Gürcüstanda Əfqan Muxtarlıya dəstək aksiyası
1-06-2017 18:41

Gürcüstan vətəndaş cəmiyyətinin 100-ə yaxın nümayəndəsi cümə axşamı Gürcüstan Təhlükəsizlik Nazirliyinin binası qarşısında Əfqan Muxtarlıya dəstək aksiyası keçirib.
Aksiya iştirakçıları plakatlar qaldırıblar və fitlərdən istifadə edərək, hakimiyyəti siyasi mühacir Əfqan Muxtarlının necə oğurlanıb Azərbaycana təhvil verilə biləcəyinin izahını verməyə çağırırlar.