Axtarış
The search found 105700 results in 0.105 seconds.
Search results
Verilişi bağlanan Mehriban sarsıntı keçirdi: “Qəbrimi qazın”
ARB TV-də əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi "Canım sizə desin" adlı proqram yayımını dayandırıb.
Muxalifet.az xəbər verir ki, yenicag-a açıqlama verən aktrisa bu səbəbdən sarsıntı keçirdiyini bildirib:Muxalifet3 - 23-10-2018
Xəlil Rzanın arvadına qarşı dələduzluq edən cəzalandı
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Şəmsiyev doqquz il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet3 - 23-10-2018
Türk polisi Qaşıqçının əşyalarını tapdı
Səudiyyənin İstanbul konsulluğuna məxsus avtomobildən öldürülən jurnalist Camal Qaşıqçıya aid bəzi şəxsi əşyaların tapıldığı bildirilib.
Muxalifet.az xəbər verir ki, xüsusi təlim görmüş itlər vasitəsilə aparılan əməliyyatda polis iki çantada şəxsi əşyalar, kompüter və sənədlər aşkar edib.
Axtarışla bağlı əlavə məlumat verilməyib.
Muxalifet3 - 23-10-2018
"Şeytan çarxı"nda qəza: 5 uşaq xəsarət aldı
Almaniyanın Bavariya federal torpağında “Şeytan çarxı” attraksionunun bir hissəsinin çökməsi nəticəsində 5 uşaq xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, hər birinin diametri 4 metr olan 4 kabində ümumilikdə 8 azyaşlı olub.
Hadisə baş verən an onlardan 5-i yüngül yaralanıb.
Uşaqların xəstəxanalara çatdırıldığı bildirilib.
Olayla bağlı araşdırma aparılır.
Muxalifet3 - 23-10-2018
Bakı Fransaya nota verdi – Səfir XİN-ə çağırıldı
Fransanın ölkəmizdəki səfiri Azərbaycan Respubikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Muxalifet.az xəbər verir ki, ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.Muxalifet3 - 23-10-2018
Azərbaycanda təhlükəli qrip var? - Nazirlik açıqladı
Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir.
Bunu trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.
Onun sözlərinə görə, bu il ağır kəskin respirator virus infeksiyalarına yoluxanların sayında artım müşahidə edilməyib və infeksiyalara yoluxanların builki sayı ötənilki səviyyədədir.Muxalifet3 - 23-10-2018
Trampın müşaviri açıqladı: Putinlə razılığa gəldik
Rusiya Prezidenti Vladimir Putinlə Suriya mövzusunu müzakirə etdim.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Suriyada hərbi qüvvələrinin koordinasiyasının artırılması ilə bağlı razılığa gəlinib.
Muxalifet3 - 23-10-2018
Metroda eskalator xarab oldu: 30 nəfər xəsarət aldı - VİDEO
Romada metroda eskalatorun sıradan çıxması üzündən 30-dək adam xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, xəsarət alanlar futbol azarkeşləridir.
Qeyd edək ki, bu gün Romada UEFA Çempionlar Liqasının üçüncü turunun “Roma” – MOİK oyunu keçirilir.
Bildirilir ki, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Muxalifet3 - 23-10-2018
Həbib Nurməhəmmədov qorxaqlıqda ittiham edildi
UFC çempionatının iştirakçısı Artyom Lobov Həbib Nurməhəmmədovu qorxaqlıqda ittiham edib.
Muxalifet.az xəbər verir ki, A. Lobov UFC 223 şousu öncəsi dəhlizdə Həbiblə qarşılaşan zaman baş verən hadisə barədə danışıb.
“Telefonla danışırdım, dəhlizdə Həbibi gördüm. Əlbəyaxa olmadan bir-birimizin ünvanına sərt sözlər işlətdik. Bundan sonra o yenə yaxınlaşdı, lakin bu dəfə yanında xeyli sayda insan var idi. Qəflətən cəsur oldu və davaya başladı”, - deyə o vurğulayıb.Muxalifet3 - 23-10-2018
Neft kəskin ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti bu gün kəskin şəkildə aşağı düşüb.
