Azərbaycanda tanınmış meyxanaçı vəfat etdi - FOTO
29-08-2020 10:37
Baxış sayı:
1754

Məşhur meyxanaçı Vüqar Biləcəri ölüb.
Muxalifet.az APA-ya istinadla xəbər verir ki, bu barədə meyxanaçının sənət yoldaşı Mehman Əhmədli məlumat verib.
Onun sözlərinə görə, V. Biləcəri uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mehman Əhmədli qeyd edib ki, mərhum meyxanaçı bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.