Gürcüstan müxalifəti növbədənkənar seçkilər tələb edir
18-02-2021 11:34
Baxış sayı:
781

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.
Bunu partiya sədri Nika Meliya deyib.
O, bu tələbi bütün müxalifət partiyalarının adından səsləndirdiyini bildirib.
N.Meliyanın sözlərinə görə, ölkəni böhrandan çıxarmaq üçün növbədənkənar seçkilərin keçirilməsi qaçılmazdır və müxalifət bununla bağlı vasitəçilərin cəlb olunması ilə danışıqlara hazırdır./report