Azərbaycan daha üç ermənini təhvil verdi - HƏRBİ QULLUQÇULAR, YOXSA TƏXRİBATÇILAR...

Baxış sayı:
994

Humanizmə və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib. 

Belə ki, hərbi əsirlərin ekstradisiyası Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingent komandiri general-leytenant Rüstəm Muradovun vasitəçilik missiyası ilə həyata keçirilib.

Azərbaycan hakimiyyəti Rovert Vardanyan, Samvel Şuxyan, Seyran Tamrazyanın hərbçilərini sərbəst buraxıb. Yaxın bir neçə saat ərzində hərbçilər İrəvana Bakıdan yola düşən xüsusi təyyarədə çatdırılacaqlar.

Virtualaz.org-a rəsmi mənbələrdən bildiriblər ki, istintaq bu şəxslərin Azərbaycan ərazisində törədilən hərbi cinayətlərdə iştirakını müəyyənləşdirməyib.