Koçaryan HƏBSXANADAN Putinə təbrik məktubu göndərdi

Baxış sayı:
7069

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Bu barədə Ermənistan KİV-i R. Koçaryanın ofisinə istinadən məlumat yayıb.

"Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edən Robert Koçaryan Vladimir Putinə cansağlığı və Rusiya naminə böyük uğurlar arzulayıb",-deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana gələn Vladimir Putin Rusiya səfirliyində Robert Koçaryanın xanımı Bella Koçaryanla görüşmüşdü.