Əfqanıstanlı polis taliblərlə 18 saat təkbaşına döyüşüb - "Tolo news"

Baxış sayı:
855

Əfqanıstanlı polis nəfəri Əhməd Şah demək olar, bir gün ərzində Qəndəhar əyalətində «Taliban» silahlıları ilə təkbaşına döyüşüb. Bu barədə iyulun 14-də «Tolo news» xəbər portalı məlumat verib. On səkkiz saatdan sonra polisə kömək gəlib.

Əhməd Şah və daha 14 polis Qəndəhar ətrafında nəzarət-buraxılış məntəqəsində yerləşiblər və bu zaman taliblər onlara hücum ediblər. Onun yoldaşları döyüşdə həlak olublar, özü isə yaralanıb, amma müqavimət göstərməkdə davam edib.

On səkkiz saatdan sonra ona kömək gəlib. Hazırda o, təhlükəsizlikdədir və vəziyyəti sabitdir.

«Mən, təslim olmadım, silahı yerə qoymadım, müqavimət göstərdim» - deyə, Əhməd Şah bildirib.

Onun sözlərinə görə, müharibədə qələbə üçün qətiyyət və dözüm göstərmək, həm də taliblərə qulaq asmamaq lazımdır. Onlar öz hücumları barədə kütləvi təbliğat aparırlar ki, əfqan təhlükəsizlik qüvvələrini mənəvi baxımdan sındırsınlar.

«Düşmən olduqca zəifdir. Onlar bizi öz təbliğatları ilə qorxutmaq istəyirlər. Mən, anladım ki, reallıqda heç kim onlardan qorxmamalıdır» - Əhməd Şah əlavə edib.

«Əfqanıstan suveren ölkədir. Onun özünün ordusu, özünün siyasi sistemi və öz Konstitusiyası var. Biz - Əfqanıstan İslam Respublikasının qoruçularıyıq» - deyə, Əfqaıstan xüsusi təyinatlı qüvvələrinin döyüşçüsü Fazil Mohəmməd Dudzay bildirib.