Axtarış
The search found 105701 results in 0.101 seconds.
Search results
"İran 5 noyabrdan sonra su da sata bilməyəcək” - Ekspert
Türkiyədə fəaliyyət göstərən Halkbank-ın sanksiyalar üzrə məsul olan rəsmisi Seyid Əhməd Taymaz, İrana tətbiq olunacaq sanksiyaların maliyyə yönündən tutmuş, ticarətdə əks olunmasına qədər geniş məruzə ilə çıxış etib. Taymaz, İranın “Mellat” bankının da sanksiyaya məruz qalacağını xatırladaraq, "ABŞ-ın tətbiq etdiyi sanksiyaların dövrəyə girməsiylə birlikdə İran avtomobil sektoruna yanacaq nədir, su belə sata bilməyəcək" – deyib.
Muxalifet3 - 29-10-2018
Eldar Əzizov Bakıda Qərargah yaratdı
“2018-2019-cu ilin payız-qız mövsümünə hazırlıqla bağlı Şəhər İcra Hakimiyyətində müvafiq sərəncam imzalanıb, tədbirlər planı təsdiq olunub və xüsusi Qərargah yaradılıb”.
Bunu Muxalifet.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov paytaxtda qışa hazırlıqla bağlı görülən işlərdən danışarkən bildirib.Muxalifet - 29-10-2018
Cəbhədə GƏRGİNLİK: Atəşkəs 29 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.Muxalifet - 29-10-2018
Ziya Bünyadov prospektində ağır qəza: ölən var - Foto
Ziya Bünyadov prospekti, “Koroğlu” metrostansiyası istiqamətində dəhşətli avtomobil qəzası baş verib.
Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, qəza nəticəsində “Qazel” markalı avtomobil qarşısındakı bir neçə avtomobili əzib. Yoldan çıxan “Qazel” yolu iki hissəyə ayıran arakəsmənin üzərinə çıxandan sonra dayanıb.
Hadisə nəticəsində “Qazel”in sürücüsü başından ağır yaralanaraq yerindəcə keçinib.
“Mersedes” markalı avtomobilə ziyan dəysə də, onun sərnişinləri xəsarətsiz ötüşüblər.Muxalifet - 29-10-2018
Böyük dövlətlər İran neftindən imtina edir: Bakı üçün 2 mühüm məsələ
Ekspert: “Türkiyə İran neftindən imtina etsə... çox maraqlı situasiya yaranıb”
Muxalifet - 29-10-2018
“RUSİYA ÖZ ORDUSUNU AZƏRBAYCANA SOXMAQ İSTƏYİR…” – “Onu heç kim dayandıra bilməyəcək”
Müşahidələr onu göstərir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri barədə hələ çox danışılacaq. “Amerikalı qırğı”nın postsovet məkanına gəlişində məqsədinin tanışlıq xarakteri daşımadığı elə onun açıqlamalarından da bəlli oldu. Üstəlik, Rusiya və İran ətrafında baş verənlər təhlükəli proseslər astanasında olduğumuz qənaətini yaradır. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a müsahibəsində Boltonun səfərini şərh edərkən maraqlı mülahizələrini açıqlayıb.
Muxalifet - 29-10-2018
Müsəlmanlar rus xüsusi dəstəsinə 48 saat vaxt verdi
Mərkəzi Afrika Respublikasındakı müsəlman Seleka qruplaşmasının rəhbəri Abdulay İssen onların nəzarətində olan ərazilərdən hökumət qüvvələri və rusiyalı hərbi mütəxəssislərin çıxması üçün 48 saat vaxt verib.
“Frans Press” agentliyi İssenin belə addım atmasına səbəb kimi parlamentin müsəlman sədri Kərim Mekasuanın istefaya göndərilməsi olduğunu yazıb. O, Mekasuanın istefasını qeyri-qanuni adlandırıb və xristian prezident Fosten Arkanca Tuaderanı ruslarla birgə Mekasuaya qarşı plan hazırlamaqda ittiham edib.Muxalifet - 29-10-2018
Sumqayıtda TÜKÜRPƏDƏN OLAY: Qadın anası ilə birləşib oğlunu öldürdü
Sumqayıtda gənc qadın anası ilə əlbir olaraq körpəsini öldürüb.
Şəhərin H.Z.Tağıyev qəsəbəsində 22 yaşlı Səbinə İsmayılova yeni dünyaya gətirdiyi oğlan uşağını anası 56 yaşlı anası Nigar Salmanova ilə birlikdə öldürərək həmin qəsəbədə yerləşən qəbiristanlıqda basdırıb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Körpənin meyiti basdırıldığı yerdən çıxarılıb./unikal/Muxalifet - 29-10-2018
Nəcməddin Sadıqov Təl-Əvivə, Məhəmməd Bageri Bakıya...
İran silahlı qüvvələrinin Baş qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Bageri yaxın günlərdə Bakıya rəsmi səfər edəcək. Virtualaz.org xəbər verir ki, bu haqda İranın yarırəsmi “Mehr” agentliyi bildirir. Məluata əsasən Məhəmməd Bageri Bakıya Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə gəlir. İki gün davam edəcək səfər zamanı İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq məsələləri, birgə sərhəd əməkdaşlığı, terrorçuluqla mübarizə və “regional hadisələr” müzakirə olunacaq. General Bageri bu vəzifəyə təyin olunandan bəri ilk dəfədir Bakıya səfər edir.
Muxalifet - 29-10-2018
77 yaşlı Xalq artistinin vannada görüntüləri yayıldı - FOTO
Muxalifet.az xəbər verir ki, 77 yaşlı artist bu fotonu instaqramda paylaşıb və bildirib ki, kadr “Qayınana” filmindəndir.
