PKK təlaşa düşdü: BİZİ BİTİRƏCƏKLƏR

Terror təşkilatı PKK-nın terrorçubaşlarından olan Mustafa Karasu, İstanbuldakı 4-lü Suriya toplantısında işğal altında saxladıqları rayonların təhlükə altında olduğunu söyləyib.
Suriya Zirvəsi üçün bir araya gələn 4 lider, bölgədəki problemləri müzakirə edərkən Türkiyə Suriyanın şimalında yuvalanan PKK terrorçularının bölgədən təmizlənməsini gündəmə gətirib.
Zirvədən yalnız 1 gün sonra, Türk Silahlı Qüvvələri Fəratın şərqini bombalayıb.
TSQ-nin düyməyə basması ilə terror təşkilatı PKK təlaşlandı.
Təşkilat mediasına açıqlama verən PKK terrorçubaşlarından Mustafa Karasu, sammitdə işğal altında saxladıqları rayonların təhdid edildiyini ifadə edib.
“Türkiyəyə dəstək olmayın” çağırışı
Terrorçubaşı Karasu, Rusiya, Almaniya və Fransanı Türkiyəyə dəstək verməməyə dəvət edərək bombardmanların pis nəticələr verəcəyini ifadə edib.
Müxalifət.az