Axtarış

The search found 105701 results in 0.126 seconds.

Search results

  1. Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO

    Sosial şəbəkələrdə Bakıda məktəb direktorunun müavini olduğu iddia edilən müəllimin məktəbliləri döyməsini əks etdirən video-kadrlar yayılıb.
     
    Məlumata görə, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib.
     

    Muxalifet4 - 28-10-2018

  2. Saakaşviliyə baş nazir vəzifəsi TƏKLİF OLUNDU – “Əminəm ki, 2 il ərzində ölkədə bütün sahələrdə qayda-qanunu təmin edəcəkdir”

    Taldıkurqandan olan ictimai xadim Nur Kanatulı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini 5 il müddətinə Qazaxıstan hökumətində işləməyə çağırıb.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb.
     

    Muxalifet4 - 28-10-2018

  3. Prezident seçkiyə piyada gəldi – GÜRCÜSTANDA SƏSVERMƏ DAVAM EDİR

    Gürcünstanda prezident seçkilərində səsvermə başlayıb.
     
    Muxalifet.az xəbər verir ki, hazırki prezident Georgi Marqvelaşvili səs verib.
     
    Marqvelaşvili səsvermə məntəqəsinə piyada bir nəfər cangüdənin müşayiətində gəlib.
     
    “Mən bütün vətəndaşların prezidenti olacaq və bundan qorxmayacaq birinə səsimi verdim. O, möhtəşəm tarixi və ötən illərin qəhrəmanlığı olan xüsusi təyinatlı qüvvələrin baş komandanı olacaq”, - hazırki prezident bildirib.
     

    Muxalifet4 - 28-10-2018

  4. Azərbaycanlı gənc özünü 42-ci mərtəbədən atdı, amma ÖLMƏDİ - AĞLASIĞMAZ OLAY/FOTO

    Türkiyənin Konya şəhərində tükürpədən hadisə baş verib. Olay Feritpaşa Məhəlləsi Kule Caddesi adlanan məkanda yerləşən 42 mərtəbəli plazada yaşanıb.
     
    Plazanın ən üst mərtəbəsinə qalxan 23 yaşlı gənc özünü aşağı atıb. Xoşbəxtlikdən ticarət mərkəzinin yemək bölümünə düşən oğlan ölməyib. O, tavandan asılı vəziyyətdə qalıb.
     

    Muxalifet4 - 28-10-2018

  5. Azərbaycanda vəkil çatışmır, insanlar müdafiəsiz qalıb - HÜQUQ MÜDAFİƏÇİLƏRİ

    Azərbaycanda qanunsuz həbslər getdikcə artır, cəzaçəkmə müəssələrində cəzası başa çamış məhbuslara qarşı qanunsuz hərəkətlərə yol verilir. Siyasi motivlərlə həbs edilənlərin əksəriyyəti vəkilsiz qalıblar.
     
    Bu fikirlər Siyasi Məhbusları Müdafiə Mərkəzi və Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin oktyabrın 27-də Müsavat Partiyasının qərargahında keçirdiyi dinləmələrdə ifadə edilib. Müzakirələr "Ölkədə baş verən həbslər və həbsdə olan siyasi məhbuslara qarşı təhdidlər" mövzusunda olub.
     

    Muxalifet4 - 28-10-2018

  6. ETİRAZ: Xırdalanda sakinlər YOLU KƏSDİ - VİDEO

    Bu gün Xırdalan şəhərində bir qrup sakin yolu kəsməyə cəhd edib.
    Muxalifet.az xəbər verir ki, şəhər daxilindəki yolların təmir müddətinin yubanmasına etiraz edən sakinlər məişət tullantıları qutularını yolun hərəkət hissəsinə çıxararaq nəqliyyatın hərəkətini dayandırıb. Əraziyə polis və icra hakimiyyətinin nümayəndələri gəlib.
    Qeyd edək ki, bir neçə aydır ki, Xırdalanda daxili yollar təmir edilir. Sakinlər təmir işinin yubanmasından narahat olduqlarını bildiriblər.
     

