Axtarış
The search found 105700 results in 0.099 seconds.
Search results
“Yerevanla Bakı arasında operativ əlaqə yaradılıb” - PAŞİNYAN
Ermənistan-Azərbaycan dövlət sərhəddində və Qarabağda təmas xəttində sakitlikdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, bu, Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev ilə əldə edilən razılaşmaların nəticəsidir.
Bundan əlavə, Düşənbədə əldə edilən razılaşmalar çərçivəsində Ermənistanla Azərbaycan arasında stabil operativ əlaqə yaradılıb.
Muxalifet4 - 20-10-2018
Tramp və Kim Çen In növbəti görüş vaxtı açıqlandı
ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında ikinci sammit 2019-cu ilin əvvəlində baş tuta bilər.
Muxlifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Prezident Administrasiyasının yüksəkvəzifəli əməkdaşına istinadən Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.
İki ölkə lideri arasında ilk görüş 2018-ci ilin iyununda Sinqapurda olub.Muxalifet - 20-10-2018
Klinik Xəstəxanada həkim səhlənkarlığı daha bir can aldı – MEYİT ORTADA QALDI
Bakı şəhər sakini Nazilə Əhmədova həkim laqeydliyi səbəbindən Mərkəzi Klinik Xəstəxanasında dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, bu barədə qaynarinfo-ya mərhumun qızı Nərmin Əhmədova məlumat verib.
Muxalifet4 - 20-10-2018
Səudiyyə dilemma qarşısında: Qaşıqçı öldürülübsə, bəs meyit haradadır?
Səudiyyə Ərəbistanı, jurnalist Camal Qaşıqçı-nın konsulluq daxilində baş verən dava-dalaş nəticəsində öldüyünü bildirib. Camal Qaşıqçı-nın öldürüldüyünü rəsmən qəbul edən Səudiyyə Ərəbistanı, mərhum jurnalistin cəsədinin harada olduğunu isə açıqlamayıb. “Reuters”-ə danışan Səudiyyəli bir səlahiyyətli, Camal Qaşıqçı-nın cəsədinə nə olduğunu bilmədiklərini açıqlayıb.
QAŞIQÇI-nın CƏSƏDİ HARADADIR
Muxalifet3 - 20-10-2018
Səudiyyə baş prokuroru Qaşıqçının öldüyünü təsdiq edib! – Meyitinin harada olduğu məlum deyil
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının meyitinin hazırda harada olduğu məlum deyil.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü istintaqın gedişatı ilə tanış olan mənbəyə istinadən “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, konsulluğun sürücüsü jurnalistin meyitinin “yerli əməkdaş”a təhvil verilməsi prosesində iştirak edib.
Muxalifet - 20-10-2018
İpoteka kreditlərini daha çox onlar götürür - AZƏRBAYCANDA
2018-ci ilin üçüncü rübünün sonuna olan vəziyyətə əsasən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditlərinin təkrar maliyyələşdirilməsinin həcmi 1,1 milyard manat, o cümlədən güzəştli kreditlərin həcmi 315 milyon manat təşkil edib.Muxalifet4 - 20-10-2018
Cəbhədə son vəziyyət: Bu mövqelərimiz atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 20-10-2018
Hindistanda FACİƏ: qatar insanları əzdi - Ölənlərin sayı artdı (YENİLƏNDİ)
Hindistanın Pəncab ştatında qatarın dini bayramda iştirak edən insan kütləsinə çırpılması nəticəsində azı 61 nəfər ölüb, daha 72 nəfər yaralanıb.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanlarına istinadən "Sinhua" məlumat yayıb. Ölənlər arasında qadınlar və uşaqların çoxluq təşkil etdiyi bildirilir.***
Muxalifet - 20-10-2018
Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib
Suriyada üç il ərzində Rusiyanın dəstəyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının dəstələri tamamilə darmadağın edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və dialoq tərəfdaşlarının müdafiə nazirlərinin V müşavirəsində çıxışı zamanı deyib.
"Əməliyyatlar zamanı ümumilikdə 87,5 mindən çox yaraqlı məhv edilib, 1411 yaşayış məntəqəsi və Suriyanın 95 faizdən çoxu azad edilib", - deyə o bildirib.Muxalifet - 20-10-2018
Tanınmış türk müğənni cinsiyyətini dəyişdirdi - FOTO
Türkiyənin tanınmış kişi müğənnisi cinsiyyətini dəyişdirib.
Muxalifet.az haberler-ə istinadla xəbər verir ki, 80-ci illərin məşhur müğənnisi, "Eller kadir kıymet bilmiyor anne" mahnısının ilk ifaçısı Hakan Aslan cinsiyyətini dəyişdirərək özünü qadın edib.
O, 10 il əvvəl, Taylandda hər kəsdən gizlin əməliyyat olunub. Hakanın indiki adı Eylem Erenerdir.Muxalifet - 20-10-2018
“Ərdoğanın təzyiqi ilə Qaşıqçı hadisəsi çözüldü” - ABŞ mətbuatı
“Vaşinqton Post” qəzeti, Camal Qaşıqçı hadisəsinin aydınlandırılmasındakı ən böyük payın prezident Ərdoğanın olduğunu yazıb.
Sözügedən məlumatda, Səudiyyə rəhbərliyinə ən böyük təzyiqin Türkiyənin prezidenti tərəfindən edildiyi ifadə edilib.
