinin məhdudlaşdırılması, daha doğrusu sözə baxmayanların cəzalandırılması prosedurlarının daxili nizamnaməyə salınması növbədənkənar Parlament seçkilərinin keçiriləcəyinin əsas əlamətidir”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna edilmiş dəyişikliklərə münasibət bildirərkən belə iddia irəli sürüb.
Muxalifet4 - 31-10-2018
20 yaşında milyonçu olan, daha sonra həbsə düşən, qıza görə hər şeyini itirən Bəhruz - TƏFƏRRÜAT
Qonaqlıqda, evdən kənarda, sevgilisi ilə restoranda və ya dostları ilə barda spirtli içki qəbul etdikdən sonra, hər bir sürücü evə salamat getmək üçün ən azı bir dəfə "ayıq sürücü” xidmətindən istifadə edib.
Uşaqlıqdan arzulanan işlərdən olmasa da, bu gün əlçatan işlərdən biri də "ayıq sürücü”lükdür.
Bu xidmətlərin ofisində sizdən yalnız sürücülük vəsiqəsi tələb olunur. Əvvəllər məhkum olmağınız belə yoxlanılmır.
Ancaq bizim hekayəmiz bununla bağlı deyil...
Muxalifet - 31-10-2018
Tiflisdə nələr olur? – Saakaşvili hər şeyi AÇIQLADI
Bazar günü Gürcüstanda prezident seçkisinin ilk turu baş tutdu. Seçkidə hökumətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili müxalifətin namizədi Qriqol Vaşadzeni cəmi 0,9% səslə üstələməyi bacardı. Nəticədə seçki ikinci tura qaldı. Birinci turdan dərhal sonra Vaşadzenin yanında yer almayan müxalifət partiyaları belə ona dəstək verəcəklərini açıqladılar. Lakin bu seçkidə ən maraqlı məqam azərbaycanlılarla bağlıdır. Azərbaycanlıların olduğu bütün bölgələrdə Vaşadze qalib gəldi.
Muxalifet - 31-10-2018
Türkiyə Fəratın şərqini BOMBALADI
Suriyanın şimalında YPG/PKK terror təşkilatının mövqeləri Türkiyə Silahlı Qüvvələri tərəfindən bombalanıb.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, zərbələr nəticəsində 4 terrorçu ölüb, 6-sı yaralanıb.
Türkiyə Silahlı qüvvələri Suriyada Fərat çayının şərq sahilində yerləşən Zor Mağar bölgəsində YPG/PKK terror təşkilatının mövqelərini bombalayıb.
Xatırladaq ki, oktyabrın 28-də terror təşkilatının mövqelərinə Türkiyə tərəfdən top atışları həyata keçirilib.Muxalifet - 31-10-2018
Tacir Şahmalıoğlundan AÇIQLAMA: Vəfanın uşağının atası... - VİDEO
Müğənni Tacir Şahmalıoğlu həmkarı Vəfa Şərifovadan övladının olması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Sənətçi "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, sözügedən xəbəri V.Şərofivanın düşmənləri yayıb: "Guya deyirlər ki, Vəfanın yanındakı qız uşağı məndəndir. Ancaq tamamilə yalan xəbərdir. O, Vəfanın qardaşı uşağıdır, mənim də gözümün qarşısında böyüyüb. Mən belə şeylərlə qurtarmışam". Qeyd edək ki, V.Şərifova bir neçə gün öncə ana olub. Uşağın atası Şəmkirdən olan iş adamı Famil Xəlilovdur.
Muxalifet - 31-10-2018
Moskvadan Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏ
Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) bir sıra ölkələrdən məhsul idxalına məhdudiyyətlər tətbiq edib.
Muxalifet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda idarənin xəbərində deyilir.
İdarə Ermənistan, Almaniya və Koreyanın üç müəssisəsinin çatdırılmalarına müvəqqəti məhdudiyyətlər tətbiq edib, həmçinin Qazaxıstanın bir müəssisəsi üzərində laboratoriya nəzarətini gücləndirib.Muxalifet - 31-10-2018
Can Kemal Özer: “Kaşıkçı cinayəti kimin oyunudur?”
İngilislərin krallıq vəd elədikləri Şərif Hüseyn Osmanlıya qarşı ingilislərin səfində yer almışdı.
Kraliça vədinə əməl elədi. İngilislərin oyunlarından bezən Şərif Hüseyn isə bir müddət sonra Londonun istəklərini tam şəkildə yerinə yetirə bilməyəcək vəziyyətə gəlmişdi.
Muxalifet - 31-10-2018
AZAL-ın vitse-prezidentinin oğlu "Yaguar”ı sərxoş sürdü - POLİS SAXLADI (FOTO)
Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.
Muxalifet - 31-10-2018
Noyabrda hava necə olacaq? - Aylıq proqnoz
Noyabr ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur. Noyabr ayının birinci ongünlüyün birinci yarısında hava şəraitinin nisbətən mülayim keçəcəyi gözlənilir.Muxalifet - 31-10-2018
ŞOK: Ermənistanın arxasında bu "mavilər" dayanır
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar Qarabağdakı separatçı qurumun nümayəndəsi Aşot Qulyanla görüş keçiriblər. Görüşdə separatçılarla münasibətlərin "genişləndirilməsi" imkanları barədə fikir mübadiləsi aparılıb.
Avropada homoseksual olması ilə ad çıxaran Jan-Jak Flaonun Azərbaycan torpaqlarına qanunsuz səfərinə dair erməni mətbuatında yer alan məlumatlar “Avropdan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması” kimi xülyaçı və hər hansı əsası olmayan görüntü yaratmaqdan başqa bir şey deyil.Muxalifet - 31-10-2018
Rusiyadan ABŞ-a sərt YPG xəbərdarlığı!
Rusiyanın Müdafiə Nazirliyi, PKK/YPG terror təşkilatını nəzərdə tutaraq "Fəratın şərqindəki ABŞ dəstəkli qüvvələrin nəzarətində olan bölgələrdə vəziyyət getdikcə pisləşir" açıqlamasını edib.
Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun etdiyi açıqlamada, "Fəratın şərqindəki ABŞ dəstəkli qüvvələrin nəzarətindəki bölgələrdə vəziyyət getdikcə pisləşir. Suriyada son 1 ayda ABŞ rəhbərliyindəki koalisiyanın hücumlarında 120-dən çox mülki insan həyatını itirib” deyə bildirilib.
Müxalifət.azMuxalifet3 - 31-10-2018
"Keçmiş səfir Tələt Əliyev 2,4 milyon dollar dövlət vəsaitini mənimsəyib" - Ukraynadakı səfirimizdən AÇIQLAMALAR
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukraynanın Baş Prokurorluğuna şikayət etməsilə əlaqədar keçmiş səfir Tələt Əliyevin keçirdiyi mətbuat konfarnası zamanı səsləndirdiyi ittihamlara cavab verib.
Muxalifet.az xəbər verir ki, Azər Xudiyev "Ölkə.Az"a açıqlamasında bildirib ki, Tələt Əliyev Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışan zaman külli miqdarda dövlət vəsaitini mənimsəyib:Muxalifet - 31-10-2018