Erməni generalın oğlu silahlı insident törətdi - FOTO

Baxış sayı:
26968

Ermənistanda atışma olub.

"Report" xəbər verir ki, hadisə Armavir vilayətində qeydə alınıb.

Belə ki, sürücülər - 30 yaşlı Ara Qriqoryan və 26 yaşlı X. Koryun arasında yaranmış mübahisə silahlı insidentlə nəticələnib. Mübahisə zamanı Ara Qriqoryan tapança ilə X. Koryuna atəş açıb. Lakin sonuncu güllədən yayına bilib. Bundan sonra A.Qriqoryan şəxsi avtomobili ilə ərazidən uzaqlaşıb.

Araşdırmalar zamanı A.Qriqoryanın Ermənistan parlamentinin keçmiş deputatı, general Manevl Qriqoryanın oğlu olduğu müəyyənləşdirilib. A.Qriqoryan müvəqqəti sərbəst buraxılıb və ondan heç bir yerə getməməsi barədə iltizam alınıb.

Generalın oğlunda həmçinin bıçaq da aşkarlanıb.

Virtualaz.org xatırladır ki, general Manvel Qriqoryan Cəbrayılı və Fizulini işğal etmiş erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Fizuli rayonunu tamamilə məhz o qarət edib. Cani-general həm də Azərbaycan əsirlərinə münasibətdə xüsusi qəddarlığı ilə fərqlənib.

M.Qriqoryan 2018-ci ildə qeyri-qanuni yolla silah-sursata sahib olmaqda təqsirləndirilərək həbs edilib.