Axtarış
The search found 105753 results in 0.084 seconds.
Search results
Türkiyədən Milli Uzun Mənzilli Hava Müdafiə Sistemləri – ƏRDOĞAN AÇIQLADI
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, milli uzun mənzilli hava müdafiə sistemlərinin yaradlması ilə bağlı açıqlama verib: "Milli uzun mənzilli regional hava müdafiə sisteminin yaradılması Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi altında başlanılıb. İlk sistemlərin təslimatı - 2021-ci ildə baş verəcək. Layihənin adı “Sipər” olacaq."
Müxalifət.azMuxalifet3 - 31-10-2018
Evli ola-ola Türkiyədə başqası ilə evlənən qadın danışdı - VİDEO
Muxalifet.az xəbər verir ki, "Space” TV-nin "Hər gün” xəbərlər proqramına açıqlama verən qadın günAhsız olduğunu bildirərək bunları deyib: "Xalası elçi gəldi. Dedi ki, bacımın oğlu var. Mən də bildirdim ki, evli olmuşam. Qadın da bildirdi ki, oğlumuz subaydı, evlənməyib. Mən də dedim ki, mən 9 il evli olmuşam.
Türk bəy in bacısı isə azərbaycanlı qadınla danışaraq evli olduğunun problem olmadığını deyib. "Haqqımda reportaj hazırlayan böyük bacısı Demet Doğan mənlə danışdı. "Səni çox bəyəndik, evli olmağını problem bilmirik”, - dedilər” deyib.Muxalifet - 31-10-2018
Ermənistana ayrılan pul iki dəfə azaldıldı - Avropadan Paşinyana zərbə
Avropa İttifaqı (Aİ) növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsait ayırıb. Ən maraqlısı odur ki, bu, Aİ-nin 2017-ci ilin aprelində keçirilmiş parlament seçkilərinin təşkili üçün ayrılan vəsaitdən 4 milyon avro azdır.
Avropa İttifaqı Ermənistanda ayrılan pulu niyə azaldıb?Muxalifet - 31-10-2018
İlham Əliyev Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürdü
Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətini cəlb edib.
Muxalifet - 31-10-2018
Tovuzda avtomobil dərəyə aşdı, yaralananlar var
Tovuz rayonunda avtomobil dərəyə düşüb, yaralılar var.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kirən kəndi ərazisində baş verib.
Belə ki, “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə bir neçə nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 31-10-2018
İran, Çin və Rusiyanı ittiham etdi: “İran, onlar üçün ABŞ-a qarşı bazarlıq predmetidir”
İran Məclisinin Xarici Siyasət Komissiyasının sədri Haşmetullah Felahetpişə, Rusiya və Çinin İranı ABŞ-a qarşı bazarlıq “kozır”ı olaraq gördüklərini açıqlayıb.
İran Məclisinin İnformasiya Agentliyi İCANA-ya açıqlama verən Felahetpişə, Rusiya və Çini, ölkəsini Vaşinqtona qarşı bazarlıq predmeti kimi istifadə etməklə ittiham edib.Muxalifet3 - 31-10-2018
BAXIN, DANIŞAN XARİCİ İŞLƏR NAZİRİMİZDİR! – Çavuşoğlu birşey başa düşdümü? (VİDEO)
Elmar Məmmədyarov yenə Azərbaycan dilinin “anasını ağlar qoydu” İki gün öncə İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. “AzPolitika.info”nun məlumatına görə, növbəti dəfə “yüksək perfromans” göstərən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Muxalifet - 31-10-2018
Dünyanın ən hündür heykəlinin açılışı oldu - FOTOLAR
Muxalifet.az xəbər verir ki, müstəqillik lideri Sərdar Vallabhbhai Patelin heykəli 182 metr hündürlükdədir. Bu heykəl Hindistana 430 milyon dollara başa gəlib.
Heykəlin açılışını baş nazir Narendra Modi edib. Modi “Hindistanın ərazi bütövlüyü və qərarlığının simvolu” adlandırdığı Birlik Heykəlinin əraziyə turist cəlb edəcəyini bildirib.Muxalifet - 31-10-2018
Rusiyadan ABŞ-a gözdağı: NATO sistemləri dövrədən çıxarılacaq
Rus hərbi ekspert Yuriy Knutov, Rusiyanın yeni inkişaf etdirdiyi Səmərqənd radar silahlarının minimum səviyyədə büdcə istifadə edərək NATO-ya aid komandanlıq sistemlərini dövrədən çıxaracağını söyləyib.
“Zvezda” qəzetinə müsahibə verən Knutov, Səmərqənd kompleksləri sayəsində Rus ordusunun NATO qoşunlarının təcavüzkar hərəkət etməsini minimum səviyyədə büdcəylə əngəlləyə biləcəyini ifadə edib.
ABŞ, Rusiyaya savaş nəzəriyyəsini tətbiq edir
Muxalifet3 - 31-10-2018
Peşə təhsili üzrə səriştələrin tanınması qaydaları açıqlandı - İmtahan keçiriləcək
Peşə Təhsili üzrə Dövlət Agentliyi vətəndaşların peşə təhsili sahəsi üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin tanınması prosesinin hansı formada həyata keçiriləcəyini açıqlayıb.
Muxalifet - 31-10-2018
Bakıda kimlər daha çox maaş alır?
