Həbsdə olan rus reper də müharibəyə göndərilir? – “VACİO” ÇAĞIRIŞ VƏRƏQƏSİ ALDI

Baxış sayı:
19774

“Vacio” təxəllüsü ilə tanınan rusiyalı reper Nikolay Vasiliev hərbi komissarlığa çağırış vərəqəsi alıb.
Rusiya mətbuatı xəbər verir ki, ictimai xadim və İctimai Monitorinq Komitəsinin üzvü Aleksey Lobarev musiqiçini xüsusi təcridxanada ziyarət edib, onunla söhbət edib. Lobarevin dediyinə görə, Vasilyev təkadamlıq kamerada saxlanılır və hazırda yeni mahnı üzərində işləyir.
“Mənə deyir ki, Aleksey Yuryeviç, mən LGBT-nin nümayəndəsi deyiləm və heç vaxt olmamışam. Nəzərinizə çatdırım ki, videonu mən yerləşdirməmişəm və məndə bu biabırçı səs yazısı yoxdur”, - deyə ictimai fəal bildirib.
Vacionun sözlərinə görə, 15 gün həbs olunduqdan sonra o, hərbi komissarlığa aparılıb və ona yanvarın 9-na çağırış vərəqəsi verilib. Musiqiçi onu da inandırıb ki, guya peşəkar söhbət üçün polisə aparılıb, lakin Mutabordakı məclislə bağlı sorğu-sual edilib.
Xatırladaq ki, dekabrın sonunda məhkəmə reperi 15 sutka həbs edib və onu 200 min rubl cərimələyib. O, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.1 (xırda xuliqanlıq) və 6.21-ci (qeyri-ənənəvi cinsi münasibətlərin təbliği) maddələri ilə ittiham olunur. Bu, teleaparıcı Anastasiya İvleevanın verilişində iştirak etdikdən sonra baş verib. Hansı ki, o, həmin veriliş zamanı yalnız bir corab geyinib və buna görə ittiham olunub.