"Dünya yeni bir gücü qarşılamağa hazırlanır" - CAHANDAR BAYOĞLU

Baxış sayı:
949

"...Bu, Türk Dövlətləri Andının imzalanacağı gün olacaq"

“ATA min illərin həsrətinə son qoydu, babalarımızın ruhunu sevindirdi” 

15 iyun 2021-ci ildə dünya əsrin olayını yaşadı. 200 il işğal altında olan Şuşamızın azad olmasından sonra Türkiyə və Azərbaycan tarix yazdı. Azərbaycan Prezidenti cənab Əliyev və Türkiyə Dövlət Başqanı sayın Ərdoğan Şuşa zirvəsini gerçəkləşdirərək, Azərbaycan Türkiyə Andını (ATA) imzaladılar. Bu, ele bir And oldu ki, daha Azərbaycanla Türkiyəni ayrı görmək istəyələrin işığı söndü. Türk dünyasınını parladacaq yeni bir işıq yandı. ATA min illərin həsrətinə son qoydu, babalarımızın ruhunu sevindirdi. ATA Özgür Təbrizimizin müjdəsini verdi. Cənubi Türkistana, Şərqi Türkistana, Şimali-Sibir Türk toplumuna müstəqil olacaqsan dedi. Türk Birliyini gerçək etdi. Dünya yeni bir gücü qarşılamağa hazırlanır. Bu, Türk Dövlətləri Andının imzalanacağı gün olacaq. Çox yaxın zamanda.
Yaşasın ATA!
Yaşasın Turan!
Cahandar BAYOĞLU,
Turan Partiyası Genel başqanı