LUKAŞENKODAN HEYRƏTAMİZ HƏRƏKƏT - İstiqlaliyyət Sarayına əlində avtomat vertolyotla gəlib / VİDEO
23-08-2020 22:28
Baxış sayı:
2122

Belarus Prezidenti Aleksandr Lukaşenko vertolyotla müxalifətin etiraz aksiyası keçirdiyi əraziyə - İstiqlaliyyət Sarayının qarşısına gəlib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, prezidentin əlində avtomat olub.
Lukaşenkonun əlindəki silahın üstündə darağın olmadığı diqqət çəkib.
Qeyd edək ki, prezidenti xüsusi çevik polis qüvvələri müşayiət edib.