İranda bir ildə 2 minə yaxın insan edam olunub – 10 EDAM AÇIQ İCRA EDİLİB

İranda bir ildə 1 min 922 nəfər edam edilib, onlardan 1 min 681-i kişi, 59-u qadın, ikisi isə yetkinlik yaşına çatmayanlar olub.
Muxalifet.az xəbər verir ki, bu iddia "Human Rights Activists News Agency" (HRANA) hüquq müdafiə təşkilatının illik hesabatında yer alıb.
Hesabata görə, bu ilin edam sayı 2024-cü ildəkindən iki dəfə çoxdur, son 11 ilin ən yüksək səviyyəsidir.
Edamların əksəriyyəti gizli və ya rəsmi elansız gerçəkləşdirilib.10 edam açıq icra olunub. Agentlik qeyd edir ki, bu il çıxarılan ölüm hökmlərinin sayı 2024-cü illə müqayisədə 21.4 faiz azalıb.
Edam cəzası daha çox adam öldürmə (47.55 faiz) və narkotiklər ilə bağlı cinayətlərə görə (46.10 faiz) icra olunub.
"The Daily Telegraph" qəzeti iranlı fəallara istinadla yazır ki, İsraillə 12 günlük münaqişədən sonra İran hakimiyyəti ölüm cəzasının son 30 ildə ən fəal tətbiqinə başlayıb.
Avqustda məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni Ejei bildirib ki, hakimiyyət casuslara qarşı bu cəzanı qətiyyətlə tətbiq edəcək.








































