Axtarış

The search found 105715 results in 0.008 seconds.

Search results

  1. Ukrayna Krımla sərhədə ağır döyüş texnikası yeridib

    Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Viktor Nazarenko bildirib ki, Kiyev bütün ehtiyatlarını, o cümlədən ağır döyüş texnikasını Krımla sərhədə toplayıb.
    "İnterfaks" xəbər verir ki, Nazarenkonun sözlərinə görə, hakimiyyət yerli əhali ilə burada döyüş hazırlığının yüksəldilməsi ilə bağlı iş aparırlar. Ukraynalı məmur ölkəsinin bu istiqamətdə vəziyyətin istənilən dəyişikliyinə hazır olduğunu deyib.

    Muxalifet - 13-08-2016

  2. ​Azərbaycanda hərbi obyekt tikən türk iş adamı: “Fətullahçılar məni tora saldı...”

    10 il ərzində Azərbaycanda müxtəlif inşaat layihələri həyata keçirən və son olarq bir hərbi obyektin tikintisini başa vuran türkiyəli iş adamı Mehmet Əli Metin fətullahçıların toruna düşərək böyük məbləğdə ziyan etdiyini deyir. “Aksam” qəzeti xəbər verir ki, Ankarada qeydiyyatdan keçən “Metin Mert İnşaat” şirkətinin sahibi olan Mehmet Ali Metin 2013-cü ildə İraqın şimalında inşaat işinə girib. Duhok şəhərində inşaat layihəsini tamamlayıb.

    Muxalifet - 14-08-2016

  3. Hәyat yoldaşı, qaynı vә qayınatasını bıçaqladı

    Ötәn gün axşam saatlarında Xudatda bıçaqlanma faktı qeydә alınıb.
    Bir ailәnin üç üzvü bıçaqlanıb. Onlar 1958-ci tәvәllüdlü Mәmmәdrәsulov Azad Emil oğlu, onun oğlu 1985-ci tәvәllüdlü Tәrlan Mәmmәdrәsulov vә qızı 1991-ci il tәvәllüdlü Yeganә Mәmmәdrәsulovdur. Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.
    Xaçmaz rayon Polis Şöbәsindәn verilәn mәlumata görә, hadisәni törәtmәkdә şübhәli bilinәn şәxs saxllanılıb. Onun Y.Mәmmәdrәsulovun hәyat yoldaşı olduğu bildirilir.

    Muxalifet - 14-08-2016

  4. ​Türkiyə ordusunu Kiprdən çıxarmaqdan imtina etdi

    Türkiyə hakimiyyəti növbəti dəfə Yunanıstanın Türkiyə qoşunlarının Şimali Kiprdən çıxarılması barədə tələbinə etiraz edib.
    “Anadolu” agentliyi xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, Kiprlə bağlı irəli sürülən tələb Yunanıstanın səmimiliyinə şübhə yaradır.
    Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Kiprlə məsələsi ilə əlaqədar məqsədsiz bəyanatlarına və Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı aparılan hüquqi prosesə müdaxilə cəhdinə son qoyacağını gözlədiyini vurğulayıb.

    Muxalifet - 14-08-2016

  5. Rusiya İranda iki yeni atom elektrik stansiyası tikəcək

    İran Rusiya ilə əməkdaşlıq çərçivəsində iki yeni atom elektrik stansiyası (AES) tikəcək.
    “Shana” agentliyinin verdiyi məlumata görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Seyid Hüsseyn Hakavi Hüsseyni bildirib.
    İranın elektrik enerjisi təminatı üçün zəruri olan 20 min Mvt enerjinin əldə edilməsi üçün iki yeni AES-in tikilməsi tələb olunur. İran parlamentinin komitə üzvü İranın Atom Enerjisi üzrə Təşkilatının AES-lərin tikinti planını hazırladığını nəzərə çatdırıb.

    Muxalifet - 14-08-2016

  6. Toy karvanında qəza baş verdi, BİR QDIN ÖLDÜ

    Tərtərdə toy karvanında qəza baş verib.
    Hadisə Tərtərin “Dörd yol” adlanan ərazisində baş verib.