“ƏRDOĞAN SƏSSİZCƏ İZLƏMƏDİ”
Dünya gündəminə oturan Camal Qaşıqçı hadisəsinin Türkiyə torpaqlarında olması, gözlərin Ərdoğana çevrilməsinə səbəb olub.Muxalifet3 - 20-10-2018
Bakıda daha bir sərnişin avtobusu ağır qəza törətdi: ÖLƏN VAR
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, dünən gecə saat 22:00 radələrində Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub. Nəticədə, ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, hadisəni törədən avtobus "İ-Qafqaz" MMC şirkətinəməxsus olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Muxalifet - 20-10-2018
Əfqanıstanda Parlamentin Aşağı Palatasına seçkilər başladı
Bu gün Əfqanıstanda Milli Palataya (Aşağı Palata) seçkilər başlayıb.
Ölkədə bu seçkilər yüksək təhlükəsizlik tədbirlərinin təşkil edilməsi fonunda keçirilir.
Yerli vaxtla saat 07:00-da respublikanın 34 vilayətinin 32-də seçki məntəqələri açılıb. Kandaqar və Qaznı regionlarında isə təhlükəsizlik baxımından seçkilər təxirə salınıb.
Əfqanıstan Müstəqil Seçki Komissiyasının hazırladığı seçici siyahısına 8,8 milyon seçici daxil edilib. Seçkilərdə 249 yer üçün 2,7 min namizəd mübarizə aparır. (trend)Muxalifet - 20-10-2018
Premyer Liqada 8-ci tur başlayır
Bu gün Topaz Premyer Liqada 8-ci tura start veriləcək.
Muxalifet.az məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma olacaq.
“Qəbələ” öz meydanında lider “Neftçi”ni qəbul edəcək. Digər oyunda isə “Qarabağ” “Səbail”lə qarşılaşacaq. Digər 2 matç isə bazar günü keçiriləcək.20 oktyabr (şənbə)
17:00.“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
19:00.“Qarabağ” – “Səbail”
“Azersun Arena"21 oktyabr (bazar)
17:00.“Sumqayıt” – “Sabah”
“Dalğa Arena”19:00.“Keşlə” – “Zirə”
“ASK Arena”Muxalifet - 20-10-2018
Anasının özü yaşda oğlanla cinsi əlaqədə olduğunu öyrəndi - DƏHŞƏT SAÇDI - VİDEO
İstanbulun Fatih rayonunda tüfənglə bir ofisə hücum edən F.O. (26) adlı gənc anası ilə sevgili olduğunu iddia etdiyi M.E.-ni (26) güllələyib.
Muxalifet.az Haberler-ə istinadən xəbər verir ki, hücum anbaan kameraya düşüb.
Qanlı olaydan sonra araşdırmaya başlayan polislər iş yerindəki təhlükəsizlik kamerası görüntülərini izləyərək şübhəlinin şəxsiyyətini təyin ediblər.
Əməliyyat təşkil edən polislər F.O.-nu yaxalayıblar.Muxalifet - 20-10-2018
"İrana görə Səudiyyə bizə lazımdır" - Trampdan Kaşkçı AÇIQLAMASI
ABŞ prezidenti Donald Tramp jurnalist Camal Kaşıkçının İstanbul konsulluğunda öldürülməsi ilə bağlı Səudiyyə Ərəbistan rəhbərliyinin açıqlamasını böyük bir addım adlandırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul konsulluğunda dava zamanı öldüyü deyilən Camal Kaşıkçı olayı ilə bağlı rəsmi Riyad rəhbərliyinin açıqlaması böyük bir addımdır.Muxalifet - 20-10-2018
Arvadının qanına qəltan etdi - ÇAYXANADA ŞOK CİNAYƏT
Bakıda ər çay evində arvadını bıçaqlayıb.
Muxalifet.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Şəhrizad” çay evində qeydə alınıb.
Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Rəcəb Məmmədov həmin çay evində arvadı 1986-ci il təvəllüdlü Günel Məmmədovu öldürmək niyyəti ilə bıçaqlayıb, hadisə yerindən qaçıb.
Orada olan şəxslərin köməyi ilə 32 yaşlı qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.Muxalifet - 20-10-2018
İngilis kəşfiyyatçıdan Qaşıqçı cinayətinə şərh
İngilis xarici kəşfiyyat xidməti Mİ6-nın keçmiş sədri Con Sawers, Qaşıqçı hadisəsini özünəməxsus şərh edib. Sawers, Türk kəşfiyyatındakı məlumatların çox ətraflı olduğunu söyləyərək, “əllərində bir qeyd olmalıdır” deyib. Sawers, Türk kəşfiyyatının Səudiyyə Konsulluğunu dinləyə biləcəyini iddia edib.
Muxalifet3 - 20-10-2018
Səudiyyə Ərəbistanı ETİRAF ETDİ: Qaçıqçı konsulluqda ÖLDÜRÜLDÜ - ŞOK DETALLAR
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının bu ölkənin Türkiyədəki baş konsulluğunda çıxan davada öldürüldüyünü açıqlayıb. Belə ki, Qaşıqçı konsulluqda olarkən bir neçə nəfər arasında dava olub və hadisə zamanı o, öldürülüb.
Muxalift.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi dairələri bu cinayətlə əlaqəli 18 nəfərin saxlanıldığını bildirib.
Səudiyyə Ərəbistanının Baş prokuroru Şeyx Səud Əl Muhib Qaşıqçının öldürülməsində məsuliyyət daşıyanların hamısının ədalət qarşısında cavab verəcəyini bildirib.Muxalifet - 20-10-2018
Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar
Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir.
Müvafiq qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.
Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Nazirlər Kabinetinin hər iki qərarı aviasiya benzininə tətbiq edilməyəcək.
Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.Muxalifet - 20-10-2018