    Muxalifet4 - 28-10-2018

  7. Paytaxtda dəhşət: uşağın başını parçalayıb ağaclığa atdılar

    Türkiyənin paytaxtı Ankara şəhərində suriyalı uşa öldürülüb. Muxalifet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, şəhərin Doğantepe məhəlləsində ağaclıq sahədən 13-14 yaşlı uşağın meyiti tapılıb. Məlum olub ki, uşağın başına zərnələr endirilib və baş nahiyyəsinin əzilməsi nəticəsində o ölüb. İlkin araşdırmalar zamanı ölən uşağın Suriya vətəndaşı Cumali Elselim olması müəyyənləşib. Onun kim tərəfindən, hansı şəraitdə və hansı səbbədən öldürülməsi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

    Muxalifet - 28-10-2018

  8. ​Ərinin əmisi oğlu ilə qaçan GƏLİNDƏN ŞOK SÖZLƏR: “İlk dəfə sevdim, kaş ki...” – VİDEO

    Bir neçə gündür Qubanın Tülər kəndində baş verən qətl hadisəsi müzakirə edilir.
    Əmisi oğlunun arvadını qaçırdğı üçün döyülərək öldürülən Elşad Əsədovun qətlinə görə həbslər başlayıb.
    Həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında həyat yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var.
    Kiçiyi yaş yarımlıq 2 uşaq anası Aynur Dadaşova ilk dəfə baş verənləri danışıb /minval/

    Muxalifet - 28-10-2018

  9. İvanişvili ikinci tur ehtimalından danışdı: Zərurət...

    Gürcüstanda keçirilən prezident seçkilərində ikinci tur ehtimalı olduqca aşağıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili deyib.
    İvanişvilinin sözlərinə görə, ikinci turun keçirilməsinə zərurət yaranacağı halda da heç bir problem olmayacaq və Salome Zurabişvili qalib gələcək.

    Muxalifet - 28-10-2018

  10. DƏHŞƏTLİ QƏZA: Məşhur biznesmen qızı ilə birgə yanaraq öldü - VİDEO

    Ötən gecə İngiltərə çempionatında "Vest Hem"lə görüşdən sonra "Lester" klubunun prezidenti Viçay Şrivaddhanaprabhanın helikopteri qəzaya uğrayıb.

    İngiltərə mediası xəbər verir ki, helikopter komandanın məşq bazasının dayanacağına düşüb. Klub sahibi qızı və iki polotla birlikdə dünyasını dəyişib.

    Muxalifet4 - 28-10-2018

  11. “Forbes” Sofiyanın Azərbaycana səfərindən yazdı - FOTO

    Dünyanın məşhur “Forbes” internet jurnalında Paul Armstrongun müəllifliyi ilə “Dünyada ilk dəfə viza alan AI (Artificial Intelligence – Süni intellekt) Humanoid Sophia Prezidentlə danışır” başlıqlı yazı dərc olunub. Yazı saytın manşetinə çıxarılıb və “facebook” səhifəsində paylaşılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Muxalifet4 - 28-10-2018

  12. Diplomatın avtomobilində doğranmış jurnalist cəsədi...

    Oktyabrın 2-də ölkəsinin İstanbuldakı konsulluğunda öldürülən və cəsədi elektrik mişarı ilə doğranan səudiyyəli müxalif jurnalist Camal Xaşoginin cəsəd parçalarının hansı avtomobillə daşındığı üzə çıxıb. Virtualaz.org xəbər verir ki, “Sözçü” qəzeti Xaşoginin cəsəd parçaları doldurulmuş torbaların yükləndiyi və konsulluğa aid olan avtomobillərin fotolarını yayıb. Fotolara əsasən avtomobillər kimyəvi təmizləməyə verilib və yuyulub. Avtomobilləri təmizləyən avtoyuma məntəqəsi işçiləri polis tərəfindən dindirilib.

