Kafedə çalışan anasının yanına gəldi və... - 15 yaşlı qız itkin düşdü
13-10-2019 12:17
Baxış sayı:
1664

Paytaxtda azyaşlı qız itkin düşüb.
Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.
Rayonunun Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında qəsəbədə, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən "Anar" kafesinə - anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib.
O, həmin gün günorta saatlarında kafedən çıxıb və itkin düşüb.
Faktla bağlı araşdırma aparılır.