​Deputatın ölkədən çıxışına qadağa qoyuldu

Nəriman Əliyevin Akif Çovdarovla əlaqələrinin üzə çıxmasından sonra belə bir addım atılıb
Deputat Nəriman Əliyevin ölkədən çıxmasına qadağa qoyulub. Bu barədə millət vəkilinin yaxınları məlumat veriblər.
Məlumatda deyilir ki, bir neçə gün əvvəl Baş Prokurorluğa çağırılan Əliyev Akif Çovdarovla əlaqələrinə görə istintaq edilib. Belə ki, ondan keçmiş MTN generalı ilə əlaqələri barədə soruşublar və məlum olub ki, deputatın Çovdarovla ciddi biznes şərikliyi olub. Hətta onun həbsindən sonra da biznesdən əldə olunan pulların bir qismi keçmiş generalın ailəsinə ötürülüb.
Prokurorluq məsələni tam dəqiqləşdirdikdən sonra Nəriman Əliyevlə bağlı qərar verib və onun ölkədən çıxmasını yasaqlayıb.
Məlumatda vurğulanır ki, bu səbəbdən deputatın Sankt-Peterburq və daha bir neçə şəhərə edəcəyi səfərlər təxirə salınıb. Bundan başqa, onun biznesi də nəzarətə götürülüb(Politika.Az).