2018-ci ilin yanvar-avqust aylarında Bakıda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 0,7 faiz artaraq 787,3 manat olub.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, paytaxtda ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.Muxalifet - 31-10-2018
Türkiyənin Baş prokurorluğu Qaşıqçı cinayəti ilə açıqlama verdi: “Camal Qaşıqçı boğularaq öldürülüb”
İstanbulun Baş Prokurorluğu, Qaşıqçı-nın əvvəlcədən hazırlanmış planlaşdırma ilə baş konsulluğa girər girməz boğularaq öldürüldüyünü bildirib.
Baş prokurorluğun açıqlamaları bu şəkildədir:
“Qaşıqçı-nın cəsədi öldürülməsindən sonra parçalanaraq məhv edilmişdir.
Yerli işbirlikçi olaraq ictimaiyyətə bildirilən şəxsin kim olduğu soruşulmuş, bu suallar həmin gün yazılı olaraq onlara çatdırılmışdır.
Səudiyyə Ərəbistanında həbs olunduğu bildirilən şübhəlilərin ölkəmizə verilməsi tələbi təkrarlanmışdır.”
Müxalifət.azMuxalifet3 - 31-10-2018
Rus və İngilis qırıcı təyyarələri üz-üzə - BÖHRAN
İngiltərə Hava Qüvvələri, Birləşmiş Krallıq Hava Məkanı yaxınlığında Rus bombardman təyyarələrini dayandırmaq üçün Eurofighter Typhoon tipli döyüş təyyarələrini havaya qaldırıb. Rus bombardman təyyarələri Böyük Britaniya hava sahəsinə yaxınlaşanda, həyəcan siqnalı verilib. “Reuters” xəbər agentliyi, havaya qalxan İngilis döyüş reaktivlərinin Rus təyyarələrinə doğru hərəkətə gəldiyini bildirib. Təhlükəli gərginlik daha çox böyüməmiş, reaktivlər bazalarına geri qayıdıb. Müxalifət.az
Muxalifet3 - 31-10-2018
“Türkiyənin uzaq mənzilli “Siper” sistemi olacaq” - ƏRDOĞAN
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin uzaq mənzilli regional müdafiə sistemi qurduğu barəsində açıqlama verib. Milli Texnologiyanın Tərəqqisi Mərasimində çıxış edən prezident tarixi layihə barəsində belə deyib: “Uzun mənzilli və regional hava hücumundan müdafiə sistemimiz fərqli şəkildə gündəmə gəlir. İlk addımı bu gün atırıq. Milli Uzun Mənzilli Regional Hava Müdafiəsi Sisteminin yaradılması yolunda ilk işlər başlandı. 2021-ci ilin axırına qədər hazır olacağı gözlənilir. Bu gün sizə layihəmizin adını da elan edirik: SİPER.
Muxalifet - 31-10-2018
Makron Avropada yeni siyasi qruplaşma yaradır
Avropanın parçalanmaqda olan siyasi mənzərəsindən istifadə etməyə çalışan Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) Parlamentinə keçiriləcək növbəti seçkilərdə Brüsselin ənənəvi solçu-sağçı ikili ittifaqını ayırmaq niyyətindədir.
Muxalifet.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Makronun “İrəli, Respublika!” partiyasının üzvü və başlıca strateqlərindən biri, Fransa prezidentinin Aİ kampaniyasının yeni təyin olunan rəhbəri Stefan Sejuğne mətbuata verdiyi ilk müsahibəsində deyib.Muxalifet - 31-10-2018
Azərbaycandakı təhlükəli ərazilər yeni üsulla dəyərləndirildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər “İerarxiya təhlil üsulu ilə sürüşmə təhlükəsinin regional qiymətləndirilməsi (Şamaxı inzibatı rayonunun timsalında)” mövzusunda məruzə edib.
Muxalifet3 - 31-10-2018
İrəvan Boltonun açıqlamalarına cavab verə bilmədi
Ermənistanın icraedici hakimiyyəti ABŞ prezidentinin müşaviri Con Boltonun və səfir Riçard Milsin açıqlamalarına müvafiq şəkildə cavab verə bilmədi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan jurnalistlərlə söhbət zamanı deyib.
Aşotyanın fikrincə, Qarabağ münaqişəsini yalnız bəyanatlar, müxtəlif sənədlər imzalamaq, ATƏT Minsk Qrupunun həmsədrlərinin press-relizləri və münaqişə edən tərəflərin dövlət başçılarının rəsmi açıqlamaları ilə nizama salmaq olmaz.Muxalifet3 - 31-10-2018
Türkiyəli deputat: Azərbaycanın hər bir uğuru Türkiyəni sevindirir
Oktyabrın 31-də Milli Məclisdə (MM) Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin üzvü, komissiyanın sədri İsmət Uçmanın sədrlik etdiyi iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak ediblər.Muxalifet3 - 31-10-2018
Vergidən yayınan avtomobil nəqliyyatı ilə bağlı - Açıqlama
Avtomobil nəqliyyatı sahəsində vergidən yayınma hallarına rast gəlinir və bu sahədəki problemlərin aradan qaldırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər görülür.
Muxalifet.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib.Muxalifet3 - 31-10-2018
SON DƏQİQƏ: Türkiyəyə qarşı hücum edildi – İTKİLƏR VAR
Bu gün Türkiyənin Şanlıurfa bölgəsində sərhəd polis məntəqəsinə hücum edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, terrorçulara qarşılıq verilib, nəticədə 10 terrorçu məhv edilib. Türk ordusu itki verməyib, ancaq bir hərbi maşına ciddi ziyan deyib.
Muxalifet3 - 31-10-2018