Muxalifet.az xəbər verir ki, gün ərzində “Brent” markalı neftin bir barreli 3,18 dollar ucuzlaşıb və 76,65 dollar olub.
VTİ markalı neftin bir barreli isə 2,77 dollar enib və hazırda 66,59 dollara təklif edilir.
Muxalifet3 - 23-10-2018
Ərdoğan və Trumpın görüşəcək: Tarix məlum oldu
Türkiyənin prezidenti Ərdoğan, 11-12 noyabr tarixlərində Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gedəcək.
Ərdoğanın, ABŞ ilə keşiş Brunson böhranının həll edilməsindən sonra yeni dövr münasibətlərinin ilk addımı olacaq ABŞ prezidenti Donald Tramp ilə görüşünün keçirilməsi 11 noyabrda planlaşdırılır.
Türkiyəyə tətbiq olunan sanksiyaların davam etdiyi prosesdə gerçəkləşən görüşdə iki ölkə arasındakı ən əsas problemli sahələr olan FETÖ və YPG-yə verilən silahlar əsas gündəmi təşkil edəcək.
Müxalifət.azMuxalifet3 - 24-10-2018
Qaşıqçının dublyorunun Türkiyədən qaçış görüntüləri..
Jurnalist Camal Qaşıqçı-nın 2 oktyabr günü Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna girməsindən sonra bir daha ondan xəbər çıxmadı. Qaşıqçı-nın paltarlarını geyən bir adamın həmin gün dublyoru kimi Baş Konsulluqdan çıxdığı müəyyənləşmişdi. Buradakı məqsəd Qaşıqçı-nın konsulluqdan çıxdığına dair görüntü olduğu istiqamətində dünya ictimaiyyətinə mesaj vermək xarakteri daşıyırdı.
Muxalifet3 - 24-10-2018
Tramp Səudiyyə vəliəhdini ələ verdi
ABŞ prezidenti Tramp, Səudiyyə Ərəbistanının jurnalist Camal Qaşıqçı hadisəsi ilə əlaqədar "tarixdə üstü örtülən ən pis hadisədir" deyib.
Tramp, Ağ Evdə jurnalistlərin Qaşıqçı hadisəsiylə bağlı suallarını cavablandırıb.
Qaşıqçı hadisəsi haqqında bütün həqiqətləri bir araya gətirdikdən sonra qərar verəcəyini bildirən Tramp, "Çox pis bir şey idi" deyib.
Mövzu ilə bağlı digər ölkə rəhbərləri ilə də görüşdüyünü dilə gətirən Tramp, "Bu olanları heç kim sevmir" deyə bildirib.Muxalifet3 - 24-10-2018
ABŞ-dan Səudiyyəyə ilk sanksiya mesajı
ABŞ-ın dövlət katibi Pompeo, keçirdiyi mətbuat konfransında journalist Qaşıqçı-nın öldürülməsinə münasibət bildirib.
Pompeo, "ABŞ rəhbərliyi olaraq əldə etdiyimiz məlumatlar işığında Qaşıqçı-nın ölümünə qarışdığından şübhələndiyimiz Səudiyyə Krallığı, Xarici İşlər Nazirliyi, kəşfiyyat və digər nazirliklərə bağlı bəzi Səudiyyə rəsmilərinə viza ləğvi, viza qadağası və digər sanksiyalar tətbiq edəcəyik". deyib.Muxalifet3 - 24-10-2018
Qaşıqçı-nın nişanlısından Ərdoğan paylaşması
Öldürülən journalist Qaşıqçının nişanlısı Xədicə Çingiz, nişanlısı Camal Qaşıqçı ilə prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə olduqları şəkli paylaşıb.
Çingiz şəxsi Twitter hesabı üzərindən apardığı bölgüdə, Ərdoğana Qaşıqçı-ya yönəlik açıqlamalara görə, təşəkkür edib.
