"ERMƏNİSTAN AZƏRBAYCANLA BÜTÜN RAZILAŞMALARI YERİNƏ YETİRƏCƏK" - Paşinyan Lavrova söz verdi

Baxış sayı:
794

Yerevan Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsi üçün əlindən gələni etməyə hazırdır.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

"Sizi əmin etmək istərdim ki, Ermənistan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün bundan sonra da bütün tədbirləri görəcəkdir. Biz, həmçinin üçtərəfli formatda tərəflərin konstruktiv dialoqunu təmin etmək üçün maksimum səy göstərməyə hazırıq", - deyə Nikol Paşinyan Yerevanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı vurğulayıb.