Məhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - FOTO, VİDEO / YENİLƏNİB

Baxış sayı:
1529

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılacaq.

Muxalifet.az APA-ya istinadla xəbər verir ki, məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayev barəsində qərar verəcək.

Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Məhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - Yenilənib
İ. Əliyev

Əlavə edək ki, İ. Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

***

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin məhkəməsi başlayıb.

İşə Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Məhkəmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci 211.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinirlər.

Bu maddə üzrə təqsirli bilinən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

***

Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və qudasının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Qərara əsasən, adıçəkilən şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli biliniblər.

Məhkəmənin qərarı ilə İ. Əliyev və qudası R. Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər.

İnzibati qaydada həbs edilən sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayev Daxili İşlər Nazirliyinin Binəqədi rayonu ərazisində yerləşən inzibati həbs olunanların saxlama Mərkəzində saxlanılacaq.

Məhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - Yenilənib
Məhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - Yenilənib
Məhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - YenilənibMəhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - Yenilənib
Məhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - Yenilənib
Məhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - YenilənibMəhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - Yenilənib
Məhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - Yenilənib