Əhmədinejadın ölüm xəbəri təkzib olundu – Eks-prezident sağdır...

İran mediası ölkənin sabiq Prezidenti Mahmud Əhmədinejatın həlak olması ilə bağlı yayılan məlumatları təkzib edib.
Xatırladaq ki, martın 1-də İranın ILNA agentliyi ABŞ və İsrailin Tehrana birgə zərbəsi nəticəsində İranın altıncı prezidentinin öldüyü barədə xəbər yaymışdı. Məlumata görə, Əhmədinejad paytaxtın Narmak rayonundakı iqamətgahında olub və həmin ərazi hücum hədəflərindən biri sayılıb. Lakin az sonra xəbər agentliyin saytından silinib. İranın rəsmi qurumları isə məlumatı təsdiqləməyib.
Mahmud Əhmədinejad 2005–2013-cü illərdə İran Prezidenti vəzifəsini icra edib. O, bundan əvvəl Ərdəbil vilayətinin qubernatoru, Tehran şəhərinin meri olub.
Prezident postunu tərk etdikdən sonra isə ali dini rəhbər yanında məşvərətçi orqan olan Məsləhət Şurasının üzvü kimi fəaliyyət göstərib.








































