Axtarış

The search found 105701 results in 0.084 seconds.

Search results

  1. ABŞ-ın PUA-sı Rusiya sərhəddində kəşfiyyat apardı

    ABŞ hərbi hava qüvvələrinə məxsus “RQ-4B Global Hawk” strateji pilotsuz uçuş aparatı (PUA) Rusiya sərhədlərində 11 saatlıq uçuş həyata keçirərək kəşfiyyat məlumatları toplamağa çalışıb.
    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə “Plane Radar”dan əldə olunan məlumatda bildirilib.

    Muxalifet - 27-10-2018

  2. Qubadakı dəhşətli qətlə görə həbs olunanların - SİYAHI AÇIQLANDI

    Xəbər verdiyimiz kimi, Quba rayonunun Tülər kəndində əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovun qətlinə görə həbslər başlayıb.
    Həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında həyat yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var.
    Muxalifet.az  xəbər verir ki, "Qafqazinfo” dəhşətli cinayət faktına görə həbs olunan şəxslərin siyahısını əldə edib:
     
    1. Şahmar Əsədov (Əri)
    2. Təbriz Əsədov (Qayını)
    3. Sadıq Dadaşov (Atası)

    Muxalifet - 27-10-2018

  3. Terror təşkilatları İŞİD və PKK/YPG bir birinə girdi

    Fransız xəbər agentliyi “AFP”-nin, mərkəzi Londonda olan Suriya İnsan Haqları Təşkilatına əsaslandırdığı xəbərinə görə, Suriyada terror təşkilatı İŞİD ilə ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG arasında silahlı qarşıdurma baş verib.
     
    Neft yataqları ilə zəngin olan Suriyanın Deyrizor şəhərində çıxan qarşıdurmada 41 PKK-lı terrorçu öldürülüb. İŞİD tərəfindən verilən itkilər haqda məlumat verilmir.
    Müxalifət.az

    Muxalifet3 - 27-10-2018

  4. Bir əlində bayraq,digərində sapand olan Fələstinli gənc dünyanın "Azadlıq" simvoluna bənzədildi

    Anadolu Agentliyinin foto müxbiri Mustafa Hassonanın bazar ertəsi günü Qəzzaya tətbiq edilən qeyri- qanuni blokadanın qaldırılması üçün təşkil olunan nümayişlər zamanı çəkdiyi bir fotoşəkil, Fransız rəssam Delacroixin 1830-da boya ilə çəkdiyi və Fransız İnqilabını simvollaşdıran "Xalqa Yol Göstərən Azadlıq" tablosuna oxşarlığı səbəbiylə əvvəl sosial medianın, daha sonra da dünya mətbuatının gündəminə oturdu. Dünya şöhrətli "Xalqa Yol Göstərən Azadlıq" tablosunda azadlığı simvollaşdıran qadının bir əlində Fransız bayrağı, digər əlində isə süngü taxılmış bir tüfəng gözə çarpır.

    Muxalifet3 - 27-10-2018

  5. Sığınacaq axtaran PKK 3 yeni düşərgə qurdu

    Türk əsgəri tərəfindən son vaxtlar keçirilmiş uğurlu əməliyyatlarla ağır zərbə alan terror təşkilatı PKK, İraq Sincarında 3 yeni düşərgə qurub.
     
    Kürdüstan Demokrat Partiyasından (KDP) Sincar rayonu üzrə məsul Kadır Kaçak, terror təşkilatı PKK-nın bölgədəki düşərgə sayını artırdığını deyib.
    Anadolu Agentliyinə verdiyi açıqlamada Kaçak, PKK-nın, Sincarın Girzek, Siba Şeyx Hidir və Gir Uzeyr regionlarında yeni hərbi düşərgələr açdığını ifadə edib.

    Muxalifet3 - 27-10-2018

  6. ​Əgər Qaşıqçı İranda ölsəydi... - Ziya Haşimi

    Camal Qaşıqçı olayı ən çirkin cinayətdir.
    Muxalifet.az xəbər verir ki, bunu açıqlamasında İRNA agentliyinin baş direktoru Ziya Haşimi deyib. Onun sözlərinə görə, Qaşıqçı olayının günahkarı Səudiyyə Ərəbistanıdır:
    “Təəssüf ki, Qərb ölkələri bu olaya gözünü yumur. Bu göstərir ki, onların jurnalistlərin müdafiə haqqında bəyanatları boş sözlərdir. Əgər belə bir şey İranda baş versəydi, Qərb və ərəb ölkələri elə bir hay-küy qaldırardılar ki, bizi bütün ölümlərdə günahkar çıxarardılar”.
     