Cingiz, “Başsağlığı üçün təşəkkürlər prezidenti Ərdoğan. Nişanlım Camal Qaşıqçını qətlə yetirənlərin məhkəmə qarşısına çıxmasını təmin edəcəyinizə əmin idim və hələ də əminəm. Türk vətəndaşı olmaqdan qürur duyuram" deyə yazıb.Muxalifet3 - 24-10-2018
Paşinyan Ağ Evin QARABAĞ PLANINI qəbul edir: "Torpaqları qaytar!" tələbinin PƏRDƏARXASI
“Barak Obama administrasiyası dövründə Rusiyanın yumşaq qarınaltısı, yaxud da arxa bağçası sayıla biləcək regionlara çox da nüfuz edilmirdi. Amma Donald Trampın dövründə Rusiya ilə ciddi mübarizə gedir və bu mübarizədə çalışırlar ki, Rusiyanın sərhədləri boyu mövcud olan post-sovet respublikaları hissə-hissə, tədricən təsir altına alsınlar”.
Publika.az-a açıqlamasında bu sözləri politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini şərh edərkən deyib.Muxalifet - 24-10-2018
Tramp, Ərdoğanın Qaşıqçı hadısəsi ilə bağlı açıqlamasına münasibət bildirib
ABŞ prezidenti Donald Tramp, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürülməsinə dair prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamaları dəyərləndirib.
Tramp, "Ərdoğanın Səudiyyə Ərəbistan ilə bağlı açıqlamaları olduqca sərtdi. Ərdoğanın sözlərini istintaq nəticəsini görəndən sonra qiymətləndirəcəyəm" deyib.
Müxalifət.azMuxalifet3 - 24-10-2018
AYDIN ABBASOV 2 AYDAN SONRA ÜZƏ ÇIXDI – Abbas Abbasovun Putinin səfərinə bağladığı ümidlər doğruldu! + FOTO
Təxminən bir ay əvvəl, avqustun 27-də hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair xəbər yayılan və 2 aydan artıqdır ortalıqda görünməyən baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov dünən, necə deyərlər, sükutu pozub. Düzdür, hər hansı açıqlama ilə çıxış etməyib. Ancaq dünən Bakı küçələrindən birində çəkdirdiyi şəkli özünün “facebook” səhifəsindən paylaşıb. Qeyd edək ki, aktiv “Facebook” istifadəçisi olan Aydın Abbasovun avqustun 21-dən sonra bu sosial şəbəkədən heç bir paylaşım etməmişdi və ya edə bilməmişdi.
Muxalifet - 24-10-2018
SON DƏQİQƏ: Şeyx Həmzət xəstəxanaya yerləşdirildi - VİDEO
Mərhum azərbaycanlı ”qanuni oğru” Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan Çeçen əsilli kriminal avtoritet ”Şeyx Həmzət” ləqəbli, Həmzət Qastəmirov xəstəxanaya yerləşdirilib.
Onun Berlində xəstəxanadan görüntüləri yayılıb. Kriminal avtoritetin hansı səbəblə xəstəxanada yatdığı isə məlum deyil. Kadrlarda onun vəziyyətinin yaxşı olduğu görünür./A24.Az/
Həmin görüntüləri sizə təqdim edirik:Muxalifet - 24-10-2018
Amerikalı ekspertdən vəliəhd bin Salman iddiası
Amerikalı tədqiqatçı yazıçı Karen Elliot House, Camal Qaşıqçı cinayətinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın gələcəyini qeyri-müəyyənliyə saldığını iddia edib.
House, “Wall Street Journal” qəzetində dərc olunan məqaləsində, Səudiyyə Ərəbistandan əhəmiyyətli bir şəxsin Qaşıqçı cinayətinə dair şahzadə Məhəmmədin ağıl sağlamlığını mühakimə etdiyini və sonunu Roma imperatoru Caligulaya oxşatdığını yazıb.Muxalifet3 - 24-10-2018