Azərbaycanla Ermənistana humanitar barışıq təklif edildi - MEYİTLƏRİN GÖTÜRÜLMƏSİ ÜÇÜN
8-10-2020 10:37
Baxış sayı:
1502

ATƏT-in Minsk Qrupunun həmsədrləri Yeni Qarabağ müharibəsində döyüşən tərəflərə-Ermənistana və Azərbaycana həlak olanların meyitlərinin götürülməsi üçün humanitar barışıq elan olunmasını təklif ediblər. Həmsədrlərin fikrincə, bu, atəşkəsə doğru ilk addım ola bilərdi.
Virtualaz.org-un məlumatına görə, Beynəlxalq Qırmızı Xaç vasitəçi rolunu götürməyə hazır olduğunu bildirib.
Məlumatı ATƏT-in saytı yayıb.