    Muxalifet3 - 27-10-2018

  7. İraq, ABŞ-a görə İrana Kərkük neftinin ixracını dayandıracaq

    İraqın Kərkük şəhərindən İrana xam neftin ixrac edilməsi, ABŞ-ın tətbiq etdiyi sanksiyalar çərçivəsində dayandırılacağı bildirilib. İraqın Kərkük neftinin İrana TIR-lar vasitəsilə göndərildiyini deyən İraqlı rəsmilər, bundan sonra neft ixracının İraq Kürd Regional Rəhbərliyi (IKBY) üzərindən ediləcəyini bildirib. IKBY ilə İraqın Kərkük məsələsində razılaşdığı və Kərkük neftinin IKBY neft kəməri vasitəsilə Türkiyəyə göndəriləcəyi bildirilib.

    Muxalifet3 - 27-10-2018

  8. ​Rusiya Paşinyana kömək etməyəcək - "Qarabağ məsələsini özün həll et!"

    Con Boltonun bəyanatları Paşinyana çağırış idi.
    Muxalifet.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində erməniyönlü rusiyalı politoloq, 1-ci dərəcəli dövlət müşaviri Modest Kolerov deyib.
    “ABŞ Paşinyana siyasi yardım edib, indi də Paşinyandan bunun qarşılığını praktiki addımlarla ödəməsini istəyir. Məsələn, bu, Qarabağ konfliktinin həlli prosesində dinamikliklə ola bilər. Paşinyan hazırda ABŞ qarşısında borcludur və ona borcunu qaytarmağı xatırladırlar.

    Muxalifet3 - 27-10-2018

  9. ​Qusar sakini evində yanaraq öldü

    Qusar rayonunun Qayakənd kəndində evdən yanmış kişi meyiti tapılıb.
    Muxalifet.az-ın report-a istinadən məlumatına görə, 1964-cü il təvəllüdlü Bəhram Mahmudovun yanmış meyiti Qayakənd kəndində yaşadığı evində aşkarlanıb. 
    Onun bir neçə gün əvvəl yanaraq öldüyü ehtimal edilir.
    Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Meyit tibbi ekspertizadan keçirilib.
     

    Muxalifet3 - 27-10-2018

  10. ​Vaşinqton Post: Türkiyə gözəl iş ortaya qoydu...

    Səudiyyə Ərəbistanı jurnalisti Camal Qaşıqçı məsələsində Türkiyə inanılmaz dərəcədə gözəl iş ortaya qoyub
    Muxalifet.az  xəbər verir ki, bu barədə Camal Qaqışçının yazarı olduğu “Vaşinqton Post”da nəşr edilən məqalədə qeyd edilib. Məqalədə Qaşıqçının itkin düşməsindən 4 həftə keçdikdən sonra Səudiyyə Ərəbistanı rejiminin bu hadisədə əlinin olub-olmamağı deyil, bu cinayətdən yan ötüb-ötməməyəcəyi barədə qeyd edilib. Bundan başqa, Qaşıqçı məsələsində real siyasətin artıq uyğun olmadığı da məqalədə işarət edilib.

    Muxalifet3 - 27-10-2018

  11. Azərbaycanda bu il 437 əlil işlə təmin olunub

    Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edən əlilliyi olan şəxslərdən 437 nəfəri işlə təmin olunub, 55 nəfəri isə ödənişli ictimai işlərə göndərilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə azvision.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

    Muxalifet3 - 27-10-2018

  12. ​Makron: Məqsədimiz İstanbulda fəlakətin qarşısını almaqdır

    İstanbulda keçirilən zirvə görüşü yeni insan fəlakətinin qarşısını almaq məqsədi daşıyır.
    Muxalfet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron İstanbulda Suriya ilə bağlı keçirilən Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin dördtərəfli zirvə görüşü barədə tvittində qeyd edib.
    “İstanbula bir az əvvəl gəldim. Türkiyə Prezidenti Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkelin iştirakı ilə keçirilən görüş Suriyada sabitliyin təmin edilməsi və insan fəlakətinin qarşısını almaq üçündür”, - Makron bildirib.
     

    Muxalifet3 - 27-10-2018

  13. ​Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirildi

    Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirilib.
    Muxalifet.az xəbər verir ki, tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot “Sofiya” da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var.
    Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Sofiya” ilə söhbət edib.

