Ermənistanla sərhəddə növbəti təxribat törətdi: MÜLKİ ŞƏXS VƏFAT ETDİ
14-07-2020 12:12
Baxış sayı:
2317

Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində mülki şəxs həlak olub.
Oxu.Az-ın təmas xəttində olan əməkdaşı xəbər verir ki, Ermənistanın artilleriya atəşləri nəticəsində Tovuzun Ağdam kəndinin sakini Əziz Əzizov vəfat edib.
Mərmi onun yaşadığı evin həyətinə düşüb.
Onun 70-dən yuxarı yaşı var idi.