“BAKI İLƏ DANIŞIQLAR ABŞ VASİTƏSİLƏ APARILIB” - Paşinyandan açıqlama

Baxış sayı:
769

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Havardakı mitinqdə bildirib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifəsini icra edən Y. Rikerlə görüşündə sonuncu ABŞ dövlət katibi Entoni Blinkenin əsirlərlə bağlı irəliləyişə nail olunması barədə tapşırıq verdiyini deyib.

Qeyd edib ki, Ermənistan tərəfi əməkdaşlığa hazırdırsa, ABŞ prosesə qoşulacaq. Paşinyan da buna hazır olduğunu bildirib.

"Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin, gürcüstanlı qardaşlarımızın, Avropa İttifaqından olan tərəfdaşlarımızın səyi nəticəsində əsirlər Azərbaycandan Gürcüstana, Baqrataşen keçid-buraxılış məntəqəsi vasitəsilə isə Ermənistana daxil olublar", - deyə Paşinyan bəyan edib.

O, həmçinin qayıtmış hərbçilərin doğmalarını ajiotaj yaratmamağa, onlara tibbi müayinədən keçməyə imkan yaratmağa çağırıb.

Xatırladaq ki, bir müddət əvvəl haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev “Paşinyan Moskvadan xəlvət Bakıya Vaşinqton vasitəsilə mesaj göndərib - GİZLİ PAKTIN YENİ TƏFƏRRÜATLARI” adlı redaksiya məqaləsi hazırlamış və burada diplomatik mənbələrə istinad edərək, Paşinyanın əsas vasitəçi və Üçtərəfli Bəyanatın qarantı olan Rusiyadan yan keçməklə ABŞ-la bağladığı müqavilə barədə məlumat vermişdi.