DİQQƏT: Saatlarınız geri çəkilibsə...

Baxış sayı:
1243

Məlum olduğu kimi, hər il oktyabrın son bazar günü dünyanın 70-ə yaxın ölkəsində saatlar avtomatik geri çəkilir.
 
Muxalifet.az xəbər verir ki, Azərbaycanla yanaşı 130-dan çox ölkədə isə yay vaxtından qış vaxtına keçid edilmir.
 
Ölkəmizdə 17 mart 2016-cı ildə Nazirlər Kabinetinin qərarına əsasən saatlar geri çəkilmir.
 
Bu gün bir sıra telefon, o cümlədən smartfonlarda, habelə kompüterlərdə saatlar avtomatik olaraq bir saat geri çəkilib. Bu halda narahat olmağa dəyməz. Saatı bir saat irəli çəkərək əvvəlki vaxta uyğunlaşdırmağınız lazımdır.