İşdən çıxarılan müəllim özünü öldürdü - FOTO
6-01-2020 09:43
Baxış sayı:
3755

Türkiyənin Üsküdar qəsəbəsində yeni seçilmiş bələdiyyə sədri tərəfindən işdən çıxarılan 150 nəfərdən biri olan Receb Kılıçarslan intihar edib.
Türkiyə mediası xəbər verir ki, İstanbulun tərkibində olan qəsəbədə işləyən 32 yaşlı R.Kılıçarslan intihar etməzdən əvvəl dostlarına “hazsızlığa dözə bilmirəm” deyib.
Qeyd edək ki, xeyli vaxtdır Üsküdarda işdən çıxarılan şəxslər etiraz aksiyaları keçirir. Onlar haqsız və əsassız olaraq işdən çıxarıldıqlarını deyirlər.