ÇİNƏ QARŞI İKİ NƏHƏNG GÜC MƏRKƏZİ… - ABŞ, Avstraliya, Böyük Britaniya, Hİndistan və Yaponiya iki blokda birləşdi

Baxış sayı:
703

ABŞ prezidenti Co Bayden Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) ilk üz-üzə görüşünün açılışında Avstraliya, Hindistan, ABŞ, Yaponiyanın dövrümüzün əsas problemlərinə - Çinə qarşı birgə mübarizə aparmaq niyyətini açıqladı.

Qafqaz.media TASS-a istinadən xəbər verir ki, ABŞ administrasiyası rəhbərinin sözlərinə görə, bu birlik Vaşinqton, Kanberra, Yeni Dehli və Tokio tərəfindən "koronavirusdan iqlimə və yeni texnologiyalara qədər mövcud dövrün əsas problemlərini həll etmək üçün" yaradılıb.

"Bu nəzər-nöqtəsi həftənin əvvəlində BMT-də açıqladığım  yanaşmanı əks etdirir", - Bayden deyir.

"Biz - dialoqa qatılan ölkələrin liderləri altı ay əvvəl bir araya gəldiyimiz zaman Hind-Sakit okeanların azad və açıq bölgələrinə dair ümumi pozitiv gündəmimizi inkişaf etdirmək üçün konkret öhdəliklər götürdük", - ABŞ prezidenti əlavə edib.

Hindistan, Avstraliya və Yaponiyanın baş nazirləri Narendra Modi, Skott Morrison və Yesihide Suqa Ağ Evdə keçirilən Dördtərəfli Təhlükəsizlik Dialoqunun ilk üz-üzə zirvəsində iştirak etmək üçün Vaşinqtona gəliblər.

Bundan az əvvəl Avstraliyanın baş naziri Skott Morrison Vaşinqton, London və Kanberra arasındakı Hind-Sakit Okean bölgəsi ittifaqı - AUKUS ilə Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın da daxil olduğu QUAD müttəfiqliyinin bu ölkələrin bir-birini tamamladığını, gücləndirdiyini söylədi. Yeni Dehli və Tokio isə AUKUS müttəfiqliyini xəbərini "hərarətlə" qarşıladılar.

Almaniya Kansleri Angela Merkelin xarici siyasət müşaviri Christof Hoysqen cümə günü Avstraliya, İngiltərə və ABŞ-ın "AUKUS"u yaratmaq qərarının "NATO tərəfdaşları üçün təhqir" olduğunu söylədi.

Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-İv Le Drian "AUKUS"u müttəfiqlərə olan inamı sarsıtmaqda günahlandırdı. AvroParlamentin ən böyük fraksiyasının rəhbəri, "Avropa Xalq Partiyası" Manfred Veber "AUKUS" blokunun Qərbi parçaladığını söylədi.

Xatırladaq ki, Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) 2007-ci ildə Asiya-Sakit-Hind okeanı bölgəsində qarşılıqlı təsir mexanizmi olaraq quruldu. 2017-ci ilin noyabr ayında dörd ölkə Hind-Sakit okeanında gəmilərin təhlükəsizliyini təmin etmək üçün yeni strategiya çərçivəsində koalisiya qurdu. Avstraliya, Hindistan, ABŞ və Yaponiya xarici işlər nazirlərinin ilk görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirildi. 2021-ci ilin martında ilk dördlüyün zirvəsi keçirildi. Pandemiya ilə əlaqədar olaraq görüş virtual formatda baş tutdu.

Qafqaz.media