İzləyiciləri müğənnini tərif atəşinə tutaraq filmin çıxmasını səbirsizliklə gözlədiklərini qeyd edib.Muxalifet - 29-10-2018
Türk kəşfiyyatı MOSSAD-ı ŞOK ETDİ! İSRAİL ETİRAF ETDİ
Qaşıqçı cinayəti şiddətli bir sarsıntıydı, zədə alan mərkəz isə Ər-Riyaddan çox Təl-Əviv idi. İsrail bu prosesi əvvəldən bu yana böyük narahatçılıqla izləyir. Çünki həm qurduqları bir nizam vardı, o dağıldı, həm də kəşfiyyat şəbəkələri ifşa oldu. Bununla yanaşı, Qaşıqçı cinayətində Türk kəşfiyyatından da MOSSAD-a çox önəmli bir mesaj getdi.
Taha Dağlı / Haber7
İsrailin Qaşıqçı qətlində dayandığı yerə maddə maddə baxaq.Muxalifet3 - 29-10-2018
Dünyanın ən böyük aeroportu bu gün açılacaq
Bu gün İstanbul Yeni Hava limanının açılışı olacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşkil edilən açılış mərasiminə dünyanın bir çox ölkəsindən dövlət və hökumət rəhbərləri qatılacaq.
Ümumi sahəsi 76.5 milyon kvadratmetr olan hava limanının ilk hissəsinin istifadə verilməsi üçün 6 milyard avro xərclənib. Hava limanının digər hissələri isə sərnişin daşımanın artıma uyğun olaraq 2023-cü ilə qədər tamamlanacaq.Muxalifet - 29-10-2018
Gürcüstanlı deputatdan AÇIQLAMA: “Ola bilsin ki, Saakaşvili sabah Tbilisiyə gəlsin”
Gürcüstanda dünən keçirilmiş prezident seçkiləri başa çatıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, hakimiyyətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır. Onlardan heç biri 50 faizlik səs baryerini aşa bilməyib.
Məlumata görə, Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini toplayıblar.
Bu, prezident seçkilərində səslərin 99,57 faizinin hesablanandan sonrakı nəticələridir.Muxalifet - 29-10-2018
“Hər kəs statistik rəqəmi öz həyatındakı rəqəmlərlə müqayisə edir” – Komitə sədri
“Heç bir dövlət qurumu ilə statistik məlumatların alınmasında problemimiz yoxdur, ola da bilməz”.
Bunu “Report”a açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, statistik məlumatın gecikdirilməsinə, yaxud təhrif olunmasına görə fiziki və hüquqi şəxslərin 300 manatdan 500 manatadək cərimə edilməsi nəzərdə tutulub: “Ona görə də bu sahədə məlumatların alınmasında hər hansı problem yoxdur”.Muxalifet - 29-10-2018
"Toppuş bacı"nın daha bir yalanı ÜZƏ ÇIXDI: 5 il əvvəl...
"Toppuş bacı" kimi tanınan aktrisa Tünzalə Əliyevanın daha bir yalanı üzə çıxıb.
Muxalifet - 29-10-2018
Daha 16 borclu şəxs saxlanıldı – İstirahət günlərinin statistikası
Oktyabrın 27-dən 29-dak daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 198 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Muxalifet - 29-10-2018
ABŞ İran raketini hansı ölkənin üzərində vuracaq, Azərbaycanın, Ermənistanın, yoxsa...?
ABŞ bu günlərdə ballistik raketlərı havada zərərsizləşdirmək üçün nəzərdə tutulan yeni raketini sınaqdan keçirib. Virtualaz.org xəbər verir ki, bu mövzuya Rusiya Müdafiə Nazirliyinə bağlı “Hərbi icmal” portalı (“Voennoe obozreniya”) yer ayırır.
Amerika KİV-ləri bildirir ki, orta mənzilli raketlərə qarşı nəzərdə tutulan raketin sınağı uğurla başa çatıb. Bu, həmin raketin ikinci uğurlu sınağıdır. Söhbət SM-3 Block IIA raketindən gedir, həmin raketi ABŞ və Yaponiya birgə hazırlayıb.
Muxalifet - 29-10-2018
Saakaşvili Azərbaycan dilində təşəkkür etdi - Video
Gürcüstanda keçirilən prezident seçkilərində burada yaşayan azərbaycanlıların müxalifətin namizədinə səs verməsi keçmiş prezident Mixail Saakaşvilini sevindirib.
Muxalifet.az “Qafqazinfo”-a istinaden xəbər verir ki, sosial şəbəkədə canlı yayıma çıxan Saakaşvili ölkədə seçki dairələri üzrə səsvermənin nəticələrini oxuyub. Qardabani rayonunda səs faizlərini deyən zaman o bu nəticələrdən sevindiyini gizlətməyib və soydaşlarımıza Azərbaycan dilində təşəkkür edib: “Azərbaycan, çox sağ ol. Sizlər dostumsunuz!”.
Muxalifet - 29-10-2018
Məmmədyarov Çavuşoğlu ilə görüşüb
İstanbulda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub.
Muxalifet.az AzərTAc-a istinadən xəbər verir ki, nazirlərin görüşü İstanbulun tarixi Dolmabaxça sarayında təşkil edilib.
Qeyd edək ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin VII görüşü keçiriləcək.Muxalifet - 29-10-2018
Fədayə Laçın və digərlərinin cəza istəniləcəkdi- vəkillər məhkəməyə gəlmədi
Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.
Muxalifet - 29-10-2018