    Muxalifet - 14-08-2016

  7. ​İspaniyada traktorların şahmat oyunu - VİDEO

    İspaniyada maraqlı şahmat turineri keçirilib. Şahmatın daşları traktorlar, tablosu isə zəmilər olub. Yarış təşkilatçıları deyir ki, bu yolla gənclərdə əkinçiliyə və torpağa maraq yaramtaq istəyiblər. Turiner isə belə baş tutub, şahmat oynayan iki nəfərin gedişlərini traktorlar təkrar edib.

    Muxalifet - 22-08-2016

  8. ​Azərbaycan Rusiyayla İranı ələ alır - «Stratfor»

    Qafqazda balans dəyişməkdədir. Sanksiyalar bəlasından qurtulan İran şimala yönəlir, daha qətiyyətli mövqe tutmağa başlayır. Rusiya da kursu dəyişərək Dağlıq Qarabağ münaqişəsində Ermənistandan çox Azərbaycanla birləşir. Avqustun əvvəlində Bakı bu dəyişiklikləri öz xeyrinə yönəltmək məqsədilə İran və Rusiya prezidentləri ilə birgə sammitə ev sahibliyi etdi.

    ÇƏTİN LAYİHƏ

    Muxalifet - 22-08-2016

  9. ​“İmzalarımız oğurlanıb” – MÜSAVATDAN ŞOK İDDİA

    «Bu il sentyabrın 26-da keçiriləcək referendumda təşviqat qrupunun qeydiyyatdan keçməsi üçün tələb olunandan artıq imza toplanıb».
    Muxalifet.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
    Onun deməsinə görə, hazırda toplanmış 41 mindən çox imza nəzərdən keçirilir. Elə bu gün, avqustun 22-si sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediləcəklər.

    Muxalifet - 22-08-2016

  10. ​Rövşən Lənkəranskinin heç yerdə görmədiyiniz kadrları - VİDEO

    Avqustun 17-də gecə saatlarında killer tərəfindən qətlə yetirilən Rövşən Canıyevlə bağlı məsələlər hələ də mətbuatın gündəmindədir. Muxalifet.az xəbər verir ki, Rövşən Lənkəranski kimi tanınan Canıyev və daha iki nəfər “Range Rover”də atəşə tutublar. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb. “Range Rover”in sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb.

    Muxalifet - 23-08-2016

  11. ​Rabitə Nazirliyinin keçmiş Aparat rəhbərinə yeni ittiham elan edildi

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalova qarşı yeni ittiham elan edilib.
    APA-nın məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə yeni ittiham irəli sürülüb.

    Muxalifet - 23-08-2016

  12. ​Zabit Səmədov dünya çempionu oldu – VİDEO

    Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində iştirak edib.
    Qroznıda keçirilən döyüşdə Zabit Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb.
    Döyüş K.Moroşanunun hücumları ilə başlasa da, Zabit gözlənilmədən rəqibinin sinəsinə güclü diz zərbəsi endirərək onu nakauta salıb.
    Bununla da, azərbaycanlı K-1 döyüşçüsü dünya çempionu titulunu qazanıb.

    Muxalifet - 23-08-2016

  13. ​Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı ölkəsinə qaytarıldı

    Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb.
    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xəbər verir ki, avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.

    Muxalifet - 23-08-2016

  14. ​Əli Kərimli ABŞ səfirliyində REFERENDUMU MÜZAKİRƏ EDİB

    ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta avqustun 23-də AXCP sədri Əli Kərimli ilə görüşüb. Görüşdə ABŞ səfirinin müavini Uilyam R.Qill, səfirliyin Siyasi məsələlər şöbəsinin müdiri Ziya Sayed, səfirin siyasi işlər üzrə müşaviri xanım Süzan Çesli də iştirak ediblər.
    Azadliq.info xəbər verir ki, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət və 26 sentyabrda keçirilməsi nəzərdə tutulan referendumla bağlı məsələ müzakirə olunub.

