Hərbi helikopter qəzaya uğradı
15-10-2019 22:18
Baxış sayı:
6676

Əfqanıstanın şimalında hərbi helikopter qəzaya uğrayıb.
"Yeni Sabah" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Bəlx əyalətində baş verib.
Helikopterdə yeddi nəfər olub, onların taleyi barədə məlumat verilməyib.
Hazırda hərbçilərin axtarışları aparılır.