İsrail İrana qarşı İŞİD-lə MÜTTƏFİQLİK ETMƏK İSTƏYİR

İsraildə dərc olunan hesabata görə, Suriya və İraqda böyüyən və regionu təhdid edən İran təhlükəsinə qarşı İsrailin terror təşkilatı İŞİD ilə ittifaq yaradacağı nəzərdə tutulub.
 
İsrail Xarici İşlər Nazirliyinə bağlı “Meir Amid Kəşfiyyat və Terörizim Məlumat Mərkəzi”nin hesabatına görə, terror təşkilatı İŞİD-in Misirin Sina bölgəsində İsrailə qarşı hücumlarına və İsrail üçün təhdid yaratmağa davam edəcəyi bildirilib.
İŞİD-in İraq və Suriyada məğlub olması və bundan sonra bölgədə partizan müharibəsi aparacağı qeyd edilərkən, terrorçu qrupun mümkün hədəflərinin bölgəyə yerləşən İran və Şiə milislər ola biləcəyi ifadə edilib.
İranın xüsusilə Suriyada çoxsaylı hərbi baza yaradaraq regionda qalıcı olmağa çalışdığı və bu bazaların İsraili “yox” etmək məqsədi daşıdığı məruzədə yer alarkən, İsrail və İŞİD-in İrana qarşı hansısa şəkildə "müttəfiq” ola və Suriyada Şiə milislərə qarşı birgə hərəkət edə biləcəyi də qeyd olunub.
 
 ABŞ RAQQADA İŞİD İLƏ RAZILAŞDI
 
Terror təşkilatı İŞİD-in bitmə nöqtəsinə gəldiyi ötən aylarda ABŞ-ın Suriya ərazisindəki dəstəklədiyi terror təşkilatı PYD/PKK Raqqaya qarşı təcavüzə başlamışdı.
Hücumun ardından Raqqada terror təşkilatları arasında razılaşma əldə olunmuş və İŞİD Raqqadan təxliyə edilmişdi. ABŞ isə verdiyi açıqlamada bu müqaviləyə "hörmətlə yanaşdığını" bildirmişdi. İndi İsrail də “düşmənimin düşməni dostumdur” prinsipi ilə İrana qarşı ABŞ-ın etdiklərini təkrarlamaq istəyir.
Müxalifət.az