Güclü külək paytaxtda beş ağacı aşırıb - FOTO

Baxış sayı:
319

Güclü külək Bakıda fəsadlar yaradıb. 

Belə ki, paytaxtın Yasamal, Nəsimi, Nəriman Nərimanov, Binəqədi rayonları ərazisində ağaclar aşıb, bir neçə ağacın da budaqları qırılıb. Ümumilikdə paytaxt ərazisində beş ağac aşıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a bildirilib ki, əməkdaşlar mövcud vəziyyətlə bağlı hadisə yerinə yollanıb:

“Paytaxt ərazisində gecə saatlarından müşahidə edilən güclü külək beş ağacı aşırıb. Aidiyyəti üzrə aşmış ağacların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Birliyin əməkdaşları müvafiq olaraq əraziyə göndərilib”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.