Axtarış
The search found 105715 results in 0.038 seconds.
Search results
AYNA 7,6 milyonluq tenderi riskli vergi ödəyicisi olan şirkətə necə verib?
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi Agentliyin fəaliyyət istiqamətləri üzrə digər informasiya sistemlərinin yaradılmasına dair işlərin satın alınması üzrə 02.10.2023-cü il tarixdə başladığı dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan aşıq Tender müsabiqəsinə yekun vurub və “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyəti ilə 7.600.380 manat məbləğində satınalma müqaviləsi bağladığını 08.01.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlamışdır.
Muxalifet2 - 10-01-2024
Əmək Müfəttişliyi 4 milyona ofis icarəyə götürür
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Muxalifet2 - 10-01-2024
Rövnəq Abdullayevin səhhətində problem yarandı - İclas təxirə düşdü
Xəbər verdiyimiz kimi, sabah Gəncədə keçirilməli olan AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.
Federasiyadan verilən məlumata görə, iclas AFFA prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşməsi səbəbindən təxirə düşüb.
Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli bildirib ki, tədbirin nə vaxt keçiriləcəyi barədə də məlumat veriləcək: “Rövnəq Abdullayevin səhhətində problem yarandığı üçün tədbir baş tutmayacaq. Çünki özü şəxsən iştirak etmək istəyirdi. Bu gün bildirdi ki, Gəncəyə gedə bilməyəcək”.
Muxalifet2 - 10-01-2024
Sağlamlıq üçün təhlükəli arıqlama dərmanları satan şəxslər yaxalandı - VİDEO
Ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub.
Muxalifet2 - 11-01-2024
Pensiyaların artımı marketlərin endirim dələduzluğuna oxşardır
Marketlər öncədən qiyməti qaldırıb endirim edir, DSMF əlavələri kəsib faizlə artırır
Muxalifet2 - 11-01-2024
Naxçıvan MR fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədr müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Ramin Ramiz oğlu Məmmədov vəzifəsindən azad olunub.
Muxalifet2 - 14-01-2024
"İsrailin HAMAS-a qarşı müharibəsi hələ aylarla davam edəcək" - NETANYAHU
İsrailin HAMAS-a qarşı müharibəsi hələ aylarla davam edəcək.
Bunu İsrail Baş naziri Binyamin Netenyahu bu gün hökumətin iclasında 2024-cü il dövlət büdcəsinin təsdiqi zamanı bildirib.
Baş nazir buna görə də hərbi yönümlü büdcə təqdim etdiklərini bildirib.
Muxalifet2 - 14-01-2024
DSMF-in pensiya filialı “özbaşınalıq planını” artıqlaması ilə doldurub - MƏĞRUR BƏDƏLSOY YAZIR
Baş Prokurorluq özbaşınalıqdan şikayətlərə qadağanı “izahla “malalayır”
Muxalifet2 - 15-01-2024
Azərbaycanlı "qanuni oğru"lar arasında "razborka": Ölümünə 5 milyon dollar... - VİDEO
Rusiyada azərbaycanlı "qanuni oğru"lar arasında ən böyük mafiya müharibələrindən biri başlayıb.
Bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, söhbət "qanuni oğru" klanı Ülfət Tağıyev (Rufo Gəncinski), Namik Caniyev ( mərhum "qanuni oğru" Rövşən Caniyevin qardaşı), Zaur Əhmədov (Rövşənin qohumu) və digər tərəf “qanuni oğru” Namiq Səlifov ( mərhum "qanuni oğru" Nadir Səlifovun qardaşı) və ona qoşulan “kriminal general” Vaqif Süleymanovdan gedir.
Muxalifet2 - 15-01-2024
İngiltərə Avropaya 20 min hərbçi göndərir
2024-cü ilin birinci yarısında Böyük Britaniya NATO-nun “Steadfast Defender 24” təlimində iştirak etmək üçün Kral Hərbi Dəniz Qüvvələri, Britaniya Ordusu və Kral Hərbi Hava Qüvvələrindən 20 000 əsgərini Avropaya göndərəcək.
Bu barədə müdafiə naziri Qrant Şapps bildirib.
Qeyd olunur ki, Soyuq Müharibədən sonra keçirilən ən böyük təlimlərdən biri çərçivəsində qoşunların yerləşdirilməsi fevral-iyun aylarında Şərqi Avropada Britaniya qoşunlarının, eləcə də tankların, artilleriya və helikopterlərin yerləşdirilməsini əhatə edir.Muxalifet2 - 15-01-2024
Avropa Qətər qazından məhrum ola bilər
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə husilərin hədəflərinə aviazərbələr həyata keçirməsi marşrut boyunca riskləri artırdığındn, Qətər mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinin Bab əl-Məndəb boğazından daşınmasını dayandırıb.