    Muxalifet - 23-08-2016

  15. ​Qulu Məhərrəmli: "Erdoğan çıxış edib, kövrəlib, Gülenin ünvanına tərifli sözlər deyib"

    Türkiyədə iyulun 15-də baş vermiş çevriliş cəhdindən sonra Azərbaycan hökuməti bir neçə AXCP üzvünü "FETÖ" ilə əlaqələrdə və Fethullah Gülenə aid yayılması "məqsədəuyğun sayılmayan" kitab və diskləri daşımaqda ittiham edərək həbsə alıb.
    Media eksperti, professor Qulu Məhərrəmli vaxtı ilə Fethullah Gülenlə keçirdiyi görüşlərə görə adı Gülenə yaxın şəxs kimi hallanır.
    Cənab Məhərrəmli Azərbaycan Dövlət televiziyasında işlədiyi dövrdə iki dəfə Türkiyədə, hakimiyyətə yaxın "Xəzər" telekanalında işləyəndə isə bir dəfə Pensilvaniyada (ABŞ) Fethullah Gülenlə görüşüb.

    Muxalifet - 27-08-2016

  16. ​Türkiyədə qadın polislərə baş örtüyü qadağası qaldırılıb

    Тürkiyədə qadın polislərə rəsmi papaq altından baş örtüyündən istifadə etməyə icazə verilib.
    Əsas şərt örtüyün papaqla eyni rəngdə olmasıdır. Naxış və digər bəzəklərə yol verilmir.
    Bu qərar avqustun 27-dən qüvvəyə minir.
    Hakimiyyət tərəfdarları hesab edirlər ki, hicaba icazənin verilməsi demokratiyanın genişlənməsinin təzahürüdür. Prezident Erdoğanın tənqidçiləri isə bunu dünyəvilik dəyərlərinə zərbə kimi görürlər.
    Rəsmilərə baş örtüyündən istifadəyə icazə 2013-cü ildə verilib.

    Muxalifet - 27-08-2016

  17. Yanğınsöndürənlər unitazın içində qalan şəxsi azad ediblər

    Norveç yanğınsöndürənləri unitazın içində ilişib qalan gənci azad ediblər.
    20 yaşlı Cato Berntsen Larsen dostunun mobil telefonunu çıxarmaq üçün unitazın içinə girəndən sonra artıq geri çıxa bilməyəcəyini başa düşüb.
    Kanalizasiya şəbəkəsinə bağlı olmayan unitazın altında bir neçə aydan bir boşaldılan nəcislərlə dolu bak olub.
    Dostuna kömək etmək istəyən gənc məhz həmin bakın içinə düşüb. Cənab Larsen deyir ki, unitazın içinə girmək üçün kifayət qədər arıq olsa da, geri çıxmaq üçün çox gövdəli olub.

    Muxalifet - 27-08-2016

  18. Türkiyə məhkəməsi Fətullah Gülənə qarşı yeni ittiham irəli sürüb

    İzmir məhkəməsi hərbi casusluqla bağlı cinayət işi üzrə Fəthullah Gülənin həbs olunması barədə qərar qəbul edib.
    Bu barədə "Habetürk" qəzeti xəbər verir.
    Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

    Muxalifet - 27-08-2016

  19. Müsavat Partiyasının təşviqat qrupu qeydə alınmadı

    Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyasının sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı "Respublika" təşviqat qrupunun müraciətinə baxılıb.
    Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
    O bildirib ki, MSK bununla bağlı araşdırma aparıb: “Məlum olub ki, təqdim edilən etibarlı imzaların sayı qrupun qeydə alınmasına kifayət etmir”.
    Müzakirələrin yekununda "Respublika" təşəbbüs qrupunun qeydiyyatı səsverməyə çıxarılıb, amma qrup qeydə almayıb.

    Muxalifet - 27-08-2016

  20. ​Lənkəranskinin qatilləri Antalyadan gedib - ŞOK AÇIQLAMA

    Türkiyədə nəşr olunan “Sabah” qəzeti “Rövşən Lənkəranski” ləqəbli məşhur azərbaycanlı kriminal avtorittet Rövşən Canıyevin qətli ilə bağlı yeni məlumatlar əldə edib.
    Qəzetin yazdığına görə bu səs-küylü qətli araşdıran İstanbul polisi “Rövşən Lənkəranski”ni güllələyən killerlərin Antalyadan kirayə götürdükləri avtomobillə gəldiklərini müəyyən edib.

    Muxalifet - 28-08-2016

Pages