Livanın baş naziri istefa verdi
29-10-2019 19:42
Baxış sayı:
3103

Livanın baş naziri Səid Həriri iki həftəyə yaxın davam edən kütləvi etirazlardan sonra ölkənin bütün hökumətinin istefasını elan edib.
Həriri televiziya ilə müraciətində ölkədə vəziyyətin dalana dirəndiyini deyib.
“Mən bir çox livanlının arzusunu həyata keçirmək üçün hökumətin istefası barədə xahişi Prezident Mişel Auna çatdırmaq məqsədilə Baabda sarayına gedirəm. Mənim istefam məsələsi Prezidentin sərəncamındadır”, - deyə Baş Nazir al-Mayadeen telekanalı ilə canlı yayımlanan müraciətində bildirib.