    Muxalifet3 - 27-10-2018

  14. ​Gələn il 400 min ton karbamid istehsalı proqnozlaşdırılır

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan və bu il istismara verilməsi planlaşdırılan Karbamid zavodunda 2019-cu ildə 400 min ton məhsul istehsalı nəzərdə tutulur.
    Muxalifet.az bu barədə 2019-cu ilin büdcə zərfinə istinadən xəbər verir.
    Zavodda 2020-ci ildə 440 min ton, 2021-ci ildə 480 min ton, 2022-ci ildə isə 520 min ton karbamid isthesalı proqnozlaşdırılır.
    Qeyd edək ki, "Samsung Engineering" şirkəti "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə bu il təhvil verməsi gözlənilir.

    Muxalifet3 - 27-10-2018

  15. ​"Zirə" məğlub oldu, "Qəbələ" geri dönüş etdi

    Oktyabrın 27-də Azərbaycan çempionatının 9-cu turuna start verilib.
    Muxalifet.az xəbər verir ki, turun açılış matçı “Əlincə Arena”da keçirilib. Meydan sahibi “Sabah” komandası “Zirə”ni qəbul edib. Görüş “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 45-ci dəqiqədə “Sabah”ın futbolçusu Məqsəd İsayev açıb. O, cərimə meydançasının daxilində Cavid İmamverdiyevin ötürdüyü topu dəqiq zərbə ilə tamamlayıb – 1:0. Birinci hissə bu hesabla başa çatıb.

    Muxalifet3 - 27-10-2018

  16. ​ŞOK: Azərbaycanlı tələbə bir ayda 4,5 milyon qazandı - “1 ay əvvəl heç nəyi olmayan tələbə idim, indi isə…”

    Azərbaycanlı tələbə bir aya BMW alacaq qədər pul qazanıb.
    Bir ay əvvələ qədər sıradan həyat yaşayan 22 yaşlı Cabbar Nəsibov milyonçu olmasının sirlərini müsahibəsində açıqlayıb.
    Hazırda oliqarx həyatı yaşayan Cabbar Nəsibovun maraqlı hekayəsini sizə təqdim edirik:
    "Cəmi 1 ay əvvəl cibində 10 AZN-dən başqa heç nəyi olmayan tələbə idim. Bu gün isə artıq özümə nəinki BMW, ağlımdan keçən hər şeyi ala bilirəm”.

    Muxalifet3 - 27-10-2018

  17. Bütün dünya ABŞ-a qarşı İranın yanındadır - Ruhani

    Bir neçə dövlət istisna olmaqla, bütün dünya ABŞ-a qarşı İranın yanındadır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. O, İran kimi böyük bir dövlətlə qarşı-qarşıya gəldiyi üçün müttəfiqlərinin Vaşinqton rəhbərliyini tək qoyduğunu bildirib:

    Muxalifet3 - 27-10-2018

  18. ​Almaniya və Fransadan birgə Camal Qaşıqçı qərarı

    Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron İstanbuldakı baş konsulluqda öldürülən jurnalist Camal Qaşıqçı məsələsi ilə bağlı birgə hərəkət etmək qərarına gəliblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
    Qeyd edək ki, hər iki lider İstanbulda Suriya ilə bağlı keçirilən dördtərəfli (Türkiyə, Rusiya, Fransa, Almaniya) zirvə görüşü üçün Türkiyədə səfərdədir.
     

    Muxalifet3 - 27-10-2018

  19. "Heç kim Ermənistanın dilindən danışa bilməz. Qarabağ ümumerməni məsələsidir...” – Paşinyan - VİDEO

    Nikol Paşinyan ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu onun adından danışmamağa çağırıb. Muxalifet.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda Paşinyan jurnalistlərə açıqlamasında deyib. “Hər kəs öz adından çıxış edə bilər. Con Bolton və ya başqa kimsə Ermənistanın baş naziri adından danışa bilməz. Bəli, seçki imkanları təmin edəcək, amma artıq bildirmişəm ki, Ermənistan və Artsax xalqları (Dağlıq Qarabağ - red.), eləcə də Qarabağın hakimiyyət orqanları üçün məqbul olmayan bir həll ola bilməz.

    Muxalifet3 - 27-10-2018

  20. ​Ermənistanda hökumət binasını partlatmaq istədilər

    Bu gün Ermənistanda əlində qumbara olan naməlum şəxs hökumət binasına daxil olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qaltsyan bildirib.
    "Əlindəki bombanı partlatmaq istəyən şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən zərərsizləşdirilib", - Qaltsyan qeyd edib.
     

    Muxalifet3 - 27-10-2018

Pages