Əfqanıstanda ardıcıl partlayışlar: 14 ölü, 25 yaralı
5-09-2018 21:01
Baxış sayı:
3232

Əfqanıstanın paytaxtı Kabildə ardıcıl 2 partlayış olub.
Muxalifet.az xəbər verir ki, partlayışlardan biri güləş salonlarından birində, digəri isə salonun yaxınlığında baş verib.
Partlayış nəticəsində 14 nəfər ölüb, 25-i isə yaralanıb. Ölənlər arasında televiziya müxbirləri də var.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş ilk hücumun bir nəfərin özünü partlatması nəticəsində törədildiyini söyləyib.