Bu barədə “Bloomberg” yazır.
Agentlik bildirib ki, Qətər tərəfindən Qırmızı dənizin cənubundakı boğaza gedən ən azı beş maye qaz gəmisi cümə günündən etibarən dayandırılıb. Üç tanker Oman sahillərində, biri Qırmızı dənizdə, digəri isə Aralıq dənizində Süveyş kanalı yaxınlığında saxlanılır.Muxalifet2 - 15-01-2024
İran və Rusiya hansı silahları mübadilə etməyə hazırlaşır?
İran Rusiya Federasiyasına silah tədarükü müqabilində Rusiyadan müasir aviasiya, xüsusilə Su-34, təlim təyyarələri və radiolokasiya stansiyaları almağa ümid edir.
Bu barədə Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Vadim Skibitski RBC-Ukraynaya müsahibəsində danışıb.
Skibitski deyib: “İran Rusiya ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirir, çünki Tehran Rusiya silahlarında maraqlıdır”.
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi əlavə edib ki, Rusiya Federasiyası ilə İran arasında “danışıqlar davam edir”.Muxalifet2 - 15-01-2024
Putin Şimali Koreyaya səfərə hazırlaşır
“Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfəri yaxın gələcəkdə baş tuta bilər, tarixlər diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq”.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Vladimir Putinin Pxenyana rəsmi səfər etmək üçün dəvət alıb. Ümid edirik ki, belə bir səfər baş tutacaq, Rusiya prezidenti yaxın gələcəkdə Şimali Koreyaya səfər edəcək. Bu səfərin vaxtı diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq”, - Peskov bildirib.Muxalifet2 - 15-01-2024
Ukraynaya qarşı döyüşdən imtina etdiyinə görə 3 il həbs cəzası verildi…
Cənubi Saxalin qarnizonu hərbi məhkəməsi Ukraynada müharibəyə getməkdən imtina edən hərbçini 2 il 9 ay müddətinə azadlıqdan məhrum edib.
Bu barədə “Moskva Tayms” yazır.
Hökmə əsasən, 2023-cü ilin avqustunda Saxalin vilayətinin Aniva şəhərinin sakini Denis Aqliçeyev komandirin döyüş tapşırıqlarını yerinə yetirmək və döyüşlərdə iştirak etmək haqda əmrini yerinə yetirməkdən imtina edib. Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs “hərbi kollektivdə hərbi nizam-intizamın və asayişin vəziyyətinə mənfi təsir göstərməklə, komanda birliyi prinsipini şübhə altına alıb”.Muxalifet2 - 15-01-2024
Nəsimi sakinləri “Yeni Ailə” MTK rəhbərliyindən şikayətçidir – MÜRACİƏT
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların sakinləri tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, “Yeni Ailə” MTK onları aldadır:
Muxalifet2 - 15-01-2024
“Azəristilik” qiyməti özbaşına qaldırıb, İqtisadiyyat Nazirliyi susur
Tarif Şurası, Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “ölüb”?
Muxalifet2 - 15-01-2024
Yəməndə “savaşı qasırğası” əsdirən "müharibə ekipajı" - TƏHLİL
Və yaxud ABŞ-ın İranla razılaşdırılmış hücum planı; Vaşinqton özünün “hegemon dövlət” reputasiyasını xilas etməyə çalışıb
Muxalifet2 - 15-01-2024
Hacıqabul-Horadiz yolunda ağır qəza: ölən var
Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi "Volkswagen" markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb. Nəticədə o hadisə yerinə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 15-01-2024
Ziyalıları qınamayın... – ELDƏNİZ QULİYEV YAZIR
Meydan boşdur... Xəyalpərəst və boşboğaz siyasətçilər buyursunlar,- fürsəti fövtə verməyib, zəbt eləsinlər meydanı!
Əlbəttə, əgər bacarırlarsa!..
Xalqın taleyüklü məqamlarında, indi həzm edə bilmədiyiniz ziyalı bəndələr önə düşüb ölkənin siyasi və mənəvi dirçəlişini təmin edəcək YOLu, ÇARƏni göstərmədimi, həzarat?
Siyasilər, daha doğrusu siyasətbazlar razı olmadılar: “YOL NƏDİ, ÇARƏ NƏDİ?“ - deyə, iki ayaqlarını bir başmağa pərçimləmədimi?..
İndi olan-qalan ziyalıları nə haqla qınayırsınız?..Muxalifet2 - 15-01-2024
MM sədrinin 1-ci müavininin qəbulundan bir il keçdi...
Bu gün - 16.01.2024-cü ildəki qəbulundansa imtina edildi
Muxalifet2 - 16-01-2024