​Azərbaycanlılar BMT önünə toplaşır - ETİRAZ

Azərbaycanlı fəallar İranın Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) binası qarşısında aksiya keçirəcəklər.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, aksiya milli azlıqlara mənsub gənclərin inkişafına zəmin yaratmaq və onlara təlim keçmək mövzusunda BMT-dəki milli azlıqlar forumu zamanı baş tutacaq.
Aksiyada Urmu gölünün qurumasına, ana dilində təhsillə bağlı Konstitusiya maddələrinin icra edilməməsinə, azərbaycanlı mədəni fəallara təzyiq edilməsinə və bu kimi səbəblərə görə İran rejiminə etiraz ediləcək.
Qeyd edək ki, fəallar aksiyanın keçirilməsi üçün İsveçrə hökumətindən rəsmi icazə də alıblar. Aksiya dekabrın 1-i saat 13:00-dan 14:30-dək Cenevrədəki BMT binası önündə olacaq.