    Muxalifet4 - 28-10-2018

  13. İlham Əliyev Ərdoğanı təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə təbrik edib.

    "Report"un məlumatına görə, təbrikdə deyilir: 

    Muxalifet4 - 28-10-2018

  14. “Gürcüstanda prezident seçkiləri demokratik və aşkarlıq şəraitində keçirilir” - DEPUTAT

    “Gürcüstanda prezident seçkiləri azad, demokratik və aşkarlıq şəraitində keçirilir”.

    “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə qonşu ölkədə prezident seçkilərini QDİƏT Parlament Məclisinin xətti ilə müşahidə edən Milli Məclisin deputatı Musa Quliyev jurnalistlərə deyib. 

    Muxalifet4 - 28-10-2018

  15. ​Türkiyədən texnoloji inqilab: Sürücüsüz avtomobil...

    Türkiyənin “FEV Türkiyə” və “Kodeco” texnoloji şirkətləri tərəfindən hazırlanan yerli sürücüsüz avtomobil (Avtonom) və elektromobilin (Otomod) fotoları yayımlanıb.
    Muxalifet.az xəbər verir ki, sözügedən texnoloji yeniliklərin ilk dəfə İstanbul Texniki Universitetinin dəstəyi ilə universitet, xəstəxana, hava limanı kimi obyektlərin ərazilərində sınaqdan keçirilməsi nəzərdə tutulub.
    Məlumata görə, bu texnikalar üzərindəki yerli sensor və kameralar vasitəsilə ətrafdakı obyektləri, hərəkətdə olan vasitələri ayırd etmək imkanına sahib olacaq.

    Muxalifet3 - 28-10-2018

  16. ​Deputat Gürcüstandakı seçkilərdən danışdı

    Gürcüstanda prezident seçkiləri azad, demokratik və aşkarlıq şəraitində keçirilir. Seçicilər sərbəst şəkildə öz seçimlərini edirlər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanda keçirilən prezident seçkilərini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin xətti ilə müşahidə edən Milli Məclisin deputatı Musa Quliyev jurnalistlərə müsahibəsində deyib.

    Muxalifet3 - 28-10-2018

  17. ​Ərdoğandan min illik mesaj: 2071-ci il...

    Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümündə başda Qazi Mustafa Kamal Atatürk olmaqla, İstiqlal savaşını qazanmağımızda rolu olan bütün qəhrəmanlarımızı hörmətlə yad edirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə təbrikində qeyd edib.

    Muxalifet3 - 28-10-2018

  18. SON DƏQİQƏ: “Mehmetcik” HÜCUMA BAŞLADI

    Türkiyə Silahlı qüvvələri Suriyada Fərat çayının şərq sahilində yerləşən Zor Mağar bölgəsində YPG/PKK terror təşkilatının mövqelərini bombalayıb.
    Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror təşkilatının mövqelərinə Türkiyə tərəfdən top atışları həyata keçirilib.

    Muxalifet3 - 28-10-2018

  19. ​“Neftçi” “Qarabağ”ı məğlub etdi

    "Neftçi" "Qarabağ"ı Bədavi Hüseynov (avtoqol), M.Abbasov və Baqali Dabonun qolları ilə 3-1 məğlub edib. "Qarabağ"ın yeganə qolunu Mahir Mədətov vurub.
     

    Muxalifet3 - 28-10-2018

  20. ​Gürcüstan böyük seçim qarşısında: Əhali passivdir...

    Saat 17:00-a olan məlumata görə, Gürcüstanda seçici fəallığı 38,6% təşkil edib.
    Muxalifet.az xəbər verir ki, səsvermədə iştirak etmiş seçicilərin sayı 1 milyon 337 min 284 nəfərdir.
    Ən yüksək seçici fəallığı Ambrolauri (53,6%), ən aşağı seçici fəallığı isə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda (28,7%) qeydə alınıb.
    Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri üzrə səsvermə saat 20:00-da başa çatacaq.
     

    Muxalifet3 - 28